Məhkəmə qərarları › İş №2(039)-873/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-873/2025

05.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-873/2025 05.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “7000 manat kompensasiya ödənilməklə fərdi yaşayış evindən bir dəfəlik çıxarılma” tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “7000 manat kompensasiya ödənilməklə fərdi yaşayış evindən bir dəfəlik çıxarılma tələbinə dair” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizənin baxılmadan qaytarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 259.0.9, 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “7000 manat kompensasiya ödənilməklə fərdi yaşayış evindən bir dəfəlik çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar