Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-89/2021 26.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar İddiaçı7(eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 nümayəndəsi), İddiaçı1 və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1, X5, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 Cavabdeh qarşı qeyri yaşayış binasının iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsi, həmin payın naturada ayrılması qeyri-mümkün olduğu halda əmlakın açıq hərracda satılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri yaşayış binasının naturada bölünməsi, naturada bölgü mümkün olmadığı halda əmlakın açıq hərracda satılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər.(iddia tələbinin həcmi artırılmışdır) İddiaçılar tələblərii onunla əsaslandırılmışlar ki, onlar, yəni iddiaçılar doğma qardaşbacılardır, cavabdeh isə mərhum qardaşları Baxışın oğludur. Yevlax rayonu Tanrıqulular kəndində iddiaçılar və cavabdehin ümumi paylı mülkiyyətinə 559,6 m2 sahəsi olan qeyriyaşayış binası daxildir. Mülkiyyət hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08.07.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edilən qeyri-yaşayış binasına dair hər birinin mülkiyyət hüququ 1/8 hissədədir. İddiaçıların hər birinin mənafeyi üst-üstə düşür, o cümlədən mübahisə predmeti olan qeyri-yaşayış binasına münasibətdə eyni təsərrüfatı idarə etmək niyyətindədirlər. Lakin cavabdehin eyni təsərrüfatı idarə etmək niyyəti yoxdur. Bu səbəbdən də ümumi paylı mülkiyyətə daxil olan, o cümlədən Yevlax rayonu Tanrıqulular kəndində yerləşən ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası iddiaçılar və cavabdeh arasında natura qaydasında bölünməsini istəyirlər. Qeyri-yaşayış binasının 7/8 və 1/8 hissədə natura bölgüsü ekspert rəyi əsasında qeyri-mümkün hesab edilərsə, onda iddiaçılar cavabdehin payının dəyərinin kompensasiya ödəməklə əvəzləşdirilməsinə razıdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı7 və İddiaçı1 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddiaçıların təklif etdiyi kompensasiya məbləği ilə razı olmadığını və iddia tələbinin təmin olunmmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışından görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binasının 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı3, 1/8 hissəsinə İddiaçı4, 1/8 hissəsinə İddiaçı5, 1/8 hissəsinə Cavabdeh, 1/8 hissəsinə İddiaçı6, 1/8 hissəsinə isə Yusifova Vəfa Pənah qızının mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3600 saylı rəyindən görünür ki, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən İddiaçı1, İddiaçı2, İddiaçı3 Pənah oğlunun, İddiaçı4, Cavabdeh Baxış oğlunun, X4 və İddiaçı7 mülkiyyətində olan 560 kv.m qeyri-yaşayış binasının naturada bölgüsü mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli əmlaka tərəflərin payı müəyyən olunmuş, mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi mümkün deyil və tərəflər arasında kompensasiyanın verilməsi ilə bağlı razılıq əldə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu Tanrıqulular kəndində yerləşən və tərəflərin paylı mülkiyyətində olan qeyri-yaşayış binası açıq hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti tərəflər arasında paylara mütənasib şəkildə bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışa əsasən Yevlax rayonu Tanrıqulular kəndində 0,0627 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 559,6 m2 olan qeyri-yaşayış binası açıq hərracda satılsın. Satışdan əldə olunan pul İddiaçı1, X6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və Cavabdeh arasında paylara uyğun bölüşdürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-89/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-89/2021
26.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver