Məhkəmə qərarları › İş №2(039)-90/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-90/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-90/2022 11.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Yevlax rayon üzrə MKİS-nin rəisi X4, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, X5 qarşı 10 fevral 2011ci il tarixli 605 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ülviyyə Boyadovaya, Fatma Boyadovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cvabadehlərə Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış kompleksində 10 saylı binada yerləşən 65 nömrəli 2 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilmələrinə dair 10 fevral 2011-ci il tarixli “605” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi “QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 10 fevral 2011-ci il tarixli “605” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Ülviyyə Boyadova və X12 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 10 nömrəli binada 65 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişlər. Daha sonra Yevlax rayon Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı onların həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir (bu barədə akt əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. İddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, digər cavabdehlər onun ailə üzvləridir, belə ki, Cavabdeh2 onun arvadı, Ülviyyə və Fatimə Boyadovalar isə onun qızlarıdır, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları var, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər. Həmin ailə üzvləri ilə birlikdə Ağdam şəhərindən məcburi köçkün olmuşlar. Bu səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 10 fevral 2011-ci il tarixli 605 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 10 nömrəli binada 65 nömrəli 2 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Özünün ağ ciyərində yaranmış problemlərlə bağlı mütəmadi olaraq Bakı şəhərində yerləşən xəstəxanalara müraciət etmək zərurəti olmuşdur. Bu səbəbdən Bakı şəhərində mənzillə təmin olunmaları üçün Departamentə müraciət etmədən Bakı şəhərində mənzil kirayələyib orada yaşamaq məcburiyyətindədir. Ailə üzvləri də Bakı şəhərində işləməyə məcbur olmuşlar. Buna baxmayaraq mütəmadi olaraq Yevlax şəhərinə gəlib mənzilə baş çəkmişdir. Yevlax şəhərində olmadıqları müddətdə mənzilə nəzarət olsun deyə tanışlarından xahiş etmişdir ki, həmin mənzildə müvəqqəti yaşasınlar. Bu halın müvəqqəti hal olduğunu qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Ülviyyə Boyadova və Fatma Boyadova məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 10 fevral 2011-ci il tarixli “605” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən müəyyən olunur ki, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X6 və X1 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 10 nömrəli binada 65 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişlər. Yevlax şəhəri Bakı prospektində yerləşən 615 nəfərlik məcburi köçkün qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 01.11.2021-ci il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, Yevlax rayon 615 ailəlik hündür mərtəbəli məcburi köçkün qəsəbəsində bina 10 mənzil 65-də yaşayan Ağdam rayonundan məcburi köçkün Boyadov Nazim Şükür oğlu onunla bağlanmış yuxarıda göstərilən mənzillə bağlı müqavilənin şərtlərini (2.4, 2.4.2) maddələrinin tələblərini pozaraq onun istifadəsinə verilmiş mənzili digər heç bir hüququ olmayan şəxsə öz başına kirayə vermişdir. Dəfələrlə həmin mənzilə baxış keçirilmiş, müqavilədə adları göstərilmiş şəxslərin uzun müddətdir ki həmin mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Cavabdeh1 adını və soyadını bilinməyən şəxslərə öz başına yaşamasına kirayə vermişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Mənzil Məcəlləsi: Maddə 91.1.5 məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3 xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1 Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2 Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.4 xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1 Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Beləliklə, mövcud sübutlar, habelə Cavabdeh1 etirafedici izahatı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 10 fevral 2011-ci il tarixli 605 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehlərə məcburi köçkün olaraq Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 10 nömrəli binada 65 nömrəli 2 otaqlı mənzil verilmişdir, lakin, cavabdehlər bağlanmış kirayə müqaviləsinin, eləcə də mənzil qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələblərini pozaraq həmin mənzildə faktiki olaraq uzun müddətdir yaşamamış, mənzili başqa şəxsin istifadəsinə verərək Bakı şəhərinə köçmüşlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 10 nömrəli binada 65 nömrəli 2 otaqlı mənzilə dair 10 fevral 2011-ci il tarixli 605 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, X2 rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə yerləşən 10 nömrəli binanın 65 nömrəli 2 otaqlı mənzilindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar