Məhkəmə qərarları › İş №2(039)-933/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-933/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-933/2021 07.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış hüququnun verilməsi, evə köçürülmə, evdən, həyətdən, mətbəxdən və sair yardımçı sahələrdən istifadə hüququnun təmin edilməsi” tələbinə dair mülki işə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış hüququnun verilməsi, evə köçürülmə, evdən, həyətdən, mətbəxdən və sair yardımçı sahələrdən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən atası Cavabdeh mülkiyyətində olan iki otaqlı fərdi yaşayış evinə bir azyaşlı uşaqları ilə bərabər evə köçürülməyinə, onlara yaşayış hüququnun verilməsi və evdən, həyətdən, mətbəxdən və sair yardımçı sahələrdən istifadə hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması 07 iyun 2021-ci il tarixə saat 11:20-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış hüququnun verilməsi, evə köçürülmə, evdən, həyətdən, mətbəxdən və sair yardımçı sahələrdən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “yaşayış hüququnun verilməsi, evə köçürülmə, evdən, həyətdən, mətbəxdən və sair yardımçı sahələrdən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iş üzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar