Məhkəmə qərarları › İş №2(039)-937/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-937/2020

23.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-937/2020 23.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı̇ Mehdi ̇oğlunun cavabdehlər Musayev İ̇zzət Musa oğluna, Cavabdeh2 Faı̇q oğluna, Azərbaycan Respublı̇kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇ yaninda Daşinmaz Əmlakin Dövlət Reyestrı̇ Xı̇dmətı̇ni 17 Sayli Yevlax Ərazı̇ İ̇darəsi və Cavabdeh4na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Mehdı̇ Səmədov cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublı̇kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇ yaninda Daşinmaz Əmlakin Dövlət Reyestrı̇ Xı̇dmətı̇ni17 Sayli Yevlax Ərazı̇ İ̇darəsi və Cavabdeh4na qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-1 N ******* saylı xx xxxxxxx 2017-ci il tarixli Daşınmaz. Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Cavabdeh2 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz, əmlakın dövlət reyestrindən xx.xx.2019-cıı il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, **********50-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Mehdı̇ Səmədov iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmidir. Cavabdeh1 iclas zamanı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 iclasa gəlməmiş, DƏDRX 17 saylı Yevlax Ərazı̇ İ̇darəsi və Cavabdeh4 iclasda nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışında gəlmədiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı̇ Mehdi ̇oğlunun cavabdeh Musayev İ̇zzət Musa oğluna, Cavabdeh2 Faı̇q oğluna, Azərbaycan Respublı̇kasi Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇ yaninda Daşinmaz Əmlakin Dövlət Reyestrı̇ Xı̇dmətı̇ni17 Sayli Yevlax Ərazı̇ İ̇darəsi və Cavabdeh4na qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar