Məhkəmə qərarları › İş №2(039)-951/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-951/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-951/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-396 KOD 90108028 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin mərhum atası X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X18 onun atası olmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Yevlax rayonu, Kövər kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi mərhum atası X7 mülkiyyətinə verilmişdir. Bu barədə verilmiş JN-396A Kod 90108028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atasının adı səhvən “İnqilab” yazıldığına görə müəyyən mülki hüquqları həyata keçirə bilmir. Həmin səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş Xİİ-ЖГ seriyalı 468598 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X18, anası- X2r. Ərizəçi məxsus xx.xx.2015-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qədirzadə”, adı “Elşən”, atasının adı “Məmməd”, doğulduğu yer “Yevlax şəhərində”, doğulduğu tarix isə “xx.xx.1980”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Kövər kəndi” göstərilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-9-11/2-36/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsində mərhum X7 adı texniki səhv olaraq X1 yazılmışdır. X14 adında şəxs Yevlax rayonu Kövər kəndində qeydiyyatda olmayıb və yaşamayıbdır. JN-396A KOD 90108028 №-li “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X8 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,20 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-396A №-li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/038290-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1949-cu il təvəllüdlü X18, əri (arvadı) xx.xx.1950-ci il təvəllüdlü X4, qızı xx.xx.1971-cü il təvəllüdlü X5, qızı xx.xx.1973-cü il təvəllüdlü X12, qızı xx.xx.1975-ci il təvəllüdlü X9, qızı 19.03. 1978-ci il təvəllüdlü X3, oğlu xx.xx.1980-ci il təvəllüdlü X10 və qızı xx.xx.1985-ci il təvəllüdlü X6r. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin atasının adı Məmməd olduğunu, torpağın mülkiyyətə verilməsinə dair sənədində adının səhvən İnqilab yazıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 və X16 ifadələrində bildirmişdir ki, ərizəçi müvafiq olaraq onların həmkəndlisidir. Həmçinin ərizəçinin atasının adı Məmməd olduğunu, torpağın mülkiyyətə verilməsinə dair sənədində adının İnqilab yazıldığını bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-396A KOD 90108028 №li “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş “adı” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “X18” əvəzinə “X14” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-396A KOD 90108028 №-li “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən “X14” AZ-İİ seriyalı, 198014 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X18” ilə eyni şəxsdir ərizəçi həmin “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin onun atasına məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-396A KOD 90108028 №-li “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədə göstərilən “X14” AZ-İİ seriyalı, 198014 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X18” ilə eyni şəxsdir ərizəçinin həmin “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamənin onun atasına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar