Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-971/2020 17.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini qeyd etməklə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsi” barədə ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini qeyd etməklə “fakt təsdiqi” barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun 1991-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayına kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmə faktının təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, müharibə dövründə X4 Mərkəzi Anbarın müdiri işləyib. 1991-1993-ci illərdə həmin zavod Azərbaycan Respublikasının Milli Ordusunun hərbi qərargahı olaraq fəaliyyət göstərirdi. Məhz dövlət rəhbərliyi tərəfindən bütün cəbhə boyu rəhbərlik zavodun direktoru Sürət Hüseynova həvalə edilmişdir. Bütün hərbi hissələr, özünü müdafiə batalyonları silah-sursat, ərzaq, geyim və digər hərbi ləvazimatlar ilə zavod tərəfindən təmin olunurdu. O da birliyin maddi məsul şəxsi olduğu üçün cəbhə boyu hərbi hissələri hərbi sursatla təmin etmək ona həvalə olunmuşdu. Rəhbərlik tərəfindən ona həvalə edilən hərbi tapşırıqları şərəf və ləyaqətlə yerinə yetirmişdir. Xidmət etdiyi 3 ildə heç bir cəza və töhməti olmamışdır. O, Şuşa, Fizuli, Ağdam, Goranboy, Xankəndi, Qazax və s. kimi rayonlarda yerləşən hərbi hissələri, özünü müdafiə batalyonlarını silah-sursat, ərzaq və s. ilə təmin etmişdir. Dəfələrlə maşınlarını atəşə tutulmuşdur. O, hətta Ağdam rayonu Uzundərə ərazisində və Gəncə şəhərində yerləşən silah-sursat anbarlarının Yevlax rayonuna daşınmasında şəxsən iştirak etmişdir. Hansı ki, həmin yerdə sovet ordusunun bazası yerləşirdi. Bütün bunlar faktdır və çox saylı şahidlər ilə də təsdiq edilə bilər. Yəni bütün bunların özü də bir əməliyyat idi. Hazırda o da bir Azərbaycan vətəndaşı olaraq dövlət rəhbərinin müharibə iştirakçıları üçün vermiş olduğu imtiyazlardan istifadə etmək istəyir. O, bu baxımdan bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, onun aidiyyatı qurumuna müraciət edərək müharibə veteranı statusunun və vəsiqəsinin ona verilməsini istəmişdir. Bildirmişdir ki, 1991-1993-cii illərdə Qarabağ müharibəsində iştirak etmişdir. Bununla bağlı sübut və şahidləri var. Lakin Nazirliyin xx xxxx 2019-cu il tarixli məktubu ilə ona müharibə veteranı adını və vəsiqəsini verməkdən imtina edilmişdir. Ərizə icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini nümayəndəsi X2 ərizənin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müarciət edərək, məhkəmə prosesinin Nazirliyin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi “döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-971/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-971/2020
17.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver