Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1026/2025 30.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxsin anası)- Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “övladı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 24 avqust 1978-ci ildə doğulmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs2 ilə 1975-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların birgə nikahlarından üç uşaqları doğulmuşdur; 24 avqust 1978-ci ildə doğulmuş övladı X5 anadangəlmə gözdən əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarış”dan göründüyü kimi, X2 diaqnozu “OU-anadangəlmə fəsadlı katarakta” xəstəliyi müddətsizdir; xəstəliyi ilə əlaqədar olaraq Vüsala birinci dərəcəli əlillik verilmiş, eyni zamanda əmək zəmanəti olaraq “başqasının qulluğuna ehtiyacı vardır” qeydi göstərilmişdir. Oğluna anası qulluq etmək üçün təyin edilmiş, lakin hazırki vəziyyətdə yaşlanmaları səbəbindən o və arvadı (Vüsalın anası) övladlarına qulluq etməkdə çətinlik çəkirlər, buna görə də digər oğlu Vüqar qardaşına qulluq edir. X6 üzərinə qəyyum təyin edilməsi zəruridir. Bununla bağlı Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 19 avqust 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 02 sentyabr 2025-ci il tarixə təxirə salınmış, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olananadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 14 oktyabr 2025-ci il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 30 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X1 məhkəmə iclasında iştiraka imkan vermədiyindən, məhkəmə maraqlı şəxs X2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış digər maraqlı şəxslər- Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən maraqlı şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, psixiatriya xəstəsi olan övladı Vüsal hazırda digər övladı Vüqarın evindədir. Vüsal əqli qüsurludur, öz hərəkətlərinin mənasını dərk etmir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxsin anası)- Maraqlı şəxs2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, oğlu X3 əqli gerilik var, öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyildir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin nəvəsi) ifadəsində bildirmişdir ki, Vüsal Hüseynov hazırda əmisigildədir və onda psixi pozuntular var. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin oğlu Qeysin arvadı) ifadəsində bildirmişdir ki, Vüsal Hüseynov əqli qüsurludur, öz hərəkətlərinin mənasını dərk etmir. İş materiallarında olan: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli 127/2025 nömrəli arayışdan görünür ki, X5 12 fevral 2025-ci il tarixdən hal-hazıradək ağır dərəcəli əqli gerilik, anadangəlmə lal-karlıq, anadangəlmə fəsadlı katarakta F.72.1 diaqnozu ilə X10 Dispanserində qeydiyyatdadır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, X5 20 fevral 2003-cü ildən “OU-anadangəlmə fəsadlı katarakta” diaqnozu (Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən) ilə müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, X5 20 fevral 2003-cü ildən “OU-anadangəlmə fəsadlı katarakta” diaqnozu (Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən) ilə müddətsiz birinci dərəcəli əlildir, başqasının qulluğuna ehtiyacı var. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən X4 ünvanlanmış 07 iyul 2025-ci il tarixli 5-55/3-3-1095/2025 nömrəli məktubdan görünür ki, X4 qardaşı X2 “fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə aidiyyəti üzrə məhkməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2025-ci il tarixli 636 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur, o, öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 24 avqust 1978-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş X5 “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstədir, öz hərəkətlərinin mənasını dərk etmir və öz hərəkətlərini şüurlu etmək iqtidarında deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi) 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğunu təsdiq edir. Ona görə ərizə təmin edilməli, Ərizəçi övladı-24 avqust 1978-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 24 avqust 1978-ci ildə Azərbaycan Respublikasının Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1026/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1026/2025
30.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver