Məhkəmə qərarları › İş №2(040)-1092/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1092/2023

15.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1092/2023 15.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 28 avqust 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 24 dekabr 2018-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmiş, birgə nikahdan 13 mart 2020-ci ildə X10 və 02 aprel 2021-ci ildə X8 adlı 2 (iki) iki övladları doğulmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli vaxtdır ki, pozulmuşdur. Belə ki, əri Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır; aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamalarına cəhdlər etsə də, heç bir nəticəsi olmamış, əksinə, cavabdeh onunla normal yaşamaq istəməmişdir. Hal-hazırda ayrı yaşayırlar. Cavabdeh nə ona, nə də ki, övladına ayrıldıqları gündən bu vaxtadək heç bir köməklik etməmişdir. Övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Bunun üçün, o, ilkin prosedur kimi mediasiya şurasına müraciət etmiş, ilkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək verdiyi təkliflə tanış olaraq tam razılaşmışdır. Aparılmış söhbətlər zamanı ikinci tərəf bildirmişdir ki, birinci tərəflə aralarında 24 dekabr 2018-cü il tarixdə Bərdə Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin akt qeydləri kitabında 1506 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır. Birgə nikahlarından olan 13 mart 2020-ci il təvəllüdlü X10 və 02 aprel 2021-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay 100 (yüz) manat olmaqla, ümumilikdə 200 (iki yüz) manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə imkanının çatdığını bildirmiş və öhdəsinə götürmüşdür. Bununla bağlı 28 avqust 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Buna görə də barışıq sazişinin təsdiq olunmasını istəyir. Maraqlı şəxs mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərini könüllü icra etmədiyinə görə, barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, 28 avqust 2023-cü il tarixində Maraqlı şəxs ilə bərabər Goranboy 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında olan 28 avqust 2023-cü il tarixli barışıq sazişinə əsasən nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və alimentlə bağlı qarşılıqlı razılığa gəlmişlər. Hal-hazırda o, ərizənin nikahın pozulmasına dair hissədə barışıq sazişinin təsdiq edilməsinə dair hissəsindən imtina edir, yalnız alimentlə bağlı hissədə barışıq sazişinin təsdiq edilməsini istəiyir (bu barədə ərizəsi də vardır) Lakin qarşı tərəf Abbasov X6 Sazişinin alimentlə bağlı bəndini icra etmir. Ona görə də 28 avqust 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentlə bağlı hissəsinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 28 avqust 2023-cü il tarixli barışıq sazişini alimentlə bağlı hissədə qəbul edir. Hər bir uşağa görə ayda 100 (yüz) manat aliment ödəməyə razıdır. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 sentyabr 2020ci il tarixdə verilmiş AZ-İV № 495945 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 13 mart 2020-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Bərdə Regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2021-ci il tarixdə verilmiş AZ-İV № 585332 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 02 aprel 2021-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: X2 (M-00117) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 28 avqust 2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndindən görünür ki, “1) Birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 24 dekabr 2018-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsində akt qeydləri kitabında 1506 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 13 mart 2020-ci il təvəllüdlü X10 və 02 aprel 2021-ci il təvəllüdlü X8 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Halhazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 13 mart 2020-ci il təvəllüdlü X10 və 02 aprel 2021-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. 2) İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında 24 dekabr 2018-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 1506 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 13 mart 2020-ci il təvəllüdlü X10 və 02 aprel 2021-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. 3) Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. 4) X3 şərtləri izah olundu. 5) Tərəflər arasında digər mübahisə yoxdur”. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qismən-alimentlə bağlı razılaşmanın təsdiq edilməsi ilə bağlı hissədə (Barışıq sazişinin 2-ci bəndinin 2-ci və 3-cü yarımbəndləri) əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə prosesində barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən qismən qəbul edilmiş, maraqlı şəxs barışıq sazişinin yalnız alimentin ödənilməsi ilə bağlı şərtini qəbul etdiyini bildirmişdir. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbindən, o cümlədən 26.1.1-ci maddədən görünür ki, mediasiya prosesində nikahın pozulması ilə bağlı deyil, nikahın davam etdirilməsi şərtləri barədə razılığa gəlinə bilər. İş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə rəsmi nikahlarından 13 mart 2020-ci ildə doğulmuş X10 və 02 aprel 2021-ci ildə doğulmuş X1 üçün ata Maraqlı şəxs hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə qismən təmin edilərək 28 avqust 2023-cü il tarixli barışıq sazişinin alimentlə bağlı şərti məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 28 avqust 2023-cü il tarixdən- Barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. Qalan hissədə-Barışıq sazişinin 2-ci bəndinin 1-ci yarımbəndinin təsdiq edilməsi ilə bağlı hissədə ərizə əsassız olduğundan, yəni həmin razılaşma qeyri-dəqiq olduğundan, Barışıq sazişinin həmin hissəsi təsdiq edilməməli və ərizə həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 28 avqust 2023cü il tarixli barışıq sazişinin 2-ci bəndinin 2-ci və 3-cü yarımbəndləri (aliment ödənilməsi ilə bağlı müddəalar) məcburi icra edilməsi üçün təsdiq edilsin. 28 avqust 2023-cü il tarixdən hesablanmaqla, 13 mart 2020-ci ildə doğulmuş X10 və 02 aprel 2021-ci ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar