Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1124/2024 09.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayon İstisu qəsəbəsi İcra nümayəndəliyində xx xxxx 1963-cü il tarixli 8 nömrə ilə aparılmış nikah akt qeydində qeyd edilmiş “X3” adının 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş “X2”na məxsus olması, “İsmayılova Şökət” və “Ələkbərova Gülxara” adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X2 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuşdur. X10 Məmməd oğlu və anası X2 ailə qurmuşlar və nikahları xx xxxx 1963-cü ildə Kəlbəcər rayonunun İstisu qəsəbə icra nümayəndəliyinin akt qeydləri kitabında 08 nömrə ilə qeydiyyata alınmış və anası "Əsgərova" soyadını almışdır. Lakin şəxsiyyət vəsiqəsini dəyişməmişdir. Nikah akt qeydində anasının adı səhvən "İsmayılova Şökət" kimi qeyd edilmişdir. Bunun əsasında da digər sənədlərdə də anasının adı və soyadı "Əsgərova Şökət" kimi yazılmışdır. Atası və anasının uşaqlarının doğum haqqında şəhadətnamələrində də ana qrafasında "X4" kimi qeyd edilmişdir. Anası 01 mart 2015-ci ildə ölmüşdür. Ölüm haqqında şıhadətnaməsi də şəxsiyyət vəsiqəsinin əsasında verildiyinə görə adı düzgün olaraq "Gülxara" kimi qeyd edilmişdir. Odur ki, mərhum anası "X2" ilə "X4"nın adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Ərizəçi 09 dekabr 2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Kəlbəcər rayonu İstusu qəsəbə xalq deputatları sovetində xx xxxx 1963-cü il tarixdə 8 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən “X3” və “X4” adlarının, həmçinin Ərizəçi ilə bağlı Kəlbəcər rayonunun İstusu qəsəbə xalq deputatları sovetliyində 20 iyun 1963-cü ildə 24 nömrə ilə qeyd edilmiş doğum akt qeydi və həmin orqan tərəfindən Ərizəçi adına 24 yanvar 1983-cü ildə təkrar verilmiş Vİİİ-ЖГ № 397379 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X4” adının eyni şəxsə- 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş və 01 mart 2015-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölmüş X1 aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs - Maraqlı şəxs2 və Kəlbəcər Rayon İcra Hakimiyyəti məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, anası X2 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuşdur. X10 Məmməd oğlu və anası X2 ailə qurmuşlar və nikahları xx xxxx 1963-cü ildə Kəlbəcər rayonunun İstisu qəsəbə icra nümayəndəliyinin akt qeydləri kitabında 08 nömrə ilə qeydiyyata alınmış və anası "Əsgərova" soyadını almışdır. Lakin şəxsiyyət vəsiqəsini dəyişməmişdir. Nikah akt qeydində anasının adı səhvən "İsmayılova Şökət" kimi qeyd edilmişdir. Bunun əsasında da digər sənədlərdə də anasının adı və soyadı "Əsgərova Şökət" kimi yazılmışdır. Atası və anasının uşaqlarının doğum haqqında şəhadətnamələrində də ana qrafasında "X4" kimi qeyd edilmişdir. Anası 01 mart 2015-ci ildə ölmüşdür. Ölüm haqqında şıhadətnaməsi də şəxsiyyət vəsiqəsinin əsasında verildiyinə görə adı düzgün olaraq "Gülxara" kimi qeyd edilmişdir. Odur ki, Kəlbəcər rayonu İstusu qəsəbə xalq deputatları sovetində xx xxxx 1963-cü il tarixdə 8 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən “X3” və “X4” adlarının, həmçinin Ərizəçi ilə bağlı Kəlbəcər rayonunun İstusu qəsəbə xalq deputatları sovetliyində 20 iyun 1963-cü ildə 24 nömrə ilə qeyd edilmiş doğum akt qeydi və həmin orqan tərəfindən Ərizəçi adına 24 yanvar 1983-cü ildə təkrar verilmiş Vİİİ-ЖГ № 397379 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X4” adının eyni şəxsə- 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş və 01 mart 2015-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölmüş X1 aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Ərizəçinin anasını tanıyırdı, adı Şökət idi, lakin sənəddə “Gülxara” qeyd edilmişdir. Həmin adların eyni şəxsə - X1 aid olmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində digər Şahid2 dediklərini təsdiq etmişdir. İş materiallarında olan: “AZE seriyalı ******** seriyalı” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (“əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır”-hakimin qeydi) görünür ki, Ərizəçi xx xxxx 1963-cü ildə doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən 28 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxx 1963-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu qəsəbəsində doğulmuşdur, atası – X5, anası-X4 qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən 28 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi və Əsgərova (İsmayılova) Şökət Səfər qızının nikahı haqqında xx xxxx 1963-cü il tarixdə Kəlbəcər rayon İstisu icra nümayəndəliyində 08 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadı verilmişdir. İş materiallarında olan: Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 11 mart 2015ci il tarixdə verilmiş “AZ İ №706689” saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən (“əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır”hakimin qeydi) görünür ki, X2 01 mart 2015-ci ildə Azərbaycanın Mingəçevir şəhərində ölmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış 28 noyabr 2024-cü il tarixli 540 nömrəli məktubdan görünür ki, 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olmuş və 01 mart 2015-ci ildə vəfat etmiş X2nın ölümü haqqında şəhadətnamədə adı “Gülxara”, nikah haqqında akt qeydində “Şökət”, uşaqların doğumu haqqında akt qeydində “Şökət” kimi qeyd edilmişdir. “Şökət” və “Gülxara” adının eyni şəxsə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Kəlbəcər rayonu İstusu qəsəbə xalq deputatları sovetində xx xxxx 1963-cü il tarixdə 8 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən “X3” və “X4” adlarının, həmçinin Ərizəçi ilə bağlı Kəlbəcər rayonunun İstusu qəsəbə xalq deputatları sovetliyində 20 iyun 1963-cü ildə 24 nömrə ilə qeyd edilmiş doğum akt qeydi və həmin orqan tərəfindən Ərizəçi adına 24 yanvar 1983-cü ildə təkrar verilmiş Vİİİ-ЖГ № 397379 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X4” adı eyni şəxsə- 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş və 01 mart 2015-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölmüş X1 aiddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının nəticə hissəsinin: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. -6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından görünür ki, qeydiyyat orqanı ərizəçinin doğum qeydində və ərizəçinin nikah akt qeydində düzəliş edilməsinə dair ərizəsini mübahisələndirməmiş, müvafiq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndində sadalanan əsaslardan biri olaraq “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər” dedikdə məhkəmənin xüsusi icraat qaydasında qəbul etdiyi hüquqi faktın müəyyən edilməsinə dair qətnamə də istisna edilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Kəlbəcər rayonu İstusu qəsəbə xalq deputatları sovetində xx xxxx 1963-cü il tarixdə 8 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən “X3” və “X4” adlarının, həmçinin Ərizəçi ilə bağlı Kəlbəcər rayonunun İstusu qəsəbə xalq deputatları sovetliyində 20 iyun 1963-cü ildə 24 nömrə ilə qeyd edilmiş doğum akt qeydi və həmin orqan tərəfindən Ərizəçi adına 24 yanvar 1983-cü ildə təkrar verilmiş Vİİİ-ЖГ № 397379 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X4” adının eyni şəxsə- 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş və 01 mart 2015-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölmüş X1 aid olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Kəlbəcər rayonu İstusu qəsəbə xalq deputatları sovetində xx xxxx 1963-cü il tarixdə 8 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən “X3” və “X4” adlarının, həmçinin Ərizəçi ilə bağlı Kəlbəcər rayonunun İstusu qəsəbə xalq deputatları sovetliyində 20 iyun 1963-cü ildə 24 nömrə ilə qeyd edilmiş doğum akt qeydi və həmin orqan tərəfindən Ərizəçi adına 24 yanvar 1983-cü ildə təkrar verilmiş Vİİİ-ЖГ № 397379 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında qeyd edilmiş “X4” adının eyni şəxsə- 16 yanvar 1941-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuş və 01 mart 2015-ci ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində ölmüş X1 aid olması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1124/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1124/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver