Məhkəmə qərarları › İş №2(040)-1189/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1189/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1189/2023 20.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı – İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “barəsində qanunsuz hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 (iki yüz əlli iki trilyon iki yüz doqquz milyard yeddi yüz səksən səkkiz milyon dörd yüz min) nömrəli abonent hesabı üzrə ona qanunsuz və əsassız olaraq hesablanmış 617,73 manat (altı yüz on yeddi manat-73 qəpik) debitor borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Goranboy rayonunun Veyisli kəndində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Təxminən 2010-cu ildə Cavabdeh tərəfindən yaşadığı evə onun adına mexaniki tipli (kartsız) qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilədək onlara istifadə edilən qaza görə məcburi köçkün limiti ayrılmışdır. Həmin dövr üçün istifadə etdiyi təbii qazın haqqını ona göndərilmiş olan müvafiq bildirişlər əsasında ödəmişdir. 2018-ci ilədək ona borcunun olması barədə heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Daha sonra ödənişləri həyata keçirərkən Cavabdeh İB-nin əməkdaşları ona bildirmişlər ki, 2018-ci ilədək istifadə etdiyi qaza görə 617,73 manat borc yazılmışdır, lakin həmin borcu qaz sayğacı yenilənərkən özləri siləcəklər, yəni onların deməsinə görə həmin borc əslində istifadə etdiyi qaza görə əsassız olaraq yazılmışdır. 26 aprel 2022-ci ildə yaşadığı ünvanda əvvəlki sayğac “Zenner G4T Smart” tipli, **********756 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra təbii qazın haqqını kart vasitəsilə ödəmişdir və hər ödəniş edən zaman ödənilən məbləğin xeyli hissəsi borca tutulmuşdur. Bununla bağlı Cavabdeha müraciət edəndə ona bildirmişlər ki, borcu ödəyib qurtarana qədər ödədiyi məbləğdən borc çıxılacaqdır. O, istifadə etmədiyi qaza görə nə üçün pul ödəməlidir? Bundan sonra Cavabdehdan abonentin saldosunu tələb etmiş və ona verdikləri saldoda (“**********00000” abonent kodu üzrə-hakimin qeydi) əsassız yazılmış borcun silinməsi üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmişdir və məhkəmənin 25 aprel 2023-cü il tarixli 2(040)-494/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan zaman müəyyən olundu ki, onun adına iki fərqli- **********00000 və **********00000 abonent hesabı mövcuddur. Hazırda istifadəsində olan **********00000 abonent hesabı üzrə qaz sayğacı “Zenner G4T Smart” tipli olmuş və Goranboy rayonunun Veyisli kəndində yaşadığı fərdi yaşayış evinə quraşdırılmışdır. 26 aprel 2022-ci il tarixli (**********00000 abonent hesabı üzrə-hakimin qeydi) “Abonent saldosu”ndan görünür ki, onun 2023-cü ilin avqust ayına 617,73 manat borcu yaranmışdır. Digər ünvanda yerləşən **********00000 abonent hesabı üzrə “Zenner G4T” mexaniki qaz sayğacının faktiki istifadəçisi olmamışdır və həmin sayğac mexaniki olmaqla, sərfiyyata uyğun olaraq 94 (doxsan dörd) manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(040)-494/2023 saylı qətnaməsi ləğv edilmişdir. Hazırda onun istifadəsində olan **********00000 nömrəli abonent hesabı üzrə hesablanmış 617,73 manat (altı yüz on yeddi manat-73 qəpik) debitor borc ona əsassız yazılmışdır. Cavabdeh nümayəndəsi X3 14 noyabr 2023-cü il tarixli məhkəmə iclasında digər nümayəndə X2 vasitəsi ilə məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, işin təfsilatı ondan ibarətdir ki, AGİS abonent bazasında İddiaçı adına abonent hesabı açılmaqla 2011-ci il may ayında abonent kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındıqdan sonra 2013-cü ilin iyul ayınadək qazdan istifadə edilməklə ödəniş aparılmamış, nəticədə 820 (səkkiz yüz iyirmi) manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi tərəfindən sözügedən ünvana üç nəfər məcburi köçkün olmaqla arayış əsasında 10 sentyabr 2013-cü il tarixdən aylıq limit ayrılmışdır. Bundan sonra abonentin hesabından arayış təqdim edildiyi gündən əvvəlki tarixə olan debitor borcundan 396,0 (üç yüz doxsan altı) manat hissəsi də ayrılmış limit daxilində hesabdan silinməklə 407,0 (dörd yüz yeddi) manat ödənilməmiş debitor borcu qalmışdır. Abonent saldosundan da göründüyü kimi, sayğac göstəricisinə əsasən istehlak olunmuş qazın həcmi ayrılmış aylıq limitdən çox olmuş, nəticədə ödənilməmiş debitor borcun məbləği aylar üzrə-konkret halda 2013-cü ilin sentyabr ayından etibarən ilin sonunadək 69,0 (altmış doqquz) manat, ümumilikdə 476,0 manat debitor borc, 2014-cü il ərzində ümumilikdə 406,0 (dörd yüz altı) manat- 168,00 manat limit ayrıldığı halda əlavə 238,0 (iki yüz otuz səkkiz) manat, 2015-ci il ərzində 168,0 (bir yüz altmış səkkiz) manat limit ayrıldığı halda əlavə 239,80 (iki yüz otuz doqquz manat 80 qəpik) manat, 2016-cı ilin doqquz ayı ərzində 118,0 (bir yüz on səkkiz) manat limit ayrıldığı halda, əlavə 172,20 (bir yüz yetmiş iki manat 20 qəpik) manat məbləğində ödənilməmiş debitor borc yaranmışdır. 2017-ci ilin yanvar ayından etibarən qaçqın və məcburi köçkünlər üçün ayrılan limit dayandırılmış, vahid müavinət şəklində onların özlərinə ödənilmişdir. Beləliklə abonent saldosundan da göründüyü kimi abonentin ünvanında yaranmış borc məbləği 2011-ci il may ayından 2013-cü ilin avqust ayınadək (limit ayrılanadək) ünvan üzrə 820,0 (səkkiz yüz iyirmi) manat debitor borcu yaranmış, limit ayrıldıqdan sonra isə 396,0 (üç yüz doxsan altı) manat debitor borc arayış əsasında abonent hesabından silinmişdir. Sonradan 2017-ci ilin yanvar ayından iddia qaldırılan günədək iddiaçı tərəfindən qazdan istifadə edilmiş, lakin verilən müavinət kommunal xidmətlərə görə təyinatı üzrə istifadə edilməmiş (debitor borcu ödənilməmiş), nəticədə 617,23 (altı yüz on yeddi manat 23 qəpik) manat debitor borcu yaranmışdır ki, bu da abonent tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Kəlbəcər Rayon Məhkəməsində hazırki mülki iş üzrə məhkəmə hazırlıq iclası 13 noyabr 2023-cü il tarixə təyin edilmiş və prosessual zərurətlə əlaqədar 14 noyabr 2023-cü il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 20 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh nümayəndəsi X2 20 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında istehsalat zərurəti ilə əlaqədar iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və dəqiqləşdirərək bildirmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Goranboy rayonunun Veyisli kəndində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Təxminən 2010-cu ildə Cavabdeh tərəfindən yaşadığı evə onun adına mexaniki tipli (kartsız) qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilədək onlara istifadə edilən qaza görə məcburi köçkün limiti ayrılmışdır. Həmin dövr üçün istifadə etdiyi təbii qazın haqqını ona göndərilmiş olan müvafiq bildirişlər əsasında ödəmişdir. 2018-ci ilədək ona borcunun olması barədə heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Daha sonra ödənişləri həyata keçirərkən Cavabdeh İB-nin əməkdaşları ona bildirmişlər ki, 2018-ci ilədək istifadə etdiyi qaza görə 617,73 manat (altı yüz in yeddi manat-73 qəpik) borc yazılmışdır, lakin həmin borcu qaz sayğacı yenilənərkən özləri siləcəklər, yəni onların deməsinə görə, həmin borc əslində istifadə etdiyi qaza görə əsassız olaraq yazılmışdır. 26 aprel 2022-ci ildə yaşadığı ünvanda əvvəlki sayğac “Zenner G4T Smart” tipli, **********756 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra təbii qazın haqqını kart vasitəsilə ödəmiş və hər ödəniş edən zaman ödənilən məbləğin xeyli hissəsi borca tutulmuşdur. Bununla bağlı Cavabdeha müraciət edəndə ona bildirmişlər ki, borcu ödəyib qurtarana qədər ödədiyi məbləğdən borc çıxılacaqdır. O, Cavabdeh əməkdaşlarına etiraz etmişdir ki, istifadə etmədiyi qaza görə nə üçün pul ödəməlidir? Bundan sonra Cavabdehdan yaşadı\ı ünvan üzrə abonentin saldosunu tələb etmiş və ona verdikləri saldoda (“**********00000” abonent kodu üzrəhakimin qeydi) əsassız yazılmış borcun silinməsi üçün Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 aprel 2023-cü il tarixli 2(040)-494/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, həmin qətnamədən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan zaman müəyyən olundu ki, onun adına iki fərqli-**********00000 nömrəli və **********00000 nömrəli abonent hesabları mövcuddur. Hazırda istifadəsində olan **********00000 abonent hesabı üzrə qaz sayğacı “Zenner G4T Smart” tipli olmuş və Goranboy rayonunun Veyisli kəndində yaşadığı fərdi yaşayış evinə quraşdırılmışdır. 26 aprel 2022-ci il tarixli (**********00000 abonent hesabı üzrə-hakimin qeydi) “Abonent saldosu”ndan görünür ki, onun 2023-cü ilin avqust ayına 617,73 manat borcu yaranmışdır. Digər ünvanda yerləşən **********00000 abonent hesabı üzrə “Zenner G4T” mexaniki qaz sayğacının faktiki istifadəçisi olmamışdır və həmin sayğac mexaniki olmaqla, sərfiyyata uyğun olaraq 94 (doxsan dörd) manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli 2(040)-494/2023 saylı qətnaməsi ləğv edilmişdir. Hazırda onun istifadəsində olan **********00000 nömrəli abonent hesabı üzrə hesablanmış 617,73 manat (altı yüz on yeddi manat-73 qəpik) debitor borc ona əsassız yazılmışdır. Cavabdeh onun istehlakçı hüquqlarını pozur, borcun yaranmasının əsaslarını sübuta yetirə bilmir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi X2 iştirak etdiyi 14 noyabr 2023-cü il tarixli hazırlıq iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, AGİS abonent bazasında 2011-ci il may ayında İddiaçı adına abonent hesabı açılmaqla abonent kimi qeydiyyata alınmışdır. Qeydiyyata alındıqdan sonra 2013-cü ilin iyul ayınadək qazdan istifadə edilməklə ödəniş aparılmamış, nəticədə abonentin 820 (səkkiz yüz iyirmi) manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Qaçqın və X1 üzrə Dövlət Komitəsi tərəfindən sözügedən ünvana üç nəfər məcburi köçkün olmaqla arayış əsasında 10 sentyabr 2013-cü il tarixdən aylıq limit ayrılmışdır. Bundan sonra abonentin hesabından arayış təqdim edildiyi gündən əvvəlki tarixə olan debitor borcundan 396,0 (üç yüz doxsan altı) manat hissəsi də ayrılmış limit daxilində hesabdan silinməklə 407,0 (dörd yüz yeddi) manat ödənilməmiş debitor borcu qalmışdır. Abonent saldosundan da göründüyü kimi, sayğac göstəricisinə əsasən istehlak olunmuş qazın həcmi ayrılmış aylıq limitdən çox olmuş, nəticədə ödənilməmiş debitor borcun məbləği aylar üzrə-konkret halda 2013-cü ilin sentyabr ayından etibarən ilin sonunadək 69,0 (altmış doqquz) manat, ümumilikdə 476,0 manat debitor borc, 2014-cü il ərzində ümumilikdə 406,0 (dörd yüz altı) manat- 168,00 manat limit ayrıldığı halda əlavə 238,0 (iki yüz otuz səkkiz) manat, 2015-ci il ərzində 168,0 (bir yüz altmış səkkiz) manat limit ayrıldığı halda əlavə 239,80 (iki yüz otuz doqquz manat 80 qəpik) manat, 2016-cı ilin doqquz ayı ərzində 118,0 (bir yüz on səkkiz) manat limit ayrıldığı halda, əlavə 172,20 (bir yüz yetmiş iki manat 20 qəpik) manat məbləğində ödənilməmiş debitor borc yaranmışdır. 2017-ci ilin yanvar ayından etibarən qaçqın və məcburi köçkünlər üçün ayrılan limit dayandırılmış, vahid müavinət şəklində onların özlərinə ödənilmişdir. Beləliklə, abonent saldosundan da göründüyü kimi, abonentin ünvanında yaranmış borc məbləği 2011-ci il may ayından 2013-cü ilin avqust ayınadək (limit ayrılanadək) ünvan üzrə 820,0 (səkkiz yüz iyirmi) manat debitor borcu yaranmış, limit ayrıldıqdan sonra isə 396,0 (üç yüz doxsan altı) manat debitor borc arayış əsasında abonent hesabından silinmişdir. Sonradan 2017-ci ilin yanvar ayından iddia qaldırılan günədək iddiaçı tərəfindən qazdan istifadə edilmiş, lakin verilən müavinət kommunal xidmətlərə görə təyinatı üzrə istifadə edilməmiş (debitor borcu ödənilməmiş), nəticədə 617,23 (altı yüz on yeddi manat 23 qəpik) manat debitor borcu yaranmışdır ki, bu da abonent tərəfindən ödənilməlidir. Ona görə də iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. İş materiallarında olan: 24 oktyabr 2023-cü il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********00000) İddiaçı 2011-ci ilin dekabr ayına 106,0 manat, 2012-ci ilin dekabr ayına 544,0 manat, 2013-cü ilin dekabr ayına 476,0 manat, 2014-cü ilin dekabr ayına 714,0 manat, 2015-ci ilin dekabr ayına 953,80 manat, 2016-cı ilin sentyabr ayına 0 manat, 2022-ci ilin dekabr ayına 677,23 manat, 2023-cü ilin sentyabr ayına 617,23 manat borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin: -1-ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -8-ci hissəsinin hal-hazırda qüvvədə olan müddəalarından görünür ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -8-ci hissəsinin 13 aprel 2022-ci il tarixədək qüvvədə olmuş mətnində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 1.3-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir, həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.1-ci bəndinin müddəalarından görünür ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, səlahiyyətli dövlət orqanı tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır; 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli 207 nömrəli Fərmanının müddəalarından görünür ki, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmiş, eyni zamanda, həmin tarixdən sonra yaranan təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndindən görünür ki,fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsinin təmin olunması qərara alınmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin birinci və beşinci abzaslarının müddəalarından görünür ki, Azərbaycan Respublikası ərazisində istehlakçılar o cümlədən malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququna maikdirlər. -5-ci maddəsinin 1-ci hissəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. -13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. -14-cü maddəsinin 3-cü hissəsinə əsasən, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. -26-cı maddəsinin birinci abzasına əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçıya 2023-cü ilin sentyabr ayına 617,23 manat (altı yüz on yeddi manat 23 qəpik) debitor borc hesablanmışdır. İddiaçı borcunun olması barədə heç bir rəsmi bildiriş göndərilməmişdir (bu barədə sənəd aşkar edilməmişdir). Məhkəmə hesab edir ki, İddiaçı (abonent kodu “**********00000” olan) Cavabdehnə qarşı qanunsuz və əsassız olaraq ona hesablanmış debitor borcun silinməsi tələbinə dair hazırki iddiası qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçının Cavabdehnə hesablanmış debitor borcundan 617,23 manat (altı yüz on yeddi manat- 23 qəpik) borc hissəsi hesabdan silinməlidir. Belə ki, Cavabdeh iddiaçıya hal-hazırki tarixə hesablanmış 617,23 manat (altı yüz on yeddi manat 23 qəpik) debitor borcun yaranma əsaslarını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir-cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) Cavabdehnə hesablanan debitor borcundan 617,23 manat (altı yüz on yeddi manat 23 qəpik) borc hissəsi hesabdan silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar