Məhkəmə qərarları › İş №2(040)-1199/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1199/2025

21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1199/2025 21.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “abonentə əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona Cavabdeh tərəfindən 2018-ci ilin may ayına əsassız olaraq hesablanmış 4023,96 AZN (dörd min iyirmi üç manat-96 qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonundan məcburi köçkündür, Goranboy rayon Qarasüleymanlı kəndində məskunlaşmışdır. Təxminən 2011-ci ildə Cavabdeh İB tərəfindən yaşadığı evə mexaniki tipli kartsız qaz sayğacı quraşdırılmışdır. O da həmin vaxtdan evdə digər kommunal xidmətlərlə bərabər təbii qazdan da istifadə etmişdir. 2018-ci ilədək istifadə edilən qaza görə qaçqın limiti ayrılmışdır. Həmin dövr üçün istifadə etdiyi təbii qazın haqqını bildiriş vasitəsilə ödəmişdir. 2018-ci ilədək ona borcunun olması baradə heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Daha sonra ödənişləri həyata keçirərkən Cavabdehın əməkdaşları ona bildirmişlər ki, 2018-ci ilədək istifadə etdiyi qaza görə 6735,09 AZN (altı min yeddi yüz otuz beş manat-09 qəpik) borc yazılmışdır, lakin həmin borcu qaz sayğacı yenilənərkən özləri siləcəklər. Yəni onların deməsinə görə, həmin borc əslində istifadə etmədiyi qaza görə əsassız olaraq yazılmışdır. 2010-2017-ci illər ərzində ona borcunun olması barədə “Azeriqaz” İB tərəfindən heç bir rəsmi bildiriş və xəbərdarlıq olunmamışdır. Əvvəlki mexaniki tipli kartsız qaz sayğacı yeni tipli kartlı qaz sayğacı ilə əvəz edildikdən sonra təbii qaza göra etdiyi ödənişdən borca çıxılmalar olmuşdur. O, bununla bağlı Cavabdeh İB-yə müraciət edəndə məlum olmuşdur ki, onun guya təbii qazdan istifadəyə görə borcu olduğundan etdiyi ödənişlərdən çıxılmalar olur. Belə ki, Cavabdeh İB tərəfindən ona əsassız yazılan 6735,09 AZN (altı min yeddi yüz otuz beş manat-09 qəpik) borcdan 2711,13 AZN (iki min yeddi yüz on bir manat-13 qəpik) silinmiş, lakin 4023,96 AZN (dörd min iyirmi üç manat-96 qəpik) saxlanmışdır. Halbuki həmin əsassız yazılmış borcu qaz sayğacı yenilənərkən siləcəklərini bildirmişdilər. Həmin borc tamamilə əsassız yazılmışdır. Belə ki, onun üzərində qalan borc “Dövlət qaçqınkom” tərəfindən ödəmələr aparıldığı zamana təsadüf edir. 2017-ci ilədək məcburi köçkünlərin istifadə etdiyi qaz limitinə görə borc “Dövlət qaçqınkom” tərəfindən ödənilmişdir. “Dövlət qaçqınkom” tərəfindən ödənişlər dayandırıldıqdan sonra istifadə etdiyi təbii qaza görə hər ay tam ödəniş etmişdir. Ona görə də, “Azeriqaz” İstehsalat Birliyi tərəfindən üzərindən illər keçdikdən sonra əsassız olaraq ona hesablanan borcu qanunsuz hesab edir. Ona yazılan borcla bağlı indiyə qədər ona heç bir rəsmi sənəd verilməmişdir. O, qaza görə hər ödəniş edəndə etdiyi ödənişdən ona əsassız yazılmış borca görə də çıxılmalar olmuşdur. Cavabdeha etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Çoxsaylı müraciətlərindən sonra 11 avqust 2025-ci ildə ona 2011-2018-ci illər üzrə “Abonentin saldosu”nu təqdim etmişlər. Həmin saldoya baxaraq ona yazılmış əsassız cərimənin nə qədər olduğunu bilmişdir. Lakin hal-hazırki vaxtadək etdiyi ödənişlərdən nə qədərinin borca çıxılmasından və hazırki vaxta nə qədər borcun qalmasından məlumatı yoxdur; cavabdeh “Azeriqaz” İB-nin əməkdaşları əsassız borc hesablamış, bununla da ona maddi ziyan vurmaqla hüquqlarını pozmuşdur. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 24 sentyabr 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə bağlı olaraq 10 oktyabr 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 21 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirr. iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İstehsal Birliyinin nümayəndəsi Nümayəndə 10 oktyabr 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı debitor borcunun silinməsi ilə bağlı Cavabdeh İstehsal Birliyinə tərəflərindən müraciət olunmuş, borcun bir hissəsinin silinməsi nəzərdə tutulmuşdur; borcun silinməsini Cavabdeh İstehsal Birliyi ilə dəqiqləşdirmək lazımdır. İş materiallarında olan: 09 oktyabr 2025-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş “Abonentin saldosu”nun surətindən görünür ki, abonent (№**********00000) İddiaçı cəmi 2740 AZN (iki min yeddi yüz qırx manat) borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. -5.6-cı maddəsinə əsasən, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqısatqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). -11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazırlır Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********00000) Cavabdeh tərəfindən hesablanmış 2740 AZN (iki min yeddi yüz qırx manat) debitor borc hesabdan silinməlidir. Belə ki, iş materiallarında olan 2017-2025-ci illəri əhatə edən abonent saldosundan görünür ki, abonentə: 2025-ci ilin iyul ayının sonuna 2740 (iki min yddi yüz qırx) manat debitor borcun hesablandığı qeyd edilsə də, cavabdeh həmin borcun yaranma mexanizmini əsaslandırmamışdır. Bundan başqa, cavabdeh, qaz paylayıcısı olaraq “Qaz təchizatı haqqında” Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsaslanmaqla (qanunun analogiya üzrə tətbiqi) onu da qeyd etməyi zəruri hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir (bu səbəbdən hazırki halda istehlakçının qaz təchizatçısına qarşı iddiası üzrə xidmətin qanuniliyi barədə sübutetmə yükü təchizatçının üzərinə düşməlidir). Cavabdeh tərəf iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməmişdir. İddia qalan hissədə-1283,96 AZN (bir min iki yüz səksən üç manat-96 qəpik) debitor borc hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 2017-2025-ci illəri əhatə edən abonent saldosunda debitor borc 2740 (iki min yeddi yüz qırx) manat olmuşdur. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh tərəf iddiaçıya tərtib etdiyi abonent saldosunda 2017-ci ildən hesablanmaqla saldo aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2, 551.2.1-ci maddələrindən görünür ki, vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdə öhdəliyə xitam verilir. Deməli, iddianın məhkəməyə göndərildiyi tarixdən geriyə hesablanmaqla son beş ildən artıq müddətə saldo hesablana bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İstehsal Birliyi tərəfindən “**********00000” nömrəli abonent- İddiaçı hesablanmış 2740 AZN (iki min yeddi yüz qırx manat) debitor borc hesabdan silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar