Məhkəmə qərarları › İş №2(040)-1345/2024

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1345/2024

04.12.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1345/2024 04.12.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, Ərizəçi, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesində Maraqlı şəxs ilə aralarında 06 may 2007-ci il tarixdə Xanlar (indiki Göygöl) rayon Qızılca kənd icra nümayəndəliyində 04 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına dair 1 saylı X1 27 noyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinin müddəalarından görünür ki, ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, hesab edirəm ki, mediasiya prosesində nikahın pozulmasına dair bağlanmış barışıq sazişi özlüyündə əhəmiyyətsiz olduğuna görə Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, iddianın yolverilməzliyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar