Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-284/2025 19.06.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 14 noyabr 2006-cı ildə doğulmuş övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 14 noyabr 2006-cı il tarixdə doğulmuş X7 onun övladıdır; övladı Həsən Həsənli doğulan vaxtdan psixi cəhətdən xəstə olmuş və hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Oğlu Həsən psixi xəstə olduğundan özünü idarə edə bilmir. Həsəni uşaq vaxtından müalicə etdirsələr də, nəticəsi olmamış və hazırda da Mingəçevir Şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserində qeydiyyatdadır. Övladı Həsənin hazırda 18 yaşı var, lakin özünü idarə edə bilmədiyindən hüquqlarını həyata keçirə bilmir, ona görə də övladının fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qətnaməsi ilə təsdiq olunmalı və o, övladı Həsən Həsənlinin üzərində qəyyum təyin olunmalıdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 06 fevral 2025-ci il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olananadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 05 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 26 may 2025ci il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 19 iyun 2025-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X1 məhkəmə iclasında iştiraka imkan vermədiyindən, məhkəmə maraqlı şəxs X4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış digər maraqlı şəxslər- Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi və X4 atası Maraqlı şəxs2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə gəlməyən maraqlı şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, övladı X7 hal-hazırda da “dərin əqli gerilik, davranış pozuntuları ilə” diaqnozlu xəstəlikdən əziyyət çəkir və Bakı şəhərindən müalicədən yenicə gətirmişlər, hazırda Mingəçevir şəhərində nənəsinin (ərizəçinin anasının) yanındadır, özünü idarə edə bilmir; övladı Həsən Həsənlini illərlə müalicə etdirsələr də, heç bir nəticəsi olmamışdır: övladı X7 hal-hazırda da özünü idarə edə bilmir və öz hərəkətlərinin mənasını başa düşmür. Növbəti dəfə bununla bağlı bu ilin sentyabr ayında yenidən müalicə üçün Bakı şəhərinə aparacaqlar. Ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı, maraqlı şəxs X4 dayısıdır. Həsəndə bir-iki yaşlarından etibarən ciddi əqli qüsurlar özünü büruzə verməyə başlamış və həmin qüsurlar hal-hazırda da davam edir, bununla bağlı Həsən Həsənlini illərlə müalicə etdirsələr də, heç bir nəticəsi olmamışdır: X7 hal-hazırda da özünü idarə edə bilmir və öz hərəkətlərinin mənasını başa düşmür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, Ərizəçi uzaq qohumudur. Ərizəçi övladı X7 uşaqlıqdan əqli qüsurludur, özünü idarə edə bilmir və öz hərəkətlərinin mənasını başa düşmür. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mingəçevir şəhər nikah evi tərəfindən 27 noyabr 2006-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuşdur. Atası- Maraqlı şəxs2, anası- X2r. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər rayonlararası psixo-nevroloji dispanseri tərəfindən 02 dekabr 2024-cü il tarixdə verilmiş 1565 nömrəli arayışdan görünür ki, 2006-cı il təvəllüdlü X7 01 mart 2016-cı ildən Mingəçevir Şəhər Rayonlararası Psixo-nevroloji Dispanserində çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, 14 noyabr 2006-cı il tarixdə doğulmuş X5 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları (İQ20)” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator şöbəsinin 22 aprel 2025-ci il tarixli 1743 saylı ekspertiza rəyindən görünür ki, X5 “dərin əqli gerilik, davranış pozuntuları ilə (F73.1)” xəstəliyi vardır. Xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu etmək iqtidarında deyildir. Həsən Həsənlinin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. İş materiallarında olan: Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilən 26 fevral 2016-cı il tarixli AZ-İ 231312 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında 26 fevral 2016-cı ildə 40 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv edildikdən sonra ərə “Həsənov”, arvada “Süleymanova” soyadları verilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 14 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X7 “dərin əqli gerilik, davranış pozuntuları ilə (F73.1)” diaqnozu ilə xəstədir, birinci dərəcəli müddətsiz əlildir, öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini şüurlu etmək iqtidarında deyildir, daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi) 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğunu təsdiq edir. Ona görə ərizə təmin edilməli, Ərizəçi övladı- 14 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X7 (FİN: 7TQM33A) fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Mingəçevir şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-284/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-284/2025
19.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver