Məhkəmə qərarları › İş №2(040)-340/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-340/2025

27.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-340/2025 27.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Mən, Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı – İddiaçı, Cavabdeh – Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 549,33 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İBAN: AZ72İBAZ******************** saylı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatda olduğu ünvan Kəlbəcər rayonu ərazisinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan Xocalı şəhəri qeyd edilmişdir. İddiaçının diqqətinə çatdırılır ki, hazırki tələblə Xocalı Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, 2(040)-340/2025 saylı mülki iş üzrə ərazi aidiyyəti düzgün seçilmədiyinə görə, iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılsın. Bu qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar