Məhkəmə qərarları › İş №2(040)-342/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-342/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-342/2025 08.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə 2330,90 manat (iki min üç yüz otuz manat 90 qəpik) debitor borcun və ödənilmiş 43,30 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Gəncə X3 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında XS-22-12689/24 saylı 17 iyul 2024-cü il tarixli Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçı ilə paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlaçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətinə tam ödənilməlidir. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh İddiaçı Gəncə X3 İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X3 İdarəsinə 2330,90 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə 26 noyabr 2024-cü il tarixli HŞ-xx/xx-0176 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X3 İdarəsinə 2330,90 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər aparılmış və hazırda cavabdehin İddiaçınə debitor borcu 2080,38 manat təşkil edir. Sadaladıqlarını nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Gəncə X3 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 17 iyul 2024-cü il tarixdə XS- 22-12689-24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan: 08 aprel 2025-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********00000) Cavabdeh 2023-cü ilin yanvar ayına 1954,86 manat, 2024-cü ilin yanvar ayına 2303,82 manat, 2025-ci ilin yanvar ayına 2117,88 manat, 2025-ci ilin mart ayına 2080,38 manat borcunun yarandığı qeyd edilmişdir. İş materiallarında olan: İddiaçı Gəncə X3 İdarəsi tərəfindən Cavabdeh göndərilmiş 26 noyabr 2024-cü il tarixli HŞ-xx/xx-0176 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 17 iyul 2024-cü il tarixli XS-22-09843/23 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 26 noyabr 2024-cü il tarixə yaranmış 2330,90 manat debitor borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən-təbii qazdan istifadəyə görə yaranmış 2080,38 manat (iki min səksən manat 38 qəpik) borc tələbi və 40,80 manat (qırx manat 80 qəpik) dövlət rüsumunun əvəzinin tələbinə dair hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdehin 2025-ci ilin mart ayının sonunadək 2080,38 manat (iki min səksən manat-38 qəpik) borcu yaranmışdır. Belə olan halda, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2080,38 AZN (iki min səksən manat-38 qəpik) məbləğində borcun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə - 250,52 manat (iki yüz əlli manat 52 qəpik) borc tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2080,38 manat (iki min səksən manat 38 qəpik) borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40,80 manat (qırx manat 80 qəpik) hissəsinin pul əvəzi, cəmi 2121,18 AZN (iki min bir yüz iyirmi bir manat-18 qəpik) məbləğdə pul vəsaiti alınıb İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar