Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-343/2025 07.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1939,68 manat (min doqquz yüz otuz doqquz manat 68 qəpik) debitor borcun və ödənilmiş 39,39 manat (otuz doqquz manat 39 qəpik) dövlət rüsumunun alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə X4 idarəsi ilə Cavabdeh (abunəçi kodu: **********00000) arasında qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün 21 iyun 2024cü il tarixli XS-22-12807/24 saylı qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir; qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi İddiaçı Gəncə X4 idarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X4 İdarəsinə 1939,68 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə 26 noyabr 2024cü il tarixli HŞ-xx/xx-0177 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. Cavabdeh 03 fevral 2025-ci il tarixdə iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tərəfindən onun məhkəməyə verilməsinə qəti olaraq etiraz edir. Belə ki, 2011-ci ildə çəkilən qaz xəttindən istifadə etdiyi qazın dəyərinin “Qaçqınkom” tərəfindən ödənilməsinə baxmayaraq, qaz idarəsi tərəfindən silinməmişdir. Bundan sonra qaz idarəsi tərəfindən aldadıcı halda çekdə ilkin borc kimi 380 (üç yüz səksən) manat göstərilmiş, sayğac həmin sayğac olduğu halda bir neçə ay keçdikdən sonra birdən-birə 1500 (min beş yüz) manata yaxın borc çeki gəlmişdir. Sayğaca heç bir müdaxilə olmadığı halda dəfələrlə borcun nə olması barədə İddiaçıa müraciət etsə də, ona borcun əvvəl düz hesablanmadığını, yaranan borcun dövlət tərəfindən ödənilmədiyini şifahi olaraq bildirmişlər. Daha sonra onlar evdə olmadığı vaxt qaz idarəsinin işçiləri tərəfindən sayğac açılaraq aparılmışdır. O evdə olmadığı vaxt sayğacın nə üçün açılıb dəyişdirilməsi barədə qaz idarəsinə müraciət etsə də, ona sayğacın istismar müddətinin başa çatdığını, ona görə də dəyişdiklərini bildirmişlər. Bundan bir neçə ay sonra təxmini 450 (dörd yüz əlli) manatdan yuxarı yenə əlavə borcunun olduğu ona bildirilmişdir. O, bu cərimənin qanunsuz olduğunu şifahi və yazılı ərizə ilə dəfələrlə bildirsə də, heç bir nəticəsi olmamışdır. Qaz idarəsi tərəfindən onun kimi yüzlərlə ailəyə qanunsuz cərimələr yazılmışdır. Odur ki, sadaladıqlarını nəzərə alaraq iş üzrə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin hazırlıq iclası 06 mart 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə bağlı 08 aprel 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 07 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun olaraq izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Gəncə X4 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 21 iyun 2024-cü il tarixdə XS- 22-12807-24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və sair vəzifələri, istehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və sair vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan (iddia ərizəsinə əlavə edilmiş): 23 sentyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş (kompyuter üsulu ilə çap edilmiş) “Abonentin saldosu”ndan görünür ki, “**********00000” nömrəli abonent Cavabdeh ünvanında cihazlar (qaz qurğuları-hakimin qeydi): qaz plitəsi-PQ-4 (1/1) və radiator (1/1) olduğu, 05 iyun 2024-cü il tarixdə “GCZ-G4 Diafraqma” tipli GCZ0055509 nömrəli sayğac quraşdırıldığı göstərilmiş (dəyişdirilmiş sayğaclarla bağlı heç bir məlumat yoxdur-hakimin qeydi), saldoda həmçinin borclar: 2018-ci ilin yanvar ayının sonuna 510,50 manat və 2018-ci ilin dekabr ayının sonuna 1598,40 manat; 2019-cu ilin yanvar ayının sonuna 1640,40 manat və 2019-cu ilin dekabr ayının sonuna 1813,40 manat; 2020-ci ilin yanvar ayının sonuna 1828,90 manat və 2020-ci ilin dekabr ayının sonuna 1941,80 manat; 2021-ci ilin yanvar ayının sonuna 1947,60 manat və 2021-ci ilin dekabr ayının sonuna 2027,48 manat; 2022-ci ilin yanvar ayının sonuna 2069,0 manat və 2022-ci ilin dekabr ayının sonuna 2030,08 manat; 2023cü ilin yanvar ayının sonuna 2025,68 manat və 2023-cü ilin dekabr ayının sonuna 2142,68 manat; 2024-cü ilin yanvar ayının sonuna 2184,32 manat, 2024-cü ilin may ayının sonuna 2140,80 manat, 2024-cü ilin sentyabr ayının sonuna 1909,88 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan (iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş): 07 may 2025-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş (kompyuter üsulu ilə çap edilmiş) “Abonentin saldosu”ndan görünür ki, “**********00000” nömrəli abonent Cavabdeh ünvanında cihazlar (qaz qurğuları-hakimin qeydi): qaz plitəsi-PQ-4 (1/1) və radiator (1/1) olduğu, 05 iyun 2024-cü il tarixdə “GCZ-G4 Diafraqma” tipli GCZ0055509 nömrəli sayğac quraşdırıldığı göstərilmiş (dəyişdirilmiş sayğaclarla bağlı heç bir məlumat yoxdur-hakimin qeydi), həmçinin borcları: 2020-ci ilin yanvar ayının sonuna 1828,90 manat və 2020-ci ilin dekabr ayının sonuna 1941,80 manat; 2021-ci ilin yanvar ayının sonuna 1947,60 manat və 2021-ci ilin dekabr ayının sonuna 2027,48 manat; 2022-ci ilin yanvar ayının sonuna 2069,0 manat və 2022-ci ilin dekabr ayının sonuna 2030,08 manat; 2023-cü ilin yanvar ayının sonuna 2025,68 manat və 2023-cü ilin dekabr ayının sonuna 2142,68 manat; 2024-cü ilin yanvar ayının sonuna 2184,32 manat, 2024-cü ilin may ayının sonuna (sayğacın quraşdırıldığı tarixədək-hakimin qeydi) 2140,80 manat, 2024-cü ilin oktyabr ayının sonuna1939,68 manat; 2024-cü ilin dekabr ayının sonuna 2033,08 manat; 2025-ci ilin yanvar ayının sonuna 2003,55 manat və 2025-ci ilin aprel ayının sonuna 2057,14 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan: İddiaçı Gəncə X4 idarəsi tərəfindən Cavabdeh göndərilmiş 26 sentyabr 2024-cü il tarixli HŞ-xx/xx-0143 nömrəli yazılı xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 21 iyun 2024-cü il tarixli XS-22-12923-24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuş, qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 26 noyabr 2024-cü il tarixə yaranmış 1906,88 manat debitor borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan: “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” 21 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı Goranboy rayonu üzrə xidmət sahəsi ilə “**********00000” nömrəli abonent Cavabdeh qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacına (G-u GC2 0055509) görə müəyyən etmişlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü (qaz sayğacının qaz paylayıcısı tərəfindən çıxarıldığı hallar-hakimin qeydi), 6.5-ci (istehlaçının qaz xəttinə qanunsuz qoşulduğu hallar-hakimin qeydi), 6.5-2-ci (istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildiyi hallar-hakimin qeydi) və 6.5-3-cü (istehlakçı tərəfindən qanunsuz qoşulma halları-hakimin qeydi) bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. -5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. -5.6-cı bəndinə əsasən, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı tərəfindən cavabdehə təbii qazdan istifadəyə görə 2024-cü ilin may ayının sonunadək (mövcud sayğac quraşdırılanadək) artıq 2140,80 manat debitor borc hesablanmışdır. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndindən görünür ki, bu Qaydaların 5.4-cü (qaz sayğacının qaz paylayıcısı tərəfindən çıxarıldığı hallar-hakimin qeydi), 6.5-ci (istehlakçının qaz xəttinə qanunsuz qoşulduğu hallar-hakimin qeydi), 6.5-2-ci (istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildiyi hallar-hakimin qeydi) və 6.5-3-cü (istehlakçı tərəfindən qanunsuz qoşulma halları-hakimin qeydi) bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıdır. Hazırki halda isə saldoda abonentin ünvanında 05 iyun 2024-cü il tarixdə sayğacın quraşdırıldığı göstərilmiş və əvvəlki sayğac(lar) barədə heç bir məlumat əks olunmamış, mövcud sayğac quraşdırılanadək, yəni 2024-cü ilin may ayının sonunadək olan müddət üzrə hesablanbmış 2140,80 manat debitor borcun hansı sayğac əsasında hesablanması əsaslandırılmamışdır. İddiaçı hazırki iddiada abonentdən 2024-cü ilin oktyabr ayının sonunadək olan müddət üzrə hesablanmış 1939,68 manat debitor borcu tələb edir ki, həmin borcun da faktiki əsası sübuta yetirilməmiş qalır. Belə olan halda hazırki iddia əsassız olduğundan təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-343/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-343/2025
07.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver