Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-344/2025 22.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1737,90 manat (min yeddi yüz otuz yeddi manat- 90 qəpik) debitor borcun və ödənilmiş 37,37 manat (otuz yeddi manat-37 qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Gəncə X3 idarəsi ilə Cavabdeh (kod: **********00000) arasında qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı, onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün 21 iyun 2024-cü il tarixli XS-22-12923/24 saylı qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlaçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 (bir) ay müddətinə tam ödənilməlidir; qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməlidir. Bağlanılmış müqaviləyə əsasən Cavabdeh İddiaçı Gəncə X3 idarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Nəticədə istifadə etdiyi təbii qazın dəyərinə görə cavabdehin İddiaçı Gəncə X3 İdarəsinə 1737,90 manat məbləğində debitor borcu yaranmışdır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə 28 noyabr 2024-cü il tarixli HŞxx/xx-0174 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borcun ödənişini təmin etməmişdir. İddia ərizəsi 27 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin hazırlıq iclası 06 mart 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 08 aprel 2025ci il tarixə təyin edilmiş, məhkəmə baxışı iclası prosessual zərurətlə bağlı 22 aprel 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən onun barəsində əvvəl də məhkəməyə müraciət edilmiş və bununla bağlı barəsində məhkəmə qətnaməsi çıxarılmışdır. Onun xəbəri olmadan pensiyasından hər ay pul tutulmuş və borcundan da artıq məbləğ pensiyasından çıxılmışdır. Hazırda İddiaçı yenidən eyni borcu ondan tələb edir, halbuki onun İddiaçıa heç bir borcu yoxdur. Əvvəl yaranmış borcuna görə ondan artıqlaması ilə pul tutulmuşdur. Sadaladıqlarını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Gəncə X3 İdarəsinin Goranboy rayonu üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 19 sentyabr 2024-cü il tarixdə XS-22-12923-24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan (iddia ərizəsinə əlavə edilmiş): 19 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş (kompyuter üsulu ilə çap edilmiş) “Abonentin saldosu”ndan görünür ki, “**********00000” nömrəli abonent Cavabdeh 2021-ci ilin yanvar ayına borcu 1653,20 manat, 2022-ci ilin yanvar ayına borcu 1761,38 manat, 2023-cü ilin yanvar ayına 1760,27 manat, 2024-cü ilin yanvar ayına 1771,06 manat, 2024-cü ilin oktyabr ayına 1737,90 manat borcunun yarandığı qeyd edilmişdir. İş materiallarında olan: İddiaçı Gəncə X3 idarəsi tərəfindən Cavabdeh göndərilmiş 26 noyabr 2024-cü il tarixli HŞ-xx/xx-0174 nömrəli yazılı xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 21 iyun 2024-cü il tarixli XS-22-12923-24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuş, qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 26 noyabr 2024-cü il tarixə yaranmış 1737,90 manat debitor borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(040)-645/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, təbii qazdan istifadəyə görə hesablanmış 810,0 (səkkiz yüz on) pulun və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun pul əvəzinin, ümumilikdə isə 840,0 (səkkiz yüz qırx) manat pulun Cavabdeh alınıb İddiaçı ABB 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZE50İBAZ******************** bank hesabına ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadəyə görə 20 avqust 2020-ci il tarixədək yaranmış 1651,10 manat (min altı yüz əlli bir manat-10 qəpik) borcu tələb etmiş, məhkəmə iddia olunan borcun 810,0 (səkkiz yüz on) manat hissəsini, yəni 2017-ci ilin noyabr ayından sonra yaranmış 810,0 (səkkiz yüz on) manat borc hissədə iddianı əsaslı hesab edərək həmin iddianı təmin etmiş, qalan hissədə, yəni 2017-ci ilin oktyabr ayının sonunadək yarandığı iddia olunan 841 manat borcun tələbinə dair hissədə iddianı rədd etmişdir-hakimin qeydi). İş materiallarında olan: Gəncə Apellyasiya Məhkəməsinin dərhal qanuni qüvvəyə minmiş 19 mart 2021-ci il tarixli 2(104)-1554/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(040)-645/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan: Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 12302/2021-9- 10/1 nömrəli inkasso sərəncamından görünür ki, 2(040)-645/2020 nömrəli icra sənədi üzrə Cavabdeh İddiaçı xeyrinə 07 iyul 2021, 12 avqust 2021, 9 sentyabr 2021, 9 oktyabr 2021, 12 oktyabr 2021, 2 fevral 2022-ci il tarixlərdə 129,89 manat, 1 mart 2022 və 5 aprel 2022ci il tarixlərdə 107,45 manat olmaqla, cəmi 994,24 (doqquz yüz doxsan dörd manat 24 qəpik) pul tutulmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü (qaz sayğacının qaz paylayıcısı tərəfindən çıxarıldığı hallar-hakimin qeydi), 6.5-ci (istehlaçının qaz xəttinə qanunsuz qoşulduğu hallar-hakimin qeydi), 6.5-2-ci (istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildiyi hallar-hakimin qeydi) və 6.5-3-cü (istehlakçı tərəfindən qanunsuz qoşulma halları-hakimin qeydi) bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. -5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. -5.6-cı bəndinə əsasən, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “istifadə edilmiş təbii qaza görə hesablanmış 1651,10 manat borc tələbi”nə dair iddiasına əsasən Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(040)-645/2020 saylı qətnaməsi ilə Cavabdeh qarşı təbii qazdan istifadəyə görə 20 avqust 2020-ci il tarixədək yaranmış 1651,10 manat (min altı yüz əlli bir manat 10 qəpik) borcun 2017-ci ilin noyabr ayından 2020-ci ilin 20 avqust tarixinədək olan müddət üzrə yaranmış 810,0 (səkkiz yüz on) manat hissəsinin tələbi əsaslı hesab edilərək həmin hissədə iddia təmin edilmiş, təbii qazdan istifadəyə görə hesablanmış 810,0 (səkkiz yüz on) pulun və məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun pul əvəzinin, ümumilikdə isə 840,0 (səkkiz yüz qırx) manat pulun Cavabdeh alınıb İddiaçınə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(104)- 1554/2021 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(040)-645/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi abonentin (№**********00000) saldosundan görünür ki, Cavabdeh 2021-ci ilin yanvar ayına 1653,20 manat, 2022-ci ilin yanvar ayına 1761,38 manat, 2023-cü ilin yanvar ayına 1760,27 manat, 2024-cü ilin yanvar ayına 1771,06 manat, 2024-cü ilin oktyabr ayına 1737,90 manat borcu yaranmışdır. Halbuki, 2021-ci ilin avqust ayınadək yaranmış 1651,10 manat borc məbləğinə dair Kəlbəcər Rayon Məhkəməsi tərəfindən 17 noyabr 2020-ci il tarixli 2(040)- 645/2020 saylı qətnamə qəbul edilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsinin 12302/2021-9-10/1 nömrəli inkasso sərəncamı ilə 2(040)-645/2020 nömrəli icra sənədi üzrə Cavabdeh İddiaçı xeyrinə cəmi 994,24 (doqquz yüz doxsan dörd manat 24 qəpik) pul tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (cavabdehə 2020-ci ilin avqust ayının sonunadək olan müddət üzrə hesablanmış olan debitor borca münasibətdə Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2020-ci il tarixli 2(040)-645/2020 saylı qətnaməsi mövcuddur-hakimin qeydi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı tərəfindən cavabdehə 2011-ci ilin may ayından 2024-cü ilin oktyabr ayınadək olan müddət üzrə hesablanmış cəmi 1737,90 manat (min yeddi yüz otuz yeddi manat 90 qəpik) borc məbləğindən 2020-ci ilin avqust ayının 20-dək olan müddət üzrə hesablanmış 1651,10 manat (min altı yüz əlli bir manat 10 qəpik) borc məbləğini çıxdıqda, həmçinin, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-645/2020 nömrəli icra sənədinə əsasən, cavabdehdən İddiaçı xeyrinə 994,24 (doqquz yüz doxsan dörd manat 24 qəpik) pul tutulduğunu nəzərə aldıqda, Cavabdeh hal-hazırda İddiaçınə borcunun olmadığı öz təsdiqini tapır. Belə olan halda hazırki iddia təmin edilə bilməz. İdiaçıya izah edilir ki, abonentə debitor borc olaraq hesablamış və məhkəmədə mübahisələndirilərkən məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmamış debitor borc məbləği abonentin hesabında qala bilməz və həmin borc hesabdan silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-344/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-344/2025
22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver