Məhkəmə qərarları › İş №2(040)-602/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-602/2025

01.04.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-602/2025 01.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə aralarında Goranboy rayon 1 saylı Mediasiya Təşkilatında 24 fevral 2025-ci il tarixdə MŞG/MT032-2025-00079 sayla bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 16 may 2010-cu ildə Goranboy Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 20 mart 2011-ci ildə X5, 01 aprel 2012-ci ildə X6 və 01 may 2014-cü ildə X4 adlı övladları doğulmuşdur. Cavabdeh Maraqlı şəxs Camaləddin qızı ilə 04 noyabr 2015-ci il tarixdə Goranboy Rayon Məhkəməsinin 2(045)-1871/2015 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmənin həmin tarixli qətnaməsinə əsasən uşaqların üçünün də onun himayəsində saxlanılması qət edilmişdir. Həmin qətnaməyə əsasən Goranboy rayon Qeydiyyat şöbəsindən xx.xx.2015-ci ildə AZ-İ 225212 nömrəli nikahın pozulması haqqında şəhadətnamə almışdır. Nikahları pozularkən aliment tələb etməmişdir, lakin hal-hazırda uşaqlar böyüdükcə onların tələbatları da çoxalır, maddi cəhətdən imkanı uşaqların tələbatını ödəməyə imkan vermir. Ona görə də, cavabdeh Maraqlı şəxs üç uşağın saxlanması üçün hər bir uşağa görə aliment alması ilə bağlı Goranboy rayon Mediyasiya şöbəsinə rəsmi müraciət etmiş, Mediasiya Şurasının üzvü, Goranboy rayon 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 mübahisə ilə bağlı ilkin mediasiya sessiyası təyin etmişdir. Cavabdehlə öz aralarında barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən cavabdeh Maraqlı şəxs onun himayəsinə verilmiş övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ay hər bir uşaq üçün 40 manat olmaqla, 3 uşaq üçün cəmi 120 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Başqa tələbi olmamışdır. Mediator V.Tağıyeva “Mediasiya haqqında” Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişinin bağlanmasına dair xx.xx.2025-ci il tarixli MSG/MT032-2025-00079 saylı arayış vermişdir. 50 manat dövlət rüsumu da ödəmişdir. Barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda uşaqlar böyüdükcə onların tələbatları da çoxalır, maddi cəhətdən imkanı uşaqların tələbatını ödəməyə imkan vermir. Ona görə də, cavabdeh Maraqlı şəxs üç uşağın saxlanması üçün hər bir uşağa görə aliment alması ilə bağlı Goranboy rayon Mediasiya şöbəsinə rəsmi müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə öz aralarında barışıq sazişi bağlamışlar. Həmin sazişə əsasən cavabdeh Maraqlı şəxs onun himayəsinə verilmiş övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ay hər bir uşaq üçün 40 manat olmaqla, 3 uşaq üçün cəmi 120 manat aliment ödəməyi öz öhdəsinə götürmüşdür və onlar bu barədə 24 fevral 2025-ci il tarixli MŞG/MT/032-2025-00079 saylı barışıq sazişi bağlamışlar. O, Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış 24 fevral 2025-ci il tarixli MŞG/MT/032-2025-00079 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Ərizəçi ilə aralarında bağlanmış 24 fevral 2025-ci il tarixli MŞG/MT/032-2025-00079 saylı barışıq sazişini qəbul edir. Övladlarına görə hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat aliment ödəməyə razıdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 fevral 2025ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 20 mart 2011-ci ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 fevral 2025ci il tarixdə verilmiş arayışdan görünür ki, X6 01 aprel 2012-ci ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 fevral 2025ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 01 may 2014-cü ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X3 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 24 fevral 2025-ci il tarixli MŞG/MT/032-2025-00079 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs övladları xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixindən etibarən hər ay hər bir uşaq üçün 40 manat olmaqla, 3 uşaq üçün cəmi 120 manat alimentin Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahlarından 20 mart 2011-ci ildə doğulmuş X5, 01 aprel 2012-ci ildə doğulmuş X6 və 01 may 2014-cü ildə doğulmuş X1 üçün ana Maraqlı şəxs hər ay hər uşağa görə 40 (qırx) manat olmaqla, üç uşağa görə 120 (yüz iyirmi) manat aliment məbləğinin tutularaq ata Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 24 fevral 2025-ci il tarixli MŞG/MT/032/2025-00079 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 24 fevral 2015ci il tarixdən - barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 24 fevral 2025-ci il tarixli MŞG/MT/032/2025-00079 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. 24 fevral 2025-ci il tarixdən hesablanmaqla, 20 mart 2011-ci ildə doğulmuş X5, 01 aprel 2012-ci ildə doğulmuş X6 və 01 may 2014-cü ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,1 (sıfır tam onda bir) misli həddində olmaqla, üç uşağa görə cəmi müvafiq dövrdə ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğinin 0,3 (sıfır tam onda üç) misli həddində sabit pul məbləğində aylıq aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar