Məhkəmə qərarları › İş №2(040)-631/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-631/2025

14.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-631/2025 14.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında "xxxx" KB ASC-də bağlanmış müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsinə, tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun etibarından sui-istifadə edərək, onun yaza bilməməsindən, eləcə də psixi durumunda problem olmasından sui-istifadə etməklə "xxxx" KB ASC-dən onun adına 3600 (üç min altı yüz) manat məbləğində kredit almaqla sənədləşmə aparmışdır ki, guya həmin pulu ona vermişdir. Halbuki o, ümimiyyətlə anlaqsız adamdır. Onun bu barədə 21 aydan sonra pensiyasından bankın xeyrinə tutqu olduqda məlumatı olmuşdur. Bu barədə aidiyyəti üzrə Mərkəzi Banka çoxsaylı şikayətləri olsa da, araşdırmalar aparılmadan üç dəfə eyni məzmunlu, yayındırıcı cavablar verilmişdir. Odur ki, İddiaçı Cavabdeh ilə aralarında "xxxx" KB ASC-də bağlanmış müqavilənin etibarsız hesab edilməklə ləğv edilməsinə, tərəfindən ödənilmiş dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə hazırlıq iclası 14 may 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı 14 may 2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı hazırki iddiasının baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmiş, zərurət olarsa yenidən iddia qaldıracağını bildirmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 57 (əlli yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar