Məhkəmə qərarları › İş №2(040)-868/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-868/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-868/2023 21.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi - Ərizəçi və vəkili X3 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonunun Yanşaq İcra Nümayəndəliyində (əslində Kəlbəcər rayonu X16 Deutatları Sovetinin İcraiyyə komitəsində-hakimin qeydi) xx xxx 1961-ci il tarixdə “X6” barəsində aparılmış 45 nömrəli doğum aktı qeydinin ona məxsus olması, “Oktay” və “Qərib” adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1961-ci il tarixdə Kəlbəcər rayonun Yanşaq kəndində doğulmuş və həmin kənddə boya-başa çatmışdır. Lakin 1981-ci ildə vəziyyətlə əlaqədar olaraq, Rusiyaya getməli olmuş və uzun müddət Rusiyada yaşamışdır. Daha sonra isə 2000-ci ildə Rusiyadan qayıtdıqdan sonra ona 28 noyabr 2000-ci il tarixdə köhnə qırmızı pasportu (SSRİ pasportu) təqdim etdikdən sonra ona Azərbaycan Respublikasının pasportu verilmişdir və həmin xarici pasportla, o, Rusiya Federasiyasına getməli olmuşdur. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi adlı sənədlə 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və həmin sənədin etibarlılıq müddəti 01 iyul 2023-cü il tarixədək olmuşdur. Onun yeni Azərbaycan Respublikası vətəndaşı pasportunun müddəti 28 noyabr 2005-ci il tarixdə bitdiyinə görə və şəxsiyyət vəsiqəsi daha əvvəldən olmadığına görə ona yeni pasport verilmir. O, pasport alan dövrdə, yəni 28 noyabr 2000-ci il tarixdə şəxsiyyət vəsiqəsi yox idi və şəxsiyyət vəsiqələri heç kəsə verilməmişdir. Hal-hazırda ona şəxsiyyət vəsiqəsi və pasportun verilməməsinə səbəb onun doğum aktı qeydində adının “Ərizəçi” kimi deyil, “X6” kimi göstərilməsidir. Əslində hamı ona uşaqlıqdan “Oktay” dediyinə görə, orta məktəb sənədlərində də adı Oktay kimi yazılmış və keçmiş sovet (SSRİ) pasportu olan qırmızı pasportunda da adı Oktay kimi göstərilmişdir. Yəni doğum sənədində adının Qərib kimi yazılmasını ailəsi və özü belə unutmuşdur. Hesab edir ki, Kəlbəcər rayonunun Yanşaq İcra Nümayəndəliyinin xx xxx 1961-ci ilə aid 45 nömrəli doğum aktı qeydində Oktay və Qərib adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Mülki iş üzrə hazırlıq iclası 14 avqust 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 21 avqust 2021-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs - Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o, Ərizəçi xx xxx 1961-ci il tarixdə Kəlbəcər rayonun Yanşaq kəndində doğulmuş, atası-X5, anası-X1r; o, həmin kənddə boya-başa çatmışdır. Lakin 1981-ci ildə vəziyyətlə əlaqədar olaraq, Rusiyaya getməli olmuş və uzun müddət Rusiyada yaşamışdır. Daha sonra isə 2000-ci ildə Rusiyadan qayıtdıqdan sonra ona 28 noyabr 2000-ci il tarixdə köhnə qırmızı pasportu (SSRİ pasportunu) təqdim etdikdən sonra ona Azərbaycan Respublikasının pasportu verilmişdir və həmin xarici pasportla, o, Rusiya Federasiyasına getməli olmuşdur. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi adlı sənədlə 01 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və həmin sənədin etibarlılıq müddəti 01 iyul 2023-cü il tarixədək olmuşdur. Onun yeni Azərbaycan Respublikası vətəndaşı pasportunun müddəti 28 noyabr 2005-ci il tarixdə bitdiyinə görə və şəxsiyyət vəsiqəsi daha əvvəldən olmadığına görə ona yeni şəxsiyyət vəsiqəsi və pasport verilmir. O, pasport alan dövrdə, yəni 28 noyabr 2000-ci il tarixdə şəxsiyyət vəsiqəsi yox idi və şəxsiyyət vəsiqələri həmin vaxt heç kəsə verilməmişdi. Hal-hazırda ona şəxsiyyət vəsiqəsi və pasportun verilməməsinə səbəb onun doğum aktı qeydində adının “Ərizəçi” kimi deyil, “X6” kimi göstərilməsidir. Əslində hamı ona uşaqlıqdan Oktay dediyinə görə orta məktəb sənədlərində də adı Oktay kimi yazılmış və keçmiş sovet (SSRİ) pasportu olan qırmızı pasportunda da adı Oktay kimi göstərilmişdir. Yəni adının doğum sənədində Qərib kimi yazılmağını ailəsi qarışıq özü belə unutmuşdur. Doğum qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş və oradan Oktay və Qərib adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Kəlbəcər rayonunun X11 1961-ci ildə X6 barəsində aparılmış 45 nömrəli doğum aktı qeydinin ona məxsus olması, “X6” adının ona- Ərizəçi aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən- 1933-cü ildə Azərbaycanın Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi atasıdır. Ərizəçinin adı doğum akt qeydində “Qərib” kimi qeyd edilsə də, əslində onun X4 ilə birgə nikahlarından xx xxx 1961-ci ildə doğulmuş uşağın adını “Oktay” qoymuşlar. Ərizəçinin məktəb illərindən başlanmış hal-hazıradək olan bütün sənədlərində adı “Oktay” qeyd edilmişdir. Onun “X6” adında övladı olmamışdır. O, Kəlbəcər rayonunun X11 1961-ci ildə X6 adına aparılmış 45 nömrəli doğum aktı qeydinin Ərizəçi aid olmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən X7 ifadəsində ərizəçinin onun əmisi olduğunu və həmin əmisinin adının Oktay olduğunu, Oktayın valideynlərinin X5 və X4 olmalarını, “X6” adında şəxsi isə tanımadığını bildirmişdir. İş materiallarında olan: Kəlbəcər rayonu Yanşaq kənd orta məktəbinin direktoru tərəfindən 04 iyul 1978-ci ildə verilmiş “Orta təhsil haqqında attestat”ın notariat qaydasında təsdiqlənmiş fotosurətindən görünür ki, 1961-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş Ərizəçi 1978-ci ildə Kəlbəcər rayonu Yanşaq kənd orta məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə göndərilmiş 15 avqust 2023-cü ildə verilmiş 3-43-32/2-717/23 saylı məktubdan görünür ki, keçmiş Kəlbəcər rayon hərbi komissarlığına aid qeydiyyat və arxiv sənədləri işğal ərazisində qalmışdır. İşğaldan sonra şöbədə hərbi vəzifəlilərin qeydiyyata bərpa işi aparılmışdır. Kəlbəcər rayon şöbəsində mövcud olan sənədlərə əsasən 1961-ci il təvəllüdlü Ərizəçi qeydiyyatda olması barədə heç bir təsdiq edici sənəd aşkarlanmamışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04 iyul 2023-cü il tarixli 263 nömrəli məktubdan görünür ki, xx xxx 1961-ci il tarixdə doğulmuş Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş Ərizəçi doğumu barədə axtarış aparılmış, lakin Ərizəçi deyil, X2 doğum haqqında akt qeydi aşkar edilmişdir. Belə ki, Yanşaq İcra Nümayəndəliyinin (əslində X12-hakimin qeydi) 1961-ci ilə aid akt kitabında axtarış aparılarkən 45 nömrəli akt qeydində adı “Oktay” deyil, “Qərib” adı kimi qeyd olunub. Odur ki, “Oktay” və “Qərib” adlarının eyni şəxsə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan: Ərizəçi adına 28 noyabr 2000-ci ildə 28 noyabr 2005-ci il müddətinədək verilmiş “PP” tipli, ölkə kodu: “AZE”, P0732474 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunun fotosurətindən oxunur ki, o, xx xxx 1961-ci ildə doğulmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır (sənəd lazımi qaydada təsdiq edilmədiyindən, məhkəmə həmin sənədin mötəbərliyini tanımır-hakimin qeydi). Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, xx xxx 1961-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində doğulmuş Ərizəçi Kəlbəcər rayonu X12 1961-ci ilə aid akt qeydləri kitabının 45 nömrəli doğum aktı qeydində “X6” adı hazırki mülki iş üzrə ərizəçi “Ərizəçi”na aiddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının nəticə hissəsinin: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. -6.3-cü bəndinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından görünür ki, qeydiyyat orqanı ərizəçinin doğum qeydində düzəliş edilməsinə dair ərizəsini mübahisələndirməmiş, müvafiq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndində sadalanan əsaslardan biri olaraq “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər” dedikdə məhkəmənin xüsusi icraat qaydasında qəbul etdiyi hüquqi faktın müəyyən edilməsinə dair qətnamə də istisna edilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Kəlbəcər rayonunun X8 1961-ci il üzrə doğum aktı qeydləri kitabının 45 nömrəli akt qeydində aparılmış “X6”na aid doğum aktı qeydinin ərizəçi “Ərizəçi”na aid olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Kəlbəcər rayonunun X11 1961-ci il üzrə doğum akt qeydləri kitabının 45 nömrəli akt qeydində aparılmış “X6”na aid doğum aktı qeydinin ərizəçi “Ərizəçi”na aid olması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar