Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-923/2025 24.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi “bibisi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 01 fevral 1967-ci ildə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə hazırlıq iclası 24 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi, barəsində məhkəməyə müraciət etdiyi maraqlı şəxs X1 qardaşının övladıdır. Məhkəmə, hazırlıq iclasında Ərizəçi “bibisi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmə qaydasında baxılmalı olmadığını müəyyən edərək hesab edir ki, hazırki məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 170, 261.0.1-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Мülki Prosessual Мəcəllənin 317.2-ci maddəsinin tələbindən görünür ki, psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hazırki ərizə isə Мülki Prosessual Мəcəllənin 317.2-ci maddəsində göstərilən şəxs və ya müvafiq orqanlar tərəfindən verilməmişdir. Мülki Prosessual Мəcəllənin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Мülki Prosessual Мəcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Мülki Prosessual Мəcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Мülki Prosessual Мəcəllənin 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Мülki Prosessual Мəcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Ərizəçi maraqlı şəxs X1 yaxın qohumu olmadığından, hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Ərizəçiyə izah edilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə Мülki Prosessual Мəcəllənin 317.2-ci maddəsində göstərilən subyektlər, o cümlədən maraqlı şəxs X1 yaxın qohumu olan şəxslər hazırki məzmunlu ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “bibisi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261.0.1-ci maddələrinə əsasən xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-923/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-923/2025
24.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver