Məhkəmə qərarları › İş №2(040)-932/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-932/2023

14.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-932/2023 14.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 13 aprel 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə nikahlarını 2005-ci ildə rəsmiləşdirmişdir. Birgə nikahdan 09 avqust 2006-cı il təvəllüdü Elmir və 21 noyabr 2007ci il təvəllüdlü Aydın adlı uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. 16 dekabr 2020-ci il tarixində Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-507/2020 saylı qətnaməsi ilə rəsmi olaraq nikahları pozulmuş, uşaqları Elmir və Aydın onun himayəsində saxlanılmışdır. 13 aprel 2023-cü il tarixində Maraqlı şəxs ilə bərabər Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında olan 13 aprel 2023-cü il tarixli barışıq sazişinə əsasən aliment, əmlak və bank borcu ilə bağlı 6 konkret məsələ ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs Barışıq Sazişinin 3-cü bəndini icra etmir və həmin bəndin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. Barışıq Sazişinin 3-cü bəndində qeyd edilir ki, “tərəflər razılaşırlar ki, birgə nikah dövründə alınan VAZ-21011 markalı avtomobil ikinci tərəfin, yəni Maraqlı şəxs tam mülkiyyətinə keçsin, əvəzində Bankdan kredit götürdükləri borcu Maraqlı şəxs tərəfindən ödənilməsini öz üzərinə götürür”. Başqa sözlə, o, birgə nikah dövründə əldə edilmiş avtomobilə iddia qaldırmır, o şərtlə ki, onun adına olan kredit borcu bağlansın. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verilmiş, bütün məsələlər izah olunmuş və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 3-cü bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Maraqlı şəxs mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərini könüllü icra etmədiyinə görə barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, 13 aprel 2023-cü il tarixində Maraqlı şəxs ilə bərabər Mingəçevir şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində olmuşlar. Aralarında olan 13 aprel 2023-cü il tarixli barışıq sazişinə əsasən aliment, əmlak və bank borcu ilə bağlı 6 konkret məsələ ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin qarşı tərəf Maraqlı şəxs Barışıq Sazişinin 3-cü bəndini icra etmir və həmin bəndin icrasından imtinasını da əsaslandırmır, heç bir əsaslı səbəb göstərmir. Barışıq Sazişinin 3-cü bəndində qeyd edilir ki, “tərəflər razılaşırlar ki, birgə nikah dövründə alınan VAZ-21011 markalı avtomobil ikinci tərəfin, yəni Maraqlı şəxs tam mülkiyyətinə keçsin, əvəzində Bankdan kredit götürdükləri borcu Maraqlı şəxs tərəfindən ödənilməsini öz üzərinə götürür”. Başqa sözlə, o, birgə nikah dövründə əldə edilmiş avtomobilə iddia qaldırmır, o şərtlə ki, onun adına olan kredit borcu bağlansın. Məhz bu məsələ ilə bağlı mediasiyada onlara ətraflı məlumat verilmiş, bütün məsələlər izah olunmuş və hər ikisi sərbəst şəkildə imza etməklə razılıqlarını, iradə ifadələrini bildirmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini, xüsusilə də qeyd edilən 3-cü bəndin şərtlərini kobud surətdə pozmuş və icra etməmişdir. Ona görə 13 aprel 2023-cü il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış MŞM/MT/031/2023-00386 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 13 aprel 2023-cü il tarixli MŞM/MT/031/2023-00386 saylı barışıq sazişini alimentlə bağlı hissədə qəbul edir. Hər bir uşağa görə ayda 100 (yüz) manat aliment ödəməyə razıdır. Barışıq sazişini qalan hissədə qəbul etmir, ona görə ki, həmin saziş qalan hissədə onun hüquqlarını pozur. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli 2(040)-507/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 11 oktyabr 2005-ci il tarixdə Kəlbəcər Rayon VVADQ Şöbəsində 226 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 09 avqust 2006-cı ildə doğulmuş X4 və 21 noyabr 2007-ci ildə doğulmuş X2 anaları (cavabdeh) Ərizəçi himayəsində saxlanılması qət edilmişdir. İş materiallarında olan: X3 (M-00042) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 13 aprel 2023-cü il tarixli MŞM/MT/031/2023-00386 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, tərəflər aralarında yaranmış aliment və ev tələbi ilə bağlı mübahisəni aşağıda göstərilən şərtlər daxilində həll etməyə razıdırlar: 1. İkinci tərəf Birinci tərəfin himayəsində olan uşaqlarına, onlar yetkinlik yaşına çatanadək hərəsinə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aylıq aliment ödəmək öhdəliyini üzərinə götürür. 2. İkinci tərəf aliment məbləğini 2023-cü ilin aprel ayının 13-dən başlayaraq hər ayın 13-dək Birinci tərəfin bankda açdığı kart hesabına ödəyəcək. 3. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə aldıqları “VAZ 21011” markalı avtomobil İkinci tərəfin mülkiyyətinə keçsin, əvəzində İkinci tərəf tərəflərin birgə nikah dövründə Birinci tərəfin adına bankdan aldıqları, hələ ödənişi başa çatmamış kredit məbləğini ödəmək öhdəliyini öz üzərinə götürür. 4. Tərəflər razılığa gəlirlər ki, yaşadıqları evin bir otağı Birinci tərəfin, digər otağı isə İkinci tərəfin istifadəsində qalır. 5. Birinci tərəf öhdəsinə götürür ki, birgə nikah dövründə aldıqları və hazırda həmin evdə saxlanılan aşağıda qeyd edilən əşyaları özünə götürür və onları istifadəsində olacaq otağa qoyub, qapını açarla bağlayıb uşaqları ilə həmin evdən çıxır: 1) yataq dəsti- 1 dəst, 2) soyuducu- 1 ədəd, 3) stol -1 ədəd və stullar 6 ədəd, 4) qab-qacaqlar, 5) açılıb-bağlanan çarpayı (“raskladuşka”) 6) mikrodalğalı soba, 7) xalça - 2 ədəd, 8) elektrik sobası, 9) tozsoran, 10) ütü. 6. Birinci tərəf öhdəsinə götürür ki, 23 aprel 2023-cü il tarixdə İkinci tərəfin yaşadığı evdəki yuxarıda qeyd edilən əşyalarını öz otağına yığacaq. 7. Bu sazişin şərtləri pozulduğu halda tərəflər məhkəməyə müraciət edə bilərlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qismən-alimentlə bağlı razılaşmanın təsdiq edilməsi ilə bağlı hissədə (Barışıq sazişinin 2-ci bəndinin 1-ci və 2-ci yarımbəndləri) əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, məhkəmə prosesində barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən qismən qəbul edilmiş, maraqlı şəxs barışıq sazişinin yalnız alimentin ödənilməsi ilə bağlı şərtini qəbul etdiyini bildirmişdir. İş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə rəsmi nikahlarından 09 avqust 2006-cı ildə doğulmuş X4 və 21 noyabr 2007-ci ildə doğulmuş X1 üçün ata Maraqlı şəxs hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə qismən təmin edilərək 13 aprel 2023-cü il tarixli MŞM/MT031/2023-00386 nömrəli barışıq sazişinin alimentlə bağlı şərti məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 13 aprel 2023-cü il tarixdən- Barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. Qalan hissədə-Barışıq sazişinin 2-ci bəndinin 3-cü, 4-cü, 5-ci və 6-cı yarımbəndlərinin təsdiq edilməsi ilə bağlı hissədə ərizə əsassız olduğundan, yəni həmin razılaşma qeyri-dəqiq olduğundan, Barışıq sazişinin həmin hissələri təsdiq edilməməli və ərizə həmin hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 13 aprel 2023-cü il tarixli MŞM/MT031/2023-00386 nömrəli barışıq sazişinin 2si bəndinin 1-ci və 2-ci yarımbəndləri (aliment ödənilməsi ilə bağlı müddəalar) məcburi icra edilməsi üçün təsdiq edilsin. 13 aprel 2023-cü il tarixdən hesablanmaqla, 09 avqust 2006-cı ildə doğulmuş X4 və 21 noyabr 2007-ci ildə doğulmuş X1 üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar