Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-944/2024 19.11.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmişova Arzu Ramiz qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi (atası) Nümayəndə, Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxsin atası)- Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 17 iyun 2006-cı ildə doğulmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun oğludur. O 17 iyun 2006-cı il tarixdə doğulmuşdur, Bəhruz doğulan vaxtdan psixi cəhətdən xəstə olmuşdur və hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Oğlu Bəhruz psixi xəstə olduğu üçün özünü idarə edə bilmir. Onu da qeyd edir ki, Bəhruzu uşaq vaxtından müalicə etdirsələr də nəticəsi olmamışdır. O, Gəncə Şəhər Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyası tərəfindən də müayinə olunub və ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron reyestrinə salınıb, eyni zamanda da o hazırda Gəncə şəhər rayonlararası Ruhi-əsəb Dispanserində dispanser qeydiyyatındadır. Bəhruzun hazırda 18 yaşı var, o, özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir. O, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı yanında Qayyumluq və Himayəçilik komissiyasına müraciət edərək onun oğlu Bəhruzun üzərində qəyyum təyin olunmasını xahiş etmişdir, bundan imtina olunaraq əvvəlcə oğlunun fəaliyyət qabiliyyətinin olmamasının məhkəmə qətnaməsi ilə təsdiq olunmalı olduğu və həmin qətnamə əsasında onun üzərində qəyyum təyin olunmalı olduğu bildirilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 25 sentyabr 2024-cü il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olananadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 17 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 04 noyabr 2024-cü il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 19 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X1 məhkəmə iclasında iştiraka imkan vermədiyindən, məhkəmə maraqlı şəxs X3 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış digər maraqlı şəxs Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (atası) Nümayəndə məhkəmə iclasında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Ərizəçi Maraqlı şəxs2 ilə birgə nikahlarından 17 iyun 2006-cı ildə X6 adlı övladı doğulmuşdur. X6 doğulandan fiziki inkişafdan geriqalma, zəka əlilliyi və ağıl zəifliyi xəstəliyindən əziyyət çəkir; özünü idarə edə bilmir və heç yerə sərbəst gedib-gələ bilmir. X2 Şəhər Psixiatriya Xəstəxanasında həkim psixiatr komissiyası tərəfindən də müayinə olunub və ruhi-əsəb xəstəliyinə düçar olmuş şəxslərin elektron reyestrinə salınıb, eyni zamanda, o hazırda Gəncə şəhər rayonlararası Ruhi-əsəb Dispanserində dispanser qeydiyyatındadır. Bəhruzun hazırda 18 yaşı var, o, özünü idarə edə bilmədiyi üçün hüquqlarını həyata keçirə bilmir. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxsin atası)- Maraqlı şəxs2 məhkəmə iclasında ərizəyə etiraz etməyərək izahatında bildirmişdir ki, 17 iyun 2006-cı il təvəllüdlü oğlu X6 doğulan vaxtdan psixi xəstəlikdən əziyyət çəkir. Bəhruz özünü idarə edə bilmir və heç yerə sərbəst gedib-gələ bilmir. Ona görə də 17 iyun 2006-cı ildə doğulmuş övladı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsinə razıdır (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, X6 17 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 31 iyul 2024-cü il tarixinə “əlillik haqqında arayış”dan görünür ki, 17 iyun 2006-cı il tarixdə doğulmuş X5 “F73 Çox ağır dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ10 diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Gəncə regional ambulator şöbəsinin 10 oktyabr 2024-cü il tarixli 740 saylı ekspertiza rəyindən görünür ki, X4 “çox ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F73.1” xəstəliyi vardır. Xəstəliklə əlaqədar olaraq öz hərəkətlərinin mənasını başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 17 iyun 2006-cı ildə Azərbaycan Respublikasının Tərtər rayonunda doğulmuş X6 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10, F73.1” diaqnozu ilə xəstədir, birinci dərəcəli müddətsiz əlildir, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir, daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi) 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə ərizə təmin edilməli, Ərizəçi övladı- 17 iyun 2006-cı ildə Azərbaycan Respublikasının Tərtər rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə X6 üzərində qəyyumluq təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 17 iyun 2006-cı ildə Azərbaycan Respublikasının Tərtər rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə müvafiq qəyyumluq və himayə orqanı tərəfindən 17 iyun 2006-cı ildə doğulmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-944/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-944/2024
19.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver