Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-98/2025 08.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi - Ərizəçi, Maraqlı şəxs – Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1ndə 10 fevral 2009-cu il tarixdə aparılmış ölüm akt qeydində qeyd edilmiş “X7” adının 19 sentyabr 1955-ci ildə Mardakert rayonunun Um-Gərrəvand kəndində doğulmuş “X10”na məxsus olması, “X7” və “X10” adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 19 sentyabr 1955-ci il təvəllüdlü X10 ilə ailə qurmuş, nikahları 06 dekabr 1980-ci ildə Mardakert rayonunun Çərəktar xalq sovetində 3 nömrə ilə qeyd edilmişdir. Onların birgə nikahından Mənsur, Ehtibar və Elnur adlı 3 uşaqları doğulmuşdur. Oğlu Mənsur ölmüşdür. X5 21 noyabr 2008-ci ildə ölmüş, Maraqlı şəxs1 tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsində və akt qeydləri kitabında ata adı səhv olaraq “Məmməd” kimi qeyd edilmişdir, əslində isə “Mamed” kimi qeyd edilməli idi. Odur ki, Maraqlı şəxs1ndə 10 fevral 2009-cu il tarixdə aparılmış ölüm akt qeydində qeyd edilmiş “X7” adının 19 sentyabr 1955-ci ildə Mardakert rayonunun Um- Gərrəvand kəndində doğulmuş “X10”na məxsus olması, “X7” və “X10” adının eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Ərizəçi 23 dekabr 2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə aparılmış ölüm akt qeydində göstərilən X7 adının, Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində 03 dekabr 1980-ci il tarixdə 3 nömrə ilə aparılmış nikah akt qeydində göstərilən X10 adının, həmçinin, övladlarının doğum akt qeydində göstərilən “X10” adının eyni şəxsə- mərhum əri 21 noyabr 2008-ci ildə vəfat etmiş X6 aid olması faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs - Maraqlı şəxs1 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o, 1980-ci ildə X10 ilə ailə qurmuş, nikahları 06 dekabr 1980-ci ildə Mardakert rayonunun Çərəktar xalq sovetində 3 nömrə ilə qeyd edilmişdir. X5 21 noyabr 2008-ci ildə vəfat etmişdir. Maraqlı şəxs1 tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə və akt qeydləri kitabında ərinin ata adı “Məmməd” kimi qeyd edilmişdir. Digər sənədlərdə isə ərinin ata adı “Mamed” kimi qeyd edilmişdir. Bununla da sənədlər arasında uyğunsuzluq yaranmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum ərinə aid sənədləşmə işinin aparılması üçün çox vacibdir. Odur ki, Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X7” adının; Azərbaycan Respublikası Mardakert rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində 03 dekabr 1980-ci il tarixdə 3 nömrə ilə aparılmış nikah akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 06 dekabr 1980-ci ildə verilmiş İİ-ЖГ № 312525 nömrəli nikah haqqında şəhadətnamədə göstərilən “X10” adının; Azərbaycan Respublikası Mardakert rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs2 barəsində 03 yanvar 1984-cü il tarixdə 1 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 03 yanvar 1984-cü ildə verilmiş İX-ЖГ № 484707 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının; Mardakert rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs3 barəsində 28 fevral 1986-cı il tarixdə 7 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 28 fevral 1986-cı ildə verilmiş Xİ-ЖГ № 378731 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının eyni şəxsə- Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş X6 aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs – Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun atası Rasim Hüseynova aid sənədlərdə ata adı “Mamed” və “Məmməd” olmaqla fərqli qeyd edilmişdir. Həmin adlar eyni şəxsə - X6 aiddir. Ərizənin təmin edilməsinə etiraz etmir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ərini tanıyırdı. Ərizəçinin ərinin adı başqa sənədlərdə “Mamed”, ölüm haqqında şəhadətnamədə isə “Məmməd” qeyd edilmişdir. Həmin adların eyni şəxsə - X6 aid olmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində digər Şahid1 dediklərini təsdiq etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 311312 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X7 21 noyabr 2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10 fevral 2009-cu il tarixdə qeyd edilmişdir. İş materiallarında olan: 22 iyun 2012-ci ildə Göygöl Rayon Polis Şöbəsi tərəfindən verilmiş “AZE seriyalı 0*******” nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Ərizəçi xx xxxxx 1961-ci ildə Ağdərə rayonunun Çərəktar kəndində doğulmuş, Kəlbəcər rayonunun Çərəktar kəndində qeydiyyatdadır. İş materiallarında olan: Mardakert (indiki Ağdərə) rayonu Çərəktar xalq soveti tərəfindən 06 dekabr 1980-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X10 ilə X11 arasında nikah 06 dekabr 1980ci il tarixdə 3 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən 25 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 861879 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X8 08 fevral 2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 fevral 2017-ci il tarixdə 41 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Mardakert (indiki Ağdərə) rayonu Çərəktar xalq soveti tərəfindən 03 yanvar 1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Maraqlı şəxs2 xx xxxxxx 1983-cü ildə Mardakert rayonunun Çərəktar kəndində doğulmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan: Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları soveti tərəfindən 03 yanvar 1984-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, Maraqlı şəxs3 xx xxxxxx 1986-cı ildə Mardakert rayonunun Çərəktar kəndində doğulmuşdur. X1, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Çərəktar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 dekabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx xxxxx 1961-ci il təvəllüdlü Ərizəçi Kəlbəcər rayon Çərəktar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin Çərəktar kənd sakinidir. Hal-hazırda Gəncə şəhər, ADAU-6 ətrafında müvəqqəti məskunlaşmışdır. X3 21 noyabr 2008-ci ildə vəfat etmişdir. Vəfat edənədək bir yerdə yaşamışlar. Birgə nikahdan aşağıdakı ailə üzvləri var:
1. X2 xx.xx.1982 (vəfat edib), 2. Oğlu Maraqlı şəxs2 xx.xx.1983-cü il, 3. Oğlu Maraqlı şəxs3 xx.xx.1986-cı il. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 16 noyabr 2024-cü il tarixli 523 nömrəli məktubdan görünür ki, 21 noyabr 2008-ci ildə vəfat etmiş X4 ölüm haqqında akt qeydində ata adı “Məmməd” kimi, digər sənədlərdə isə ata adı “Mamed” kimiqeyd edilmişdir. “Mamed” və “Məmməd” adının eyni şəxsə məxsus olmasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X7” adı, Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində 03 dekabr 1980-ci il tarixdə 3 nömrə ilə aparılmış nikah akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 06 dekabr 1980-ci ildə verilmiş İİ-ЖГ № 312525 nömrəli nikah haqqında şəhadətnamədə göstərilən “X10” adı, Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs2 barəsində 03 yanvar 1984-cü il tarixdə 1 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 03 yanvar 1984-cü ildə verilmiş İX-ЖГ № 484707 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adı, Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs3 barəsində 28 fevral 1986-cı il tarixdə 7 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 28 fevral 1986-cı ildə verilmiş Xİ-ЖГ № 378731 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adı eyni şəxsə- Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş X6 aiddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının nəticə hissəsinin: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. -6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından görünür ki, qeydiyyat orqanı ərizəçinin ərinin ölüm haqqında akt qeydində və digər sənədlərində düzəliş edilməsinə dair ərizəsini mübahisələndirməmiş, müvafiq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndində sadalanan əsaslardan biri olaraq “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər” dedikdə məhkəmənin xüsusi icraat qaydasında qəbul etdiyi hüquqi faktın müəyyən edilməsinə dair qətnamə də istisna edilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1) Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X7” adının, 2) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində 03 dekabr 1980-ci il tarixdə 3 nömrə ilə aparılmış nikah akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 06 dekabr 1980-ci ildə verilmiş İİ-ЖГ № 312525 nömrəli nikah haqqında şəhadətnamədə göstərilən “X10” adının, 3) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs2 barəsində 03 yanvar 1984-cü il tarixdə 1 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 03 yanvar 1984-cü ildə verilmiş İX-ЖГ № 484707 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının, 4) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs3 barəsində 28 fevral 1986-cı il tarixdə 7 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 28 fevral 1986-cı ildə verilmiş Xİ-ЖГ № 378731 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının eyni şəxsə- Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş X6 aid olması faktları müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. 1) Azərbaycan Respublikası Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş “X7” adının, 2) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində 03 dekabr 1980-ci il tarixdə 3 nömrə ilə aparılmış nikah akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 06 dekabr 1980-ci ildə verilmiş İİ-ЖГ № 312525 nömrəli nikah haqqında şəhadətnamədə göstərilən “X10” adının, 3) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs2 barəsində 03 yanvar 1984-cü il tarixdə 1 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 03 yanvar 1984-cü ildə verilmiş İX-ЖГ № 484707 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının, 4) Azərbaycan Respublikası Mardakert (indiki Ağdərə) rayonu Çərəktar qəsəbə xalq deputatları sovetində Maraqlı şəxs3 barəsində 28 fevral 1986-cı il tarixdə 7 nömrə ilə aparılmış doğum akt qeydində və həmin qeyd əsasında eyni orqan tərəfindən 28 fevral 1986-cı ildə verilmiş Xİ-ЖГ № 378731 nömrəli doğum haqqında şəhadətnamədə göstərilən “X10” adının eyni şəxsə- Maraqlı şəxs1 tərəfindən 10 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ № 311312 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmiş X6 aid olması faktları müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsən Qəniyev