Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-980/2024 21.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi - Ərizəçi iştirakı ilə, Ərizəçi “Maraqlı şəxs arxivində saxlanılan 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin ona - Ərizəçi aid olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin ona, yəni, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndində doğulmuşdur. Atası mərhum X12, anası X7r. Onun adına yazılan və qeydə alınan AA******* saylı FİN 3XZQSHB olan şəxsiyyət vəsiqəsində Ərizəçi olması təsdiq olunur. Mərhum atası X12 29 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun adına qeydə alınmış mirası qanun üzrə qəbul olunması ilə əlaqədar Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisi doğum haqqında şəhadətnamədə soyadı “Kamalov” göstərildiyinə görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və Maraqlı şəxsnə müraciət olunması məsləhət olunmuşdur. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş və oradan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ərizəçi 02 oktyabr 2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Kəlbəcər Rayon Qeydiyyat X2 adına aparılmış 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin ona - Ərizəçi aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs - Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o, xx xxxxxx 1970-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndində doğulmuşdur, doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin Kəlbəcər rayonu işğal olunan zaman doğum haqqında şəhadətnaməsi işğal ərazisində qalmışdır. Mərhum atası X12 29 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun adına qeydə alınmış mirasın qanun üzrə qəbul olunması ilə əlaqədar Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Gəncə “ASAN xidmət” mərkəzinin Notariat ofisi doğum haqqında şəhadətnamədə soyadı “Kamalov” göstərildiyinə görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və Maraqlı şəxsnə müraciət olunması məsləhət olunmuşdur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş və oradan məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Onun soyadı “Məmmədov” olsa da doğum haqqında akt qeydində soyadı “Kamalov” qeyd edilmişdir. Ona məxsus bütün sənədlərində soyadı “Məmmədov” qeyd edilmişdir. Odur ki, Kəlbəcər Rayon Qeydiyyat X2 adına aparılmış 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin ona - Ərizəçi aid olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşıdır. Ərizəçinin soyadı Məmmədovdur. Ona məxsus sənədlərdə də soyadı “Məmmədov” qeyd edilmişdir. Lakin doğum haqqında akt qeydində soyadı səhvən “Kamalov” qeyd edilmişdir. O, Kəlbəcər Rayon Qeydiyyat X2 adına aparılmış 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin Ərizəçi aid olmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində digər Şahid1 dediklərini təsdiq etmişdir. İş materiallarında olan: “AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən (“əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır”-hakimin qeydi) görünür ki, Ərizəçi xx xxxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 28 avqust 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, X15 xx xxxxxx 1970ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kəndində doğulmuşdur, atası-X12, anası-X5r. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 13 noyabr 2023-cü il tarixdə verilmiş “AZ İİ 386668” saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən (“əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır”hakimin qeydi) görünür ki, X12 29 oktyabr 2023-cü ildə Azərbaycanın Gəncə şəhərində ölmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 24 avqust 2024-cü il tarixli 396 nömrəli məktubdan görünür ki, 16 fevral 1970-ci il 10 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydində “Kamalov” soyadı anasının X1. Lakin ananın şəxsiyyət vəsiqəsində isə adı X4 qeyd olunmuşdur. Odur ki, doğum haqqında akt qeydində uşağın soyadını “Kamalov”dan “Məmmədov”a dəyişdirilməsi imkan xaricindədir. Ərizəçi doğumunda soyadının “Kamalov”dan “Məmmədov”a dəyişdirilməsi və eyni zamanda ana adında olan ziddiyyətin aradan qaldırılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, xx xxxxxx 1970-ci ildə Kəlbəcər rayonunun Yellicə kəndində doğulmuş oğlan cinsindən olan uşağın 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum akt qeydində soyadı, adı və atasının adı “X15” kimi qeyd edilmişdir, həmin “X15” adı ilə “AA******* saylı “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi”ndə göstərilən “Ərizəçi” adı eyni şəxsə- Ərizəçi aiddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndindən görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının nəticə hissəsinin: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. -6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İş materiallarından görünür ki, qeydiyyat orqanı ərizəçinin doğum qeydində düzəliş edilməsinə dair ərizəsini mübahisələndirməmiş, müvafiq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar” adlanan sənədin 4-cü bəndində sadalanan əsaslardan biri olaraq “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər” dedikdə məhkəmənin xüsusi icraat qaydasında qəbul etdiyi hüquqi faktın müəyyən edilməsinə dair qətnamə də istisna edilə bilməz. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin iş üçün əhəmiyyətli olan və ona məlum olan faktlar barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Kəlbəcər Rayon Vətəndaşlıq vəziyyəti X6 aparılmış və halhazırda Maraqlı şəxs arxivində saxlanılan 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin və həmin qeyddəki “X15” adının Ərizəçi aid olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Kəlbəcər Rayon Vətəndaşlıq vəziyyəti X6 aparılmış və hal-hazırda Maraqlı şəxs arxivində saxlanılan 16 fevral 1970-ci il tarixli 10 nömrəli doğum aktı qeydinin və həmin qeyddəki “X15” adının Ərizəçi aid olması faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-980/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-980/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver