Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1002/2023 24.05.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi X1, tərəflərin iştirakı olmadan, iddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” istehsalat birliyi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı 285 manat borcun tutulması barədə iddia ərizəsi ilə Kürdəmir rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq təbii qazdan istifadə ilə bağlı yaranmış 285 manat pulun cavabdehdən tutularaq onların hesabına ödənilməsini xahiş etdiyi halda, həmin borcun yaranma səbəbini və tarixini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı borcun tutulması barədə ərizənin qəbulundan imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1002/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1002/2023
24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver