Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1012/2023 07.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasınən nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü ildə anadan olmuş X3 fiziki qüsuruna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin müdafiə edərək göstərdi ki, qızı Nərmin Həsənova xx.xx.2004-cü il tarixdə anadan olub, doğulduqdan sonra onda xəstəlik yaranıb və həmin xəstəlik nəticədə psixi pozuntuya, əqli inkişafın zəifləməsinə gətirib çıxarıb. Qızı xəstəliyi ilə bağlı dəfələrlə müalicə olunsa da müalicənin heç bir nəticəsi olmamış və son nəticədə əlil olmuş və hazırda X5 Mərkəzində müalicə olunur. Kürdəmir rayon poliklinikasında dispanser qeydiyyatındadır. O, xəstəliyi ilə bağlı yaranmış psixi qüsüru nitcəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır, qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ərizəçi məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahatında göstərdi ki, Ərizəçi xx.xx.2004-cü il təvəllüdlü 1 qrup əlil X3 onun himayəsinə verilməsi barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış, Nərmin Həsənovanın həqiqətən də psixi xəstə olması müəyyən edilmiş, lakin fəaliyyəti qabiliyyəti olmayan hesab edilmədiyi üçün ona imtina olunmuşdur. İş materiallarına əlavə olunmuş, Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X6 uşaq serebral iflic, aşağı ətrafın üstünlüyü ilə nitqin kobud pozulması xəstəliyindən əziyyət çəkir. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1522 saylı rəyindən görünür ki, X6 uşaq serebral iflici nəticəsində yaranan ağır əqli gerilik müəyyən edilir. N.Ərizəçi psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, X1 iflic xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı müayinə zamanı aşkar olunan əlamətləri “serebral iflic” diaqnozu ilə qeydiyyatda olması, göstərilən xəstəliklərdən ömürlük İ qrup əlil olması və sonuncu olaraq psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MÜSEYİB BAYRAMOV
Məhkəmə qərarları › İş №2(041)-1012/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1012/2023
07.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver