Məhkəmə qərarları › İş №2(041)-111/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-111/2025

25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-111/2025 25.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Ərizəçi Maraqlı şəxs Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuş, bacısı X2 fiziki qüsuruna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1970-ci il tarixdə Kürdəmir rayonunun Muradxan kəndində doğulub. O, anadangəlmə fiziki qüsurlu doğulmuşdur. Valideynləri onu uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamışdır. Gülsüm epilepsiya nəticəsinsə şəxsiyyət dəyişməsi ilə yataq durumu ilə xəstəlikdən əziyyət çəkir, özünü idarə edə bilmir və kənar şəxsin köməyinə ehtiyacı var. Gülsüm xəstəliyi ilə bağlı Kürdəmir rayon polklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatındadır. Məhkəmə iclasında Ərizəçi izahatında ərizədə göstərilənləri təsdiq edərək və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 5742 saylı rəyini əsas tutaraq bacısı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 2430 saylı rəyini nəzərə alaraq ərizənin təmin edilməsinə etitaz etmədiyini bildirdi. İşdə olan, Kürdəmir rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 xx.xx.1970-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayonlararası psixatriya xəsətəxanası tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1970cı il təvəllüdlü X4 epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi halından müalicə aldığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş, Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfinsdən verilmiş xx.xx.2023-cü il tarixli 753 nömrəli arayıdan görünür ki, X4 epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi diaqnozu ilə qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 5742 saylı rəyindən görünür ki, X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. G.A.Baxışova öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. X2 epilepsiya nəticəsində şəxsiyyət dəyişməsi diaqnozu ilə qeydiyyatda olması, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonu, Muradxan kəndində yaşayan, 07 mart 1970-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar