Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1168/2025 13.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X18, xx.xx.2007-ci il təvəllüdlü X9 xəstəliklərinə və psixi qüsurlarına görə tibbi sənədlər əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır. Həyat yoldaşı X17 ilə birgə nikahdan doğulmuş əkiz bacı-qardaş olan övladları xx.xx.2007-ci il təvəllüdlü X18 və X19 anadangəlmə xəstə doğulmuşlar. X8 və qızı X1 serebral iflic. Spastik tetraplegiya. İmmobillik. Simptomatik epilepsiya diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanası X26 Kürdəmir rayon Poliklinika şöbəsində nevroloji kabinetində dispanser qeydiyyatında olmaqla mütəmadi olaraq müalicə olunurlar. Əkiz bacı-qardaş olan X8 ilə qızı X14 uzun müddət müalicə etdirməklərinə baxmayaraq müalicənin heç bir nəticəsi olmamışdır. Onların hər ikisinin xəstəlikləri ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacları olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacları var. X7 xəstəliyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, qızı X16 isə xx.xx.2025-ci il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmişdir. X5 orqanizminin funksiyalarının 100% faiz pozulması, qızı X9 isə orqanizminin funksiyalarının 85% faiz pozulması qeyd edilməklə, hər ikisinin əmək qabiliyyətlərinin olmaması müəyyən edilmişdir. X8 və qızı X19 xəstəlikləri nəticəsində heç bir hərəkət etmədiklərinə və heç nə hiss etmədiklərinə görə onların kənar şəxsin daimi qulluğuna ehtiyacları var. Onlar xəstəlikləri ilə bağlı heç bir hərəkət edə bilmədiklərinə görə onlarla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onların qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndələri olmadığı üçün onları təmsil etmək mümkün olmur. Ona görə də onların psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2019 saylı rəyinə əsasən, X11 UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ AĞİR KƏMAĞİLLİQ aşkar olunur. Bunu tibbi sənədlərdən göründüyü kimi - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, müstəqil yeriyə bilməməsi, psixi inkişafda xeyli geri qalması, uşaqlıqdan İ qrup əlil hesab edilməsi, daima kənar şəxslərin qulluğuna ehtiyacı olması sübut edir. Mülki iş materialların araşdırılması nəticəsində belə nəticəyə gəlmək olar ki, X18 onda qeyd olunan ağır kəmağıllıq kəmağıllıq nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil. X10 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2020 saylı rəyinə əsasən, X12 UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ AĞİR KƏMAĞİLLİQ aşkar olunur. Bunu tibbi sənədlərdən göründüyü kimi - erkən yaşlarından nevroloji əlamətlərin qeyd olunması, müstəqil yeriyə bilməməsi, psixi inkişafda xeyli geri qalması, uşaqlıqdan İ qrup əlil hesab edilməsi, daima kənar şəxslərin qulluğuna ehtiyacı olması sübut edir. Mülki iş materialların araşdırılması nəticəsində belə nəticəyə gəlmək olar ki, X19 onda qeyd olunan ağır kəmağıllıq kəmağıllıq nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətinə malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X27 Konsultativ Poliklinika tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1349 və xx.xx.2025-ci il tarixli, 1348 nömrəli arayışlardan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X18, xx.xx.2007-ci il təvəllüdlü X4 RMX-ın poliklinika şöbəsində Kvadroplegik spastik serebral iflic, sğastok tetraplegiya, İmmobillik, Simptomatik epilepsiya diaqnozu ilə dispanser qeydiyyatındadırlar. İş materiallarında olan AA5668007 və AA5668010 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə, X19 isə xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, X18 və X19 Ərizəçi yaxın qohumu – oğlu və qızıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X18 və X9 pisixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X18 və X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X18 və xx.xx.2007-ci il təvəllüdlü X19 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X6 və X9 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1168/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1168/2025
13.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver