Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1194/2023 15.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə JN-*24 KOD 906*30*8 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Kürdəmir rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr *998-ci il tarixli 09 nömrəli qərarına əsasən X7, X6, Quliyeva (İsgəndərova) Naib Afət qızı, X3 və X* adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-*24 KOD 906*30*8 nömrəli Dövlət aktının onlara, yəni X4, X2, Quliyeva (İsgəndərova) Naib Afət qızına, Ərizəçi, və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xaiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərib onun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə JN-*24 KOD 906*30*8 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdiyini bildirib ərizənin baxılmamış saxlanılmaqla sənədlərinin geri qaytarılması və ödədiyi *00 manat dövlət rüsumunun qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tiələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi vəsatəti təmin edilməklə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə JN-*24 KOD 906*30*8 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər, həmçinin ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu büdcədən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.*-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **7385*279 nömrəli Mədaxil qəbzindən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankı – X8 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir şəhər filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına *00 manat dövlət rüsumu və xidmət haqqı olaraq, cəmi *00,40 manat məbləğində pul ödəmişdir. Ona görə də hesab edirəm ki, Ərizəçi ərizəsinə baxılması üçün Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi *00 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5, 260.*, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 saylı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə JN-*24 KOD 906*30*8 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olmasının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı – X8 Azərbaycan Beynəlxalq Bankı ASC-nin Kürdəmir filialı vasitəsi ilə Kürdəmir rayon məhkəməsinin hesabına ödədiyi *00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Kürdəmir rayonunun Mollakənd kəndində yaşayan Ərizəçi qaytarılsın. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1194/2023
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1194/2023
15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver