Məhkəmə qərarları › İş №2(041)-125/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-125/2024

23.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-125/2024 23.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Hüseyxanovnaya qarşı faktiki mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən istifadə edilməsi sahəsindəki maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Hüseyxanovnaya qarşı faktiki mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən istifadə edilməsi sahəsindəki maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddia ərizəsinin surəti və məhkəmə bildirişləri iddia ərizəsində göstərilən ünvan üzrə cavabdehə göndərilmiş, məhkəmə sənədlərinin cavabdehə çatdırılması barədə məhkəməyə heç bir məlumat daxil olmamış, həmçinin iddiaçı mübahisə predmeti olan evlə bağlı məhkəməyə heç bir sənədə təqdim etməmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdehin hazırda yaşaması barədə onda heç bir məlumat yoxdur. Həmçinin mübahisə predmeti olan evlə bağlı hər hansı sənədləşmə aparılmamış, evə dair onda heç bir sənəd mövcud deyil. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsində qeyd edilmişdir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Odur ki, iddiaçıya izah edilir ki, cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanı müəyyən edəndən sonra, həmçinin mübahisə predmeti olan evlə bağlı sənədləri əldə etdikdən sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.12, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh Hüseyxanovnaya qarşı faktiki mülkiyyətində olan torpaq sahəsindən və yaşayış evindən istifadə edilməsi sahəsindəki maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar