Məhkəmə qərarları › İş №2(041)-1267/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1267/2025

12.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1267/2025 12.01.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X6nun xəstəliklərinə və psixi qüsurlarına görə tibbi sənədlər əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, öz ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Karrar qəsəbəsində yaşayır. Əkiz qardaşı olan X12 xx.xx.1998-ci il tarixdə Kürdəmir rayonunun Karrar qəsəbəsində doğulmuşdur. Qardaşı Məhəmməd anadangəlmə xəstə doğulmuşdur. X1 serebral iflic, uşaq serebral iflic dipleqik forma diaqnozu ilə ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanası X19 Kürdəmir rayon Poliklinika şöbəsində dispanser qeydiyytında olmaqla mütəmadi olaraq müalicə olunur. Əkiz qardaşı olan X9 valideynləri uzun müddət müalicə etdirsələr də müalicənin heç bir nəticəsi olmamışdır. Məhəmmədin xəstəlikləri ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacı olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacı var və ona hazırda anası X10 qulluq edir. X3 xəstəliyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyası tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmiş və başqasının qulluğuna ehtiyacının olduğu müəyyən edilmişdir. X6 xəstəlikləri nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə onun kənar şəxsın daimi qulluğuna ehtiyacı var. O, xəstəlikləri ilə bağlı heç bir hərəkət edə bilmədiklərinə görə onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ona görə də X6nun xəstəliklərinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 3696 saylı rəyinə əsasən, aparılan müayinə nəticəsində məlum olur ki, X12 "UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ" (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (doğuş travması ilə doğulması, psixofiziki inkişafının həmyaşıdlaından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən "Doplegik spastik serebral iflic. Uşaq serebral iflic diplegik forma" diaqnozu ilə birinci dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zamana görə bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Buna görə də X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1561 nömrəli arayışdan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X5 RMX-ın poliklinika şöbəsində Uşaq serebral iflici diplegik forma diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs haqqında məlumatından görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Diplegik spastik serebral iflic, uşaq serebral iflic diplegik forma diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik diaqnozu verilmişdir, başqasının qulluğuna ehtiyac vardır. İş materiallarında olan AA5952175 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, X12 Ərizəçi yaxın qohumu – qardaşıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X8 pisixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar