Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-128/2025 27.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində doğulmuş və hazırda öz ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. X3 xx.xx.2006-cı il tarixdə, digər oğlu X10 xx.xx.2007-ci il tarixdə doğulmuşlar. X8 anadangəlmə xəstə doğulmaqla hər ikisi çox ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə görmə sinirinin atrofiyası ilə xəstədirlər və hər ikisi Kürdəmir rayon Mərkəzi Xəstəxanası X13 Kürdəmir rayon poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyytında olmaqla mütəmadi olaraq müalicə olunurlar. Övladlarının hər ikisini uzun müddət müalicə etdirməyinə baxmayaraq müalicənin heç bir nəticəsi olmamışdır. Onların hər ikisinin xəstəlikləri ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacları olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacları var. X1 xəstəliyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyası tərəfinden xx.xx.2024-cü il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik, X7 isə xx.xx.2024-cü il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmiş və hər ikisinin orqanizminin funksiyasının 100 faiz pozulması qeyd edilməklə, əmək qabiliyyətlərinin olmaması müəyyən edilmişdir. X8 xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmirlər. Səxavətlə Elsevər xəstəlikləri, həmçinin psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiklərinə və heç nə hiss etmədiklərinə görə onların kənar şəxsin daimi qulluğuna ehtiyacları var. Səxavətlə Elsevər xəstəlikləri ilə bağlı heç bir hərəkət edə bilmədiklərinə görə onlarla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onların qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndələri olmadığı üçün onları təmsil etmək mümkün olmur. Ona görə də onların psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3571 saylı rəyinə əsasən, X9 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. S.Ərizəçi psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3572 saylı rəyinə əsasən, X10 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. E.Ərizəçi psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. Ona görə də X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan AA4305099 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA4305102 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, X10 və X9 Ərizəçi yaxın qohumları – oğullarıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X10 və X5 pisixi qüsurlu olmaları iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X10 və X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 və X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-128/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-128/2025
27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver