Məhkəmə qərarları › İş №2(041)-1297/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1297/2023

13.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1297/2023 13.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payların müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəməinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən cavabdehlərlə birgə mülkiyyətlərinə verilmiş xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində ********** nömrə ilə qeyd edilmiş 1.57 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehlər onun ata və anasıdır. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara çıxarış verilmiş və qeyd olunan çıxarış xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Hazırda o, torpaq sahəsindən istifadə etmək istəyir, lakin cavabdehlər həmin torpaq sahəsindən onun isttifadə etməsinə imkan vermirlər. Dəfələrlə bu barədə onlara xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə payları müəyyən olunarsa onların mübahisəsi öz həllini tapacaqdır. Ona görə də Kürdəmir rayonunun Şıxımlı kəndində yerləşən cavabdehlərlə birgə mülkiyyətlərinə verilmiş xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində ********** nömrə ilə qeyd edilmiş 1.57 ha torpaq sahəsindən paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər X3 və Cavabdeh2 Ağbamməd oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xitməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyesrti tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 ilə birlikdə hüquq sahibləri olan İddiaçı və X1 ümumi birgə mülkiyyətlərinə Kürdəmir rayonun Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər İddiaçı ata və anasıdır. Onların birgə mülkiyyətlərinə Kürdəmir rayon Şıxımlı kəndi ərazisindən 1,57 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara çıxarış verilmiş və qeyd olunan çıxarış xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı torpaq sahəsindən istifadə etmək istəyir, lakin cavabdehlər həmin torpaq sahəsindən onun isttifadə etməsinə imkan vermirlər. İddiaçı dəfələrlə bu barədə cavabdehlərə xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hesab edir ki, məhkəmə qətnaməsi ilə payları müəyyən olunarsa onların mübahisəsi öz həllini tapacaqdır. İş materiallarından görünür ki, Cavabdeh1 başda olmaqla 3 nəfərlik ailə üzvləri, İddiaçı və Cavabdeh2 Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisindən verilmiş 1,57 ha torpaq sahəsi onların birgə mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəriuri hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə mülkiyyətlərində olan və Kürdəmir rayonunun, Şıxımlı kəndi ərazisində yerləşən 1,57 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququ üzrə birgə mülkiyyət hüquqları müəyyən edilmiş və Cavabdeh1 başda olmaqla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə çıxarış verilməklə həmin torpaq sahəsi üzərində onların mülkiyyət tanınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməklə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 ha torpaq sahəsindən onların hər birinin payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasənəşya mülkiyyət hüququndan mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı, Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 ha torpaq sahəsindən onların hər birinin payı 0,5233 hektar hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən 1,57 hektar torpaq sahəsindən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin payı 0,5233 hektar hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar