Məhkəmə qərarları › İş №2(041)-130/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-130/2025

08.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-130/2025 08.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1946-cı il təvəllüdlü nənəsi X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, nənəsi X4 21 dekabr 1946-cı ildə doğulmuşdur. Elmira Əkbərova müddətsiz ikinci qrup əlil olmaqla əsəb xəstəsidir, əsəb xəstəliyindən əziyyət çəkir. Onun öz hərəkətlərini idarə etmək funksiyası pozulub, buna görə də o, müddətsiz İİ qrup ümumi səbəbdən əlil olmaqla əmək pensiyası alır. Onun ağır dərəcəli əsəb xəstəsi olması, onun özünə aid heç bir sənədləşmə işləri ilə əlaqədar hərəkət etməməsinə gətirib çıxardır. Buna görə də Elmira Əkbərovanın hüquq və vəzifələri ilə bağlı məsələlər ortaya çıxdıqda bunu nəvəsi yerinə yetirməli olur. Lakin, müəyyən işlərin həll olunması zamanı onun şəxsən iştirakı zəruri olduqda nəvəsi Elmira Əkbərovanın qanuni nümayəndəsi olaraq onu təmsil etməssi mümkün olmur. Buna görə də Elmira Əkbərovanın fəaliyyət qabiliyyətsiz elan olunması zəruridir ki, bundan sonra onun üzərində nəvəsi qəyyum təyin olunaraq onun mənafeyini müdafiə edə bilsin. Məhkəmə iclasına ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1451 saylı rəyinə əsasən, aparılan müayinə nəticəsində məlum olur ki, X3 DƏQİQLƏŞDİRİLMƏMİŞ DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F03) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər - 1970-ci ildən yaddaş zəifliyinin və davranışında dəyişikliklərin meydana çıxması, bununla əlaqədar müalicə olunmasına baxmayaraq yaddaş və intellektinin getdikcə zəifləməsi, X5 Xəstəxanasında müayinə olunduqdan sonra "Baş beynin üzvi xəstəliyi nəticəsində ağıl zəifliyi" diaqnozunun təyin olunması, həmçinin hazırki müayinə zamanı zaman görə bələdliyinin pozulması, kobud yaddaş pozuntularının qeyd edilməsi, ətrafa qarşı biganə olması, intellektual imkanlarının zəifləməsi və s. sübut edir. X4 onda qeyd olunan "dəqiqləşdirilməmiş demensiya (ağıl zəifliyi)" ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. İş materiallarında olan AЭ nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1946-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X9 Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-118249/2023 nömrəli arayışından görünür ki, X4 həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 1 saylı X9 filialında müddətsiz olmaqla İİ qrup ümumi səbəbdən əlil olmaqla 327.21 manat əmək pensiyası alır. Məhkəmə qeyd edir ki, X4 Ərizəçi yaxın qohumu – nənəsidir. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X2 pisixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar