Məhkəmə qərarları › İş №2(041)-1313/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1313/2024

08.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1313/2024 08.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X8 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Ərizəçi Maraqlı şəxs Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cü ildə anadan olmuş, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cü il təvəllüdlü X4 onun bacısıdır, uşaqlıqdan inkişafı normal olmamış, əqli zəifliyinə görə kənar şəxslərin köməyinə ehtiyacı olmuşdur. Bacısı hazırda onun himayəsində yaşayır, son diaqnozunda əqli gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntusu diaqnozu ilə Kürdəmir rayon poliklinikasında müalicə alır. Xəstəliyi ilə bağlı yaranmış psixi qüsüru nitcəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır, qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Məhkəmə iclasında Ərizəçi izahatında ərizəsini müdafiə edərək, bacısı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi xahiş etdi. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 2430 saylı rəyini nəzərə alaraq ərizənin təmin edilməsinə etitaz etmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan rayonlararası psixatriya xəsətəxanası tərəfindən verilmiş arayıdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X4 şizoferiniya, paranoid forma, fasiləsiz gedişini psixi qüsur halından müalicə aldığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş, Kürdəmir rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxs tərəfinsdən verilmiş xx.xx.2023-cü il tarixli 929 nömrəli arayıdan görünür ki, X3 “şizoferiniya, paranoid forma, fasiləsiz gedişini psixi qüsur hal” diaqnozu qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-ci il tarixli, 2430 saylı rəyindən görünür ki, X4 şizoferiniya, paranoid forma, fasiləsiz gedişini psixi qüsur halı müəyyən edilir. X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin faktiki və mübahisə edilməyən hallarından məlum olur ki, X4 şizoferiniya, paranoid forma, fasiləsiz gedişini psixi qüsur halı xəstəliyindən əziyyət çəkdiyinə görə öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı müayinə zamanı aşkar olunan əlamətləri “idiotiya” diaqnozu ilə qeydiyyatda olması, göstərilən xəstəliklərdən ömürlük İ qrup əlil olması və sonuncu olaraq psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1966-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan, xx.xx.1966-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar