Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1342/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Kürdəmir Rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1999cu il tarixdə anadan olmuş ögey qızı X2 xəstəliklərinə və psixi qusurlarına görə tibbi sənədlər əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Ərizəçi izahatında bildirdi ki, ögey qızı X1 yaranmış problemlərlə bağlı yataq xəstəsidir və zəruri sənədləşmə işləri aparmaq üçün onun imzası tələb edildiyi halda hərəkət edə bilmədiyindən problemlərlə üzləşir. Onun psixi fəaliyyətində heç bir problemi yoxdur və psixiatriya (psixonevroloji) müəssisəsində qeydiyyata alınmamışdır.Onun üzərində himayəçi, qəyyum və ya patronaj təyin edilməsi üçün aidiyyəti orqanlara müraciət etmiş, lakin ona bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə ərizəşinin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, hazırki mübahisəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırılır. 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Hazırki işin faktiki və mübahisə edilməyən hallarından görünür ki, X1 yaranmış problemlərlə bağlı yataq xəstəsidir, psixi fəaliyyətində heç bir problemi yoxdur və psixiatriya (psixonevroloji) müəssisəsində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs Kürdəmir Rayon İcra Hakimiyyəti) şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair mülki işin məhkəmə baxışına hazırlığın icraatına xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Aran Regional Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: XALİQ İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1342/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1342/2025
03.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver