Məhkəmə qərarları › İş №2(041)-1350/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1350/2024

19.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1350/2024 19.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən olunması və bərabər şəkildə vərəsələrə arasında bölünməsi tələbinə dar iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən olunması və bərabər şəkildə vərəsələr arasında bölünməsi tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 (iddiaçı X1 nümayəndəsi), İddiaçı3 vəsatətlə məhkəməyə müraciət edərək, hazırda mübahisəni məhkəmədən kənar həll etdikləri üçün ərizənin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçıların vəsatəti təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı1, X2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı payların müəyyən olunması və bərabər şəkildə vərəsələr arasında bölünməsi tələbinə dar iddia ərizəsi iddiaçıların vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir rayon məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar