Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1355/2023 16.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədirliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(041)-1355/2023 nömrəli qərardadına əsasən məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2735 nömrəli Qiyabi (Sənədlər üzrə) məhkəmə psixiatrik ekspertizasının rəyi Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 4275 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. X8 onun oğludur. Abdul xx.xx.2005-ci il tarixdə anadangəlmə qüsurlu doğulub. Onun uşaqlıqdan inkişafı normal olmamış, dərin əqli zəifliyinə və kənar şəxslərin köməyinə eytiyacı olmuşdur. Onun ruhi xəstəliyi getdikcə artır. Onun son diaqnozunda dərin dərəcəli əqli gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacının olması göstərilir. Oğlu Abdul axırıncı dəfə xx.xx.2023-cü il tarixdə Salyan Rayonlararası Psixiatriya xəstəxanasında müayinə və müalicə olunduqdan sonra ona dərin kəmağıllılıq, qulluq və müalicə tələb edən dərəcəli davranış pozuntuları diaqnozu qoyulmuşdur. Onun ambulator müalicə və kənar şəxsin daimi yardımına ehtiyacı var. Oğlu heç bir hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ona görə də Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Kürdəmir rayon İcra Hakimyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AA2739188 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 712 nömrəli arayışından görünür ki, Kürdəmir RMX-nin xx.xx.2023-cü il tarixli göndərişinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X2 RPX-nin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə edilmiş və ona dərin kəmağıllılıq, qulluq və müalicə tələb edən dərəcəli davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Qiyabi (Sənədlər üzrə) Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2735 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 aşkar edilən Dərin əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarıneda deyil. Buna görə jdə X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi ailəsi ilə birlikdə Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayır. X8 onun oğludur. Abdul xx.xx.2005-ci il tarixdə anadangəlmə qüsurlu doğulub. Onun uşaqlıqdan inkişafı normal olmamış, dərin əqli zəifliyinə və kənar şəxslərin köməyinə eytiyacı olmuşdur. Onun ruhi xəstəliyi getdikcə artır. Onun son diaqnozunda dərin dərəcəli əqli gerilik, köməyə ehtiyacı olan, ciddi davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacının olması göstərilir. Oğlu Abdul axırıncı dəfə xx.xx.2023-cü il tarixdə Salyan Rayonlararası Psixiatriya xəstəxanasında müayinə və müalicə olunduqdan sonra ona dərin kəmağıllılıq, qulluq və müalicə tələb edən dərəcəli davranış pozuntuları diaqnozu qoyulmuşdur. Onun ambulator müalicə və kənar şəxsin daimi yardımına ehtiyacı var. Oğlu heç bir hərəkət edə bilmədiyi üçün onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onun qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, ərizəçi X1 ərizəsi təmin edilməli, Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214- 220, 227, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan xx.xx.2005-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edisin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müdətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(041)-1355/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1355/2023
16.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver