Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1374/2025 19.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda məcburi pay” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə müraciət edərək, xx.xx.2012-cil tarixli 2V-781 № li Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, "xxxx" ASC-də olan 21093 saylı əmanət hesabındakı pul vəsaitinə X8nun qanun üzrə vərəsəlik hüququnun tanınması və miras payının irsi transmissiya üzrə vərəsələri İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən qəbul edilməsi, X5 xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsi əsasında Cavabdeh2 keçən miras əmlak olan Kürdəmir rayonu, Bakıxanov küçəsi,ev 7-də yerləşən əmlaka dair X8na çatası məcburi payın müəyyən edilərək onun vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən irsi transmissiya üzrə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 X8 ilə xx.xx.1984-cü ildə rəsmi nikaha girmişlər. Birgə nikahdan onların xx.xx.1996-cı il təvəllüdlü qızı İddiaçı2 qızı və xx.xx.2006-cı il təvəllüdlü qızı İddiaçı3 doğulmuşdur. X8 xx.xx.2019-cu il tarixdə RF-nın Volqoqrad vilayətində vəfat etmişdir. Kürdəmir rayonu, Bakıxanov küçəsi, 7 saylı evin mülkiyyətçisi X33 xx.xx.2007-ci il tarixdə (2V-78 saylı iş) vəsiyyətnamə ilə həmin ünvanda yerləşən bütün əmlakını Cavabdeh2 vermişdir. X5 Cavabdeh2 başqa 1958-ci il təvəllüdlü oğlu X8, 1959-cu il təvəllüdlü X44, 1963-cü il təvəllüdlü X13 və 1968-ci il təvəllüdlü X18 övladları vardır və onlarda vərəsədilər. Kürdəmir rayon notariat kontoru xx.xx.2007-ci il tarixli 2V-98 saylı və xx.xx.2008-ci il tarixli 2V-20 saylı vərəsəlik işlərində bütün vərəsələr dairəsini göstərsə də, xx.xx.2007-ci il tarixli 2V-78 saylı və xx.xx.2012-ci il tarixli 2V-781 saylı vərəsəlik işlərində Cavabdeh2 Xanoğlan oğlundan başqa vərəsəni göstərmir. Halbuki, vərəsələr vəsiyyətnamə əsasında verilmiş Kürdəmir rayonu, Bakıxanov küçəsi, 7 saylı evə əmlaka dair məcburi pay hüquqları vardır. xx.xx.2012-ci il tarixli 2V-781 saylı vərəsəlik işində isə digər vərəsələr qanun üzrə vərəsələrdir. xx.xx.2012-ci il tarixli 2V-781 saylı qanun üzrə vərəsəlik işində X5 "xxxx" ASC-də əmanət hesabındakı pul vəsaiti tam olaraq Cavabdeh2 keçmişdir. Kürdəmir rayon Notariat kontorunun notariusu X12 vərəsəlik işini hazırlayarkən onun cavabdehdən başqa digər vərəsələrinin olduğunu bilirdi və onlar da qanun üzrə vərəsələr olaraq öz paylarını almalı idilər. X12 vərəsəsi X32 miras əmlak olan Kürdəmir rayonu Bakıxanov küçəsi, 7 saylı evdən məcburi vərəsə kimi, "xxxx" ASC-də olan əmanət hesabındakı pul vəsaitindən qanun üzrə vərəsə kimi miras payını almamış və xüsusən də miras paydan imtina etmədiyindən ona çatası pay, vərəsələri həyat yoldaşı İddiaçı1, qızları İddiaçı3 və İddiaçı2 irsi transmissiya yolu ilə keçməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, valideynlərindən miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən 5 sot həyətyanı sahədə yerləşən 3 otaqlı yaşayış binasıdır. İddiaçı1 1984-cü ildə mərhum qardaşı İsmayılla ailə həyatı quraraq, həmin evin bir otağına gəlin köçmüşdür. Birgə nikah dövründə mərhum qardaşının övladı olmadığına görə, digər qardaşı Əsədin qızını, 1996-cı il təvəllüdlü Könülü övladlığa götürmüşdür. 2005-ci ildə mərhum qardaşı iddiaçı-həyat yoldaşı Səlimnaz və övladlığa götürdükləri qızı Könül ilə birlikdə Rusiya Federasiyasının əvvəlcə Altay vilayətinin Biyski şəhərinə sonra isə Volqaqrad şəhərinə işləməyə getmiş və vəfat edənə kimi orada yaşamışdır. Həmin şəhərdə onların 2006-cı il təvəllüdlü Lalə adlı qızı dünyaya gəlmişdir. 2015-ci ildə iddiaçı Səlminaz və qızları ilə birlikdə məcburi qaydada Rusiya Federasiyasından çıxarılmışlar və Azərbaycana göndərilmişlər. Həmin vaxtdan hal-hazıra kimi iddiaçı və onun qızları valideynlərindən miras qalmış yaşayış evinin gəlin köçdüyü otaqda yaşayırlar. Qardaşı İsmayıl 2019-cu ildə Volqaqrad şəhərində vəfat etmiş və Azərbaycana gətirilərək Kürdəmir rayonunun Ərəbxana kənd qəbiristanlığında dəfn edilmişdir. Atası Xanəhməd xx.xx.2007-ci ildə vəfat etmişdir. Vəfat etməmişdən bir ay əvvəl, yəni 27 iyul 2007-ci ildə vəsiyyətnamə ilə ünvan 1 ünvanında yerləşən bütün əmlakını ona, yəni Cavabdeh2 vəsiyyət etmiş və qalan bütün vərəsələri həmin paydan məhrum etmişdir. Həmçinin qardaşı Əsəd Əsədovun, bacısı Pərvanə Heydərovanın (Əsədova) və bacısı Gülsarə Paşayevanın (Əsədova) atasından miras qalmış əmlaka heç bir iddiaları olmaması barədə notariat qaydada təsdiq olunmuş ərizələri mövcuddur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 iyun 1990-cı il tarixli, V-ЖГ 346017 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X33 ilə X2 rayon VVADQ şöbəsində xx.xx.1965-ci il tarixdə 82 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, АЭ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1963-cü ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli, АЭ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1968-ci ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1973-cü il tarixli İİ-ЖГ 321541 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1973-cü ildə doğulmuşdur. Kürdəmir rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İ 256134 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 xx.xx.2007-ci il tarixdə ürək astmasından vəfat etmişdir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ 280566 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2008-ci il tarixdə qaraciyər sirrozundan vəfat etmişdir. xx.xx.2004-cü il tarixli, AZ-İ 120800 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X26 Bakı şəhəri Suraxanı rayonu VVADQ şöbəsində xx.xx.2004-cü il tarixdə 349 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Heydərov, arvada Heydərova soyadı verilmişdir. xx.xx.2007-ci il tarixli, V-ZQ 260552 nömrəli çıxarışdan görünür ki, X34 ilə X3 rayonu VVADQ şöbəsində xx.xx.1989-cu il tarixdə 27 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. 19 dekabr 1984-cü il tarixli, İİİ-ЖГ 402115 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X4 rayon VVADQ şöbəsində xx.xx.1984-cü il tarixdə 186 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. 05 may 1997-ci il tarixli, XX-ЖГ 316923 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1996-cı ildə doğulmuşdur. 25 yanvar 2007-ci il tarixli, İ-TO 792552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2006-cı ildə doğulmuşdur. 12 iyul 2019-cu il tarixli, İİİ-PK 593622 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2019-cu ildə vəfat etmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2007-ci il tarixli 78 reyestr nömrəli X6 rayonu Bakıxanov küç, ev 7 ünvanını Cavabdeh2 vəsiyyət etmişdir. Kürdəmir rayon Dövlət notariat ofisinin 2V-98 nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan X33 mirası qəbul edən şəxs X29 “QAZ-24” **-BC-*** nömrəli avtomaşına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. xx.xx.2007-ci il tarixli 7-3123 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Volqoqrad şəhəri Bıkov rayonu Komsomolski küçəsi ev 14-də yaşayan X32 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən paydan imtina edir. xx.xx.2007-ci il tarixli 7-3236 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayon Aran qəsəbəsi ev 3/23-də yaşayan X44 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının anası X20 adına rəsmiləşdirilməsinə etirazı yoxdur. xx.xx.2007-ci il tarixli 06-3061 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi ev 7-də yaşayan Cavabdeh2 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur, ona düşən paydan imtina edir. xx.xx.2007-ci il tarixli 7K07-3160 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 5-də yaşayan X13 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən vərəsəlik payından imtina edir. xx.xx.2007-ci il tarixli 7K07-3195 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Altay vilayəti Biysk şəhəri, Abskaya küçəsi ev 20-də yaşayan X18 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Ona düşən vərəsəlik payından imtina edir. xx.xx.2007-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi ev 7-də yaşayan X37 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, əri X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **- BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından mülkiyyət hüququ haqqında şəhadətnamə istəmir. xx.xx.2007-ci il 2-V/98 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 01 avqust 2007-ci ildə vəfat etmiş X12 vərəsələri bunlardır. Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında yaşayan arvadı X37 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: QAZ-24 markalı, 18245 nömrəli mühərrikli, Banı nömrəsiz, şassisi nömrəsiz, 1985-il tarixdə zavoddan buraxılmış, **-BC-*** dövlət nömrə nişanlı, Ağsu 3 saylı RQİQ tərəfindən xx.xx.2000-il tarixdə verilmiş ΑΑ № 271646 nömrəli texniki pasportdan ibarətdir. Kürdəmir rayon Dövlət notariat ofisinin 2V-20 nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan X33 mirası qəbul edən şəxs X38 “QAZ-24” **-BC-*** nömrəli avtomaşına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. xx.xx.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna X32 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X35 adına keçməsinə etirazı yoxdur. xx.xx.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna X13 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X35 adına keçməsinə etirazı yoxdur. xx.xx.2005-ci il tarixli Kürdəmir rayon dövlət notariat konturuna X18 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **-BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşı X35 adına keçməsinə etirazı yoxdur. ünvan 5-də yaşayan Cavabdeh2 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun “QAZ-24” markalı, **- BC-*** nömrəli avtomaşını qalmışdır. Həmin miras qalmış avtomaşından vərəsəliyi qəbul etməmişdir, pay tələbi yoxdur. Avtomaşının qardaşım X35 adına keçməsinə etirazı yoxdur. xx.xx.2008-ci il 2-V/20 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 01 avqust 2007-ci ildə vəfat etmiş X12 vərəsələri bunlardır. ünvan 4 ünvanında yaşayan oğlu X44 və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: QAZ-24 markalı, 18245 nömrəli mühərrikli, Banı B/B, şassisi B/N, 1985-il tarixdə zavoddan buraxılmış, **-BC-*** dövlət nömrə nişanlı, Ağsu 3 saylı RQİQ tərəfindən xx.xx.2000-il tarixdə verilmiş ΑΑ № 271646 nömrəli texniki pasportdan ibarətdir. Kürdəmir rayon Dövlət notariat ofisinin 2V-781 nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan X33 mirası qəbul edən şəxs Cavabdeh2 21093 saylı hesabda olan əmanətə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Kürdəmir şəhəri üzrə İcra nümayəndəsi tərəfindən xx.xx.2012-ci il tarixli 2745 nömrəli arayışın surətindən görünür ki, mərhum atası X6 şəfəri Bakıxanov küçəsi 7 saylı evdə yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etdikdən sonra aşağıdakı ailə üzvü, varisi Cavabdeh2 qalmışdır. xx.xx.2012-ci il 2-V/781 reyestr nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Kürdəmir rayon Dövlət notariat kontorunun dövlət notariusu Hüseynov E.İ v.i.e.Umudov R.X. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki 01 avqust 2007-ci ildə vəfat etmiş X12 vərəsəsi Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında yaşayan oğlu Cavabdeh2 miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak:Kapital Bank ASC-də olan 21093 saylı əmanət hesabındakı pul vəsaitindən ibarətdir. Kürdəmir rayon Dövlət notariat ofisinin 2V-78 nömrəli vərəsəlik işinin surətindən görünür ki, miras qoyan X33 adından Kürdəmir rayon Bakıxanov küçəsi ev 7-də yerləşən bütün əmlaka dair Cavabdeh2 adına vəsiyyətnamə verilmişdir. xx.xx.2007-ci ildə Kürdəmir rayon Dövlət Notariat konturuna Kürdəmir rayonu Bakıxanov küçəsi 7 nömrəli evdə yaşayan X33 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, səhhəti ilə əlaqədar notariat konturuna gələ bilmədiyi üçün vəsiyyətnamə təsdiqinə görə evinə notariat əməlliyatı aparılmasını xahiş etmişdir. xx.xx.2012-ci il tarixli 7E-02/1412 reyestr nömrəsi ilə qeydə alınmış ünvan 5 ünvanında qeydiyyatda olan və hal-hazırda Kürdəmir rayonu Ərəbxana kəndində yaşayan X21 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun Kürdəmir şəhəri Bakıxanov küçəsi ev 7 ünvanında mirası qalmışdır. Həmin mirasdan mənə çatası payı qəbul etməmişdir, qəbul etməyəcək. Mirasın qəbulu ilə bağlı müddəti öz günahım ucbatından ötürmüşdür. Gələcəkdə miras əmlakdan pay tələbi və müddətin bərpası ilə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcək. Əlavə olaraq bildirir ki, xx.xx.1989-cu il tarixdə X34 ilə rəsmi nikah qeydiyyatına girərək onun yaşadığı Kürdəmir rayonu Ərəbxana kəndinə gəlin köçmüşdür. Hal-hazırda yuxarıda göstərilən tarixdən bu günə kimi həmin ünvanda yaşayır. X44 tərəfindən notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum atası X12 miras qalmış əmlakı faktiki qəbul etməmişdir. Miras əmlaka dair heç bir iddia və tələbi yoxdur. xx.xx.2012-ci il tarixli 7-E-04-1785 reyestr nömrəsi ilə qeydə alınmış Kürdəmir rayon dövlət notariat konturuna Bakı şəhəri Suraxanı rayonu İ.Əhliman küçəsi ev 10, mənzil 1-də qeydiyyatda olan X13 tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş ərizədən görünür ki, atası X33 xx.xx.2007-ci ildə vəfat etmişdir və ondan miras qalmış əmlakı qəbul etməmişdir. Gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliti yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən X12 vərəsəsi Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il 3-21-3- 36/2-5566/2024 nömrəli Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildirişdən görünür ki, X22 məxsus Kürdəmir şəhəri Y.Rəhimov küçəsi (köhnə Bakıxanov) 7 nömrəli yerləşən fərdi yaşayış evi və 0.0572 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi əxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir şəhəri Y.Rəhimov küçəsi (köhnə Bakıxanov) 7 nömrəli yerləşən fərdi yaşayış evi və 0.0572 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı üçün təqdim edilmiş Kürdəmir rayon Aqrar İslahatı Komissiyasının qərarı əsasında tərtib edilmiş AN-057123 nömrəli Kadastr planının subyektlərin siyahısında torpaq sahəsində payı olan mülkiyyətçi mərhum X7 Federasiyası vətəndaşı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 05/09İS/097868-24 nömrəli arayışından görünür ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Cavabdeh2 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: 1. atası: X33 (xx.xx.1930) (ölüb), 2. anası: X37 (xx.xx.1937) (ölüb), 3. qardaşı: X32 (xx.xx.1958) (ölüb), 4. qardaşı: X44 (xx.xx.1959), 5. bacısı: X13 (xx.xx.1963), 6. bacısı: X21 (xx.xx.1968). Kürdəmir RİH başçısının Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1153 nömrəli arayışdan görünür ki, Cavabdeh2 mərhum atası X6 şəhəri Y.Rəhimov (Bakıxanov) küçəsi 7 saylı ünvanda yaşamış, xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdə aşağıdakı ailə üzvləri (varisləri) qalmışdır: X44 - 1959, X13 – 1963, X21 – 1968, Cavabdeh2 – 1973, X32 - 1958 (xx.xx.2019-cu ildə vəfat edib). Kürdəmir RİHB-nın şəhər İƏD üzrə nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin rəisinə ünvanlanmış məlumatdan görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi subyektlərin siyahısında aşağıdakı ad texniki olaraq səhv yazılmışdır. X36 əslində X9 qeyd olunmalıdır. X36 adlı şəxs qeydiyyatda olmamışdır, hal-hazırda da yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-4170/2025 nömrəli Arxiv məlumatlarının və sənədlərinin verilməsi barədə Kürdəmir Rayon Məhkəməsinə ünvanlanmış məlumatdan görünür ki, Kürdəmir şəhəri, Bakıxanov küçəsi-7 ünvanında yerləşən torpaq sahəsinin kimin mülkiyyətində olması və həmin torpaq sahəsinə dair sənədlərin göndərilməsi barədə xx.xx.2025-ci il tarixli, 2(041)-1374/2025 saylı sorğuya "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Kürdəmir şəhəri, keçmiş Bakıxanov küçəsi-7, hazırkı Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən 0.0572 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.1975-ci il tarixli, 1583 inventar nömrəli texniki pasporta əsasən X22 məxsusdur. Lakin sözügedən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1147.1-ci maddəsin əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən, əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İşin faktiki halları ondan ibarətdir ki, miras qoyan X6 rayonu, Bakıxanov küçəsi, ev 7də yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mərhumun vərəsələri həyat yoldaşı Zərif Əsədova (xx.xx.2008-ci il tarixdə vəfat etmiş) və övladları Əsəd Əsədov, İsmayıl Əsədov (xx.xx.2019-cu ildə vəfat etmiş), Pərvanə (Əsədova) Heydərova, Gülsara (Əsədova) Paşayeva və Cavabdeh2 olmuşdur. Mərhum Kürdəmir şəhəri, Bakıxanov küçəsi, ev 7-də yerləşən əmlakını Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələr miras paylarından könüllü şəkildə imtina etmişlər. xx.xx.2012-ci il tarixdə Cavabdeh2 bankdakı vəsait üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçılar isə xx.xx.2012-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsini, "xxxx" ASC-dəki 21093 saylı əmanət hesabındakı vəsait üzərində X8nun qanun üzrə vərəsəlik hüququnun tanınmasını və miras payının irsi transmissiya yolu ilə özlərinə keçməsini, həmçinin mərhumun Kürdəmir rayonu, Bakıxanov küçəsi, ev 7də yerləşən əmlaka məcburi payın müəyyən edilərək iddiaçılara verilməsini tələb etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.3-cü maddəyə görə isə vərəsəlik şəhadətnaməsində vərəsə kimi göstərilən şəxsin həmin hüquqa malik olması qəbul edilir. Bu norma şəhadətnaməyə prezumpsiya xarakteri verir və yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda etibarsız hesab edilə bilər. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixli şəhadətnamə səlahiyyətli notariat orqanı tərəfindən verilmiş və Mülki Məcəllənin 1322-ci maddəsində nəzərdə tutulmuş müddət və prosedur tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçılar tərəfindən notariat orqanının səlahiyyətsizliyi, müddət pozuntusu və ya şəhadətnamənin verilməsi qaydasının pozulması barədə heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, vərəsə mirasa sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda, mirası tamamilə qəbul etmiş sayılır. Faktiki olaraq, Cavabdeh2 xx.xx.2012-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və miras əmlakına sahiblik etmişdir. Bu isə onun mirası qəbul etdiyini şəksiz şəkildə göstərir. Mülki Məcəllənin 1325.1-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi bütün miras və ya onun bir hissəsi üçün, həm bütün vərəsələrə birlikdə, həm də ayrı-ayrı verilə bilər. 1325.2-ci maddəyə görə isə digər vərəsələrin mövcudluğu yalnız miras paylarının müəyyənləşdirilməsinə təsir göstərir, şəhadətnamənin etibarsızlığına yox. Bu halda şəhadətnamənin Cavabdeh2 verilməsi onun etibarsız hesab edilməsinə əsas yaratmır. İddiaçılar tərəfindən şəhadətnamənin saxta sənədlər əsasında verilməsi, qanunsuz vərəsə kimi tanınma və ya miras hüququnun mövcud olmaması barədə heç bir sübut təqdim edilməmişdir. Buna görə də xx.xx.2012-ci il tarixli 2V-781 №-li vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, miras, miras qoyanın ölüm tarixinədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və öhdəliklərinin (miras passivi) toplusundan ibarətdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-3-36/2-4170/2025 nömrəli arxiv məlumatlarında bildirilir ki, Kürdəmir şəhəri, Y.Rəhimov küçəsi-7 ünvanında yerləşən 0.0572 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi X22 məxsus olmuşdur. Lakin həmin daşınmaz əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Mülki Məcəllənin 1151.1ci maddəsinə əsasən, miras yalnız miras qoyanın ölüm tarixinə qədər malik olduğu hüquqi baxımdan tanınmış əmlakı (miras aktivi) və öhdəliklərini (miras passivi) əhatə edir. Beləliklə, qeydiyyatda olmayan daşınmaz əmlak hüquqi baxımdan mirasın tərkibinə daxil hesab edilə bilməz. İş materiallarına əsasən, X8 atası X10 miras qalmış “QAZ-24” markalı avtomobil üzrə miras payından imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.2-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsindən imtina etdikdə, hesab edilir ki, o, bütün mirasdan imtina etmişdir. Bu səbəbdən X8nun digər miras payları üzərində hüququ yaranmamış və həmin paylar irsi transmissiya yolu ilə iddiaçılara keçə bilməz. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, irsi transmissiya yalnız vərəsənin miras açıldıqdan sonra, lakin mirası qəbul etmədən vəfat etməsi halında tətbiq olunur. Faktiki olaraq, miras qoyan 2007-ci ildə vəfat etmiş, X8 isə 2019-cu ilə qədər sağ olmuşdur. Bu isə o deməkdir ki, mərhum mirasın açıldığı vaxtda sağ idi və miras payını qəbul etmək hüququna malik idi. Nəticədə, irsi transmissiya qaydaları tətbiq edilə bilməz. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə görə, mərhumun uşaqları və həyat yoldaşı, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasın yarısını təşkil edən məcburi paya malikdirlər. Məcburi pay hüququ mirasın açıldığı andan yaranır və vərəsəlik hüququna keçir (maddə 1194). Məcburi payın həcmi bütün mirasın nəzərə alınması ilə müəyyən edilir və hər bir vərəsənin payı, əgər vəsiyyətnamə olmasaydı, qanun üzrə vərəsələrin hamısı nəzərə alınmaqla hesablanır (maddə 1195– 1196). Məcburi pay almaq hüququ olan şəxs mərhumdan əvvəl aldığı əmlakı da məcburi paya daxil etməyə borcludur (maddə 1197). Əgər məcburi pay almaq hüququ olan vərəsə eyni zamanda vəsiyyət üzrə əmlak alıbsa, vəsiyyət tapşırığından imtina etməsi halında məcburi payı tələb edə bilər; əks halda məcburi pay hüququ vəsiyyət tapşırığının dəyəri həddində itirir (maddə 1198). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh2 qarşı Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, "xxxx" ASC-də olan 21093 saylı əmanət hesabındakı pul vəsaitinə X8nun qanun üzrə vərəsəlik hüququnun tanınması və miras payının irsi transmissiya üzrə vərəsələri İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən qəbul edilməsi, X5 xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsi əsasında Cavabdeh2 keçən miras əmlak olan Kürdəmir rayonu, Bakıxanov küçəsi,ev 7-də yerləşən əmlaka dair X8na çatası məcburi payın müəyyən edilərək onun vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən irsi transmissiya üzrə qəbul edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mirasda məcburi pay” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1374/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1374/2025
19.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver