Məhkəmə qərarları › İş №2(041)-1499/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1499/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1499/2023 23.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, tərəflərin iştirakı olmadan, iddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” istehsalat birliyi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı iddia ərəzisə ilə məhkəmə müraciət edərək Cavabdeh Əlisahib oğlu tərəfindən Azəriqaz İB-nə dəymiş 435.69 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 465.69 manat məbləğində pul cavabdehdən tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hazırki iş üzrə də tələb edilən məbləğ yol-nəqliyyat hadisəsi nəticəsində yaranmaqla, onu təsdiq edən mötəbər sübutlar (ekspert rəyi və sair) olmadığından və tərəflər arasında mübahisə yaradavağını nəzərə alaraq, iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-4, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: iddiaçı “Azəriqaz” istehsalat birliyinin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə ərizənin qəbulundan imtina edilsin və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar