Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1525/2023 19.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X24 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Üçüncü şəxslər X14 və X6 iştirakları ilə, İddiaçı X13 Cavabdeh Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxslər X14 və X10) vərəsəlik haqqında şəhədətnamənin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X18 cavabdeh Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə ölmüş atası X7 və xx.xx.2000-ci il tarixdə ölmüş mərhum anası X4 miras qalmış Kürdəmir rayon Qarasaqqal kənd ərazisində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.95 ha torpaq sahəsinin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirmə səbəbinin üzürlü hesab edilməsi və həmin əmlakla bağlı ona Cavabdehndə notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir rayon Qarasaqqal kəndində yaşayır. X8 xx.xx.2003-cü il tarixdə, anası X11 isə xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. X1 və X9 razılığı ilə valideylnərindən qalmış Kürdəmir rayon Qarasaqqal kəndində yerləşən kənd təsrrüfatı məhsulları istehsalı üçün verilmiş 2.95 ha torpaq sahəsini öz adına sənədləşdirmək üçün 2023-cü ilin may ayında Kürdəmir regional Asan xidmət mərkəzinə müraciət etmişdir. Orada mirasın qəbul edilməsi faktının ötürüldüyünü bildirərək müraciətinin icrası mümkün olmamışdır. Bu müddəti ötürmək onun qanunları bilməməkdən irəli gəlir. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər X14 və X10 iddianı müdafiə edərək vərəsəlik hüqüqu haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü sayılması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə lazimi qaydada məlumat verilməsinə baxmayarq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan; - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZİİ309852 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2000-cü il tarixdə vəfat etmişdir. - Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZİİ309851 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2023-cü il tarixdə X15 ünvanlanmış 625 nömrəli məktubda X4 miras qalmış əmlak dair vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. - Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elnur Əfəndiyev tərəfindən xx.xx.2023-cü il tarixdə X15 ünvanlanmış 626 nömrəli məktubda X2 miras qalmış əmlak dair vərəsəlik müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı göstərilmişdir. İşin faktiki hallarından məlum olur ki, miras əmlak kənd təsərrüfatı təyinatlı torpaqdan ibarətdir. Həmin torpaq X3 və X5 ümumbirgə mülkiyyətindədir. Hüquq sahib olan X7 və X11 vəfat etmişlər. X18 xx.xx.2023-cü ildə ərizə ilə Kürdəmir regional ”ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2003-cü ildə ölmüş atası X2 və xx.xx.2000-ci il tarixdə ölmüş mərhum anası X4 miras qalmış qeyd edilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin mirasın açıldığı gündən altı aydan artıq müddət keçdiyinə görə ona imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün vərəsə və yа nоtаriаt qаydаsındа təsdiq еdilmiş еtibаrnаmə əsаsındа оnun nümаyəndəsi aşağıdakı sənədləri notariat orqanına təqdim etməlidir: miras qoyanın ölümü haqqında şəhadətnamə; miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd; vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən vеrilmiş) sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi; vərəsələrin mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizələri; qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.); miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin vеrdiyi arayış. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsində göstərilir ki, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin xx.xx.2005-ci ilə kimi mövcud olan 1246-cı maddəsində qeyd edilmişdir ki, miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hazırki iş üzrə ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş atası X7 və xx.xx.2000-ci il tarixdə vəfat etmiş mərhum anası X4 miras qalmış torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq istədiyini, lakin vərəsəlik haqqında şəhadətnamə alınması üçün nəzərdə tutulmuş müddəti hüquqi savadı olmadığı üçün ötürdüyünü, ona görə də müddətin bərpasını xahiş edir. Məhkəmə hesab edir ki, dövlət qeydiyyatına alınmış miras əmlakın vərəsələr arasında sənədləşdirilməsini təmin etmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət üzrlü sayılaraq bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslara görə ərizə təmin edilməli, xx.xx.2003-cü ildə vəfat etmiş atası X2 və xx.xx.2000-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış Kürdəmir rayon Qarasaqqal kəndində yerləşən 2.95 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilməli və ona vərəsəlik hüquq haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2003-cü ildə vəfat etmiş atası X2 və xx.xx.2000-ci il tarixdə vəfat etmiş anası X4 miras qalmış, Kürdəmir rayonunun Qarasaqqal kəndində yerləşən 2.95 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddət bərpa edilsin və qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına vərəsəlik hüquq haqqında şəhadətnamənin verilməsi təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1525/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1525/2023
19.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver