Məhkəmə qərarları › İş №2(041)-158/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-158/2023

10.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-158/2023 10.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdehlər X4, Cavabdeh6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, X6, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh6, Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh3, X5, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2, Cavabdeh6 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış, Kürdəmir rayon Axtaçı kəndində yerləşən 0,28 ha torpaq sahəsi və üzərindəki birmərtəbəli ümumi sahəsi 90 m fərdi yaşayış evinin miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi, miras payının tam formada müəyyən edilməsi, əmlakın tam şəkildə ona verilməsi və 1.80 ha torpaq sahəsinin vərəsələr arasında bərabər paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı vəsatətlə çıxış edərək, iddia ərizəsində və tələblərində təkmilləşdirmə və dəqiqləşdirmələrin aparılması zərurəti yarandığından ərizənin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər ayrı-ayrılıqda vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia ərizəsi ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər X2, Cavabdeh6 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kürdəmir Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın faktiki qəbul edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iddiaçının vəsatətinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar