Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-158/2025 14.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Kürdəmir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü X4nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X4 xx.xx.1963-cü il tarixdə doğulmuş və hazırda onunla birlikdə onun himayəsində yaşayır. X4 anadangəlmə xəstə doğulmaqla şizofreniya paranoid forma dərin psixi qüsur halı diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanası X12 Kürdəmir rayon Poliklinika şöbəsində psixiatr kabinetində dispanser qeydiyyatında olmaqla mütəmadi olaraq müalicə olunur. Onun xəstəliyi ilə əlaqədar kənar şəxsin köməyi olmadan heç bir hərəkət edə bilmir. Bacısı Ceyranı uzun müddət müalicə etdirməyinə baxmayaraq müalicənin heç bir nəticəsi olmamışdır. Onun xəstəliyi ilə əlaqədar daimi qulluq və müalicəyə ehtiyacı olmaqla, kənar şəxsin daimi köməyinə ehtiyacı var. X3 xəstəliyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiya tərəfindən xx.xx.2024-cü il tarixdə müddətsiz olaraq birinci dərəcəli əlillik verilmiş və onun orqanizminin funksiyasının 90 faiz pozulması qeyd edilməklə, əmək qabiliyyətlərinin olmaması müəyyən edilmişdir. Ona əlillik dərəcəsi verilərkən heç bir hərəkət edə bilmədiyinə görə həkim kommissiyası onu ev şəraitində müayinə etmişdir. Bacısı Ceyran xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Bacısı Ceyran xəstəliyi, həmçinin psixi qüsurun nəticəsində heç bir hərəkət etmədiyinə və heç nə hiss etmədiyinə görə onunla bağlı məsələlər ortaya çıxanda müvafiq sənədləşmə işlərinin aparılmasında çətinliklər yaranır. Aidiyyəti qurumlarda onların qanuni nümayəndəsi olması tələb olunur. Qanuni nümayəndəsi olmadığı üçün onu təmsil etmək mümkün olmur. Ona görə də X4nın xəstəliyi və psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Kürdəmir rayon İcra Hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 596 saylı rəyinə əsasən, tibbi sənədlər əsasında (qiyabi) aparılan müayinə nəticəsində məlum olur ki, X1 paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı formasında ruhi xəstəlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq xx.xx.1963-cü il təvəllüdlü X8 onda müəyyən edilən və ona xəstəliyi ilə əlaqədar İ qrup müddətsiz əlillik təyin edilmiş Şizofreniya paranoid forma, fasiləsiz gedişli, dərin psixi qüsur halı formasında ruhi xəstəlik ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İş materiallarında olan AA0920730 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Məhkəmə qeyd edir ki, X8 Ərizəçi yaxın qohumu – bacısıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X5 pisixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci,319, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-158/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-158/2025
14.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver