Məhkəmə qərarları › İş №2(041)-1600/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1600/2025

03.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1600/2025 03.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair idiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarına qəsd və torpaq sahəsinin naturada müəyyən olunmasına olunan maneələrə son qoyulması, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən məcburi çıxarılması, cavabdehdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu 100 manat pulun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan xx.xx.2016cı il tarixli,qeydiyyat nömrəsi ********** olan, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar DƏDKR phş-in16 saylı Ucar ərazi idarəsinə müraciət etmiş, xx.xx.2025-ci ildə əraziyə baxış keçirilərkən iddiaçının bacısı cavabdeh X2 əməkdaşlarını torpaq sahəsinə buraxmamış, zəbt etdiyi ona məxsus torpaq sahəsinin bir hissəsini boşaltmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, cavabdeh Validə onun bacısıdır, hər ikisinin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Ona aid torpaq sahəsinin bir hissəsi də daxil olmaqla bələdiyyənin mülkiyyətində olan qonşu torpaq sahəsindən də cavabdeh istifadə edir. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq Validə onu mülkiyyətində olan torpaq sahəsinə buraxmır, sərhədləri müəyyən etmək üçün dəvət edilmiş mütəxəssislərə də ölçmə işlərini aparmağa imkan vermir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında mütəxəssislər yerində ölçmə işləri aparmış və ona aid torpaq sahəsinin 69 kv.metr hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir. Həmin hissə boşaldılarsa torpaq sahəsindən sərbəst istifadə edə bilər. İddiaçı göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin və JN-769F (KOD ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********16-10301 X7 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsinin koordinatları və sərhədləri mütəxəssis tərəfindən müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 0.0069 ha (69 kv.metr) hissəsi cavabdehin mülkiyət hüququ dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsindən kənarda, baxış zamanı cavabdehin faktiki istifadə etdiyi 0.1759 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəssis tərəfindən müəyyən edilmişdir. Odur ki, cavabdehin zəbt etdiyi 0.0069 ha hissəsindən çıxarılmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, bacısı İddiaçı ona qarşı qaldırdığı torpaq iddiasının heç bir köklü əsası yoxdur. Belə ki, Xalidənin adına rəsmiləşdirilmiş ata torpağının həm ölçüləri, həm də sərhəd konturları kökündən səhvdir. Çünki, X14 verilənə qədər, atalarının yalnız evin ön hissəsində 0,16 ha (on altı sot) qanuni həyətyanı torpaq sahəsi olub. 2004-cü il həyətyanı sahələr ölçülən zaman, evin arxa hissəsindən əsas yola çıxış üçün geniş ara yol ölçüyə alınmışdır. Əsas yol isə boylama onun həyətyanı sahəsini əhatə edirdi. Evin arxasındakı ara yoldan sonrakı həyət isə bütövlükdə qardaşı X5 məxsus olub. Lakin, sağlığında mal-heyvan yola çıxmasın deyə, yolun başın bağladığı üçün, görünür sonradan baxış keçirilib və yol da daxil olmaqla qardaşı Etibarın hesabında olan 0,12 ha (12 sot) torpaq bütövlükdə atası X6 adına hesablanıb. Ona görə də yola aid olan sahə Dövlət Aktına qanuni torpaq kimi düşüb. Bu səbəbdən atasının torpağının həm ölçüləri, həm də sərhəd konturları texniki səbəbdən səhvən artıq düşüb. Onun həyətyanı sahəsi isə konturları düz olsa da, ölçüsü az düşdüyü üçün torpaq sürüşməsi yaranıb. Münaqişə də bu səbəbdən olub. Məsələnin iddiaçı ilə məhkəmədən kənar həll edilməsini təklif etsədə iddiaçı bununla razılaşmamışdır. Bundan əlavə, iddiaçı bacısıdır, tələb etdiyi torpaq sahəsini də özü ona təmənnasız olaraq vermişdir. Bacısının torpaq sahəsinə iddiası yoxdur, aralarında onlardan asılı olmayan səbəbələrdən, yəni torpaq sahələrinin sərhədləri düzgün müəyyən edilmədiyi üçün mübahisə yaranmışdır. Bacısının tələb etdiyi torpaq sahəsi də bələdiyyənin istifadəsiz qalan torpaq sahəsinə aiddir ki. həmin sahədən də uzun müddətdir ki, mübahisəsiz olaraq istifadə edir. Cavabdeh göstərdiyi halları nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən ümumilikdə 0.05 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 04/613 nömrəli arayışa əsasən, İddiaçı 21 dekabr 2016-cı il tarixli ********** №-li ərizəsinə və 21 Dekabr 2016-cı il tarixli 004-16 №-li müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 16 saylı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə etdilmiş real bazar məlumatlarından istifadə edilməklə, qiymətləndirmə Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır. Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən ümumilikdə 0.05 ha torpaq sahəsinin 27 dekabr 2016-cı il tarixdə bazar dəyəri 3500 (üç min beş yüz) manat təşkil edir. - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi X3 adına birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -05 sentyabr 2006-cı il tarixli "xxxx" MMC-nin Daşınmaz əmlakın texniki qiymətləndirilməsinə dair akta əsasən, Kürdəmir rayonu Xırdapay (kənd), şəhəri sakini Cavabdeh ilə bağlanmış müqaviləyə əsasən ona məxsus daşınmaz əmlakın qiymətləndirilməsi müasir bazar iqtisadiyyatı şəraitində aparılmışdır. Qiymətləndirmə zamanı təqdim olunan sənədlərə əsasən standard qiymətləndirmə metodlarından istifadə etməklə əmlakın mövcud vəziyyətinə uyğun olaraq onun dəyəri müəyyən olunmuşdur. Qiymətləndirmə zamanı aparılan hesablamalarda daşınar və daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyun 1999-cu il 110 saylı və 04 yanvar 2001-ci il tarixli 06 saylı qərarı ilə təsdiq edilmiş malın, mülkün bazar dəyərini müəyyən edilməsi qaydalarından, NK-nin müvafiq qərar VƏ sərəncamlarından olunmuşdur. istifadə olunmuşdur. Belə ki, aparılan təhlil və hesablamalar göstərir ki, qiymətləndirilən obyektin inventar dəyəri 15000,0 manat müəyyən olunmuşdur. Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxaşda göstərilən, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə (JN-769F, KOD ********) X3 mülkiyyətində olan, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin koordinatları və sərhədləri müəyyən edilsin. - İddiaçı xüsusi mülkiyyətində olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh hazırda istifadəsində və mülkiyyətində olan, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən 0.15 ha olan torpaq sahəsi ilə sənəd üzrə və faktiki vəziyyətinə görə üst-üstə düşüb-düşməməsi müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-2470/2025 nömrtəli mütəxəssis rəyinə əsasən: -xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin və JN-769F (KOD ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında tərtib edilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********16- 10301 X7 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsinin koordinatları və sərhədləri mütəxəssis tərəfindən müəyyən edilmişdir. -xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 0.0069 ha (69 kv.metr) hissəsi cavabdehin mülkiyət hüququ dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsindən kənarda, baxış zamanı cavabdehin faktiki istifadə etdiyi 0.1759 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü mütəxəssis tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, baxış zamanı cavabdehin faktiki istifadəsində olan 0.1759 ha torpaq sahəsi hasar daxilində yerləşdiyi də mütəxəssis tərəfindən müəyyən edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 65-cı maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. - 67-cı maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 68-cı maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. - 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşdə olan mütəxəssis rəyinə əsasən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.05 ha həyətyanı torpaq sahəsinin 0.0069 ha (69 kv.metr) hissəsi cavabdehin mülkiyət hüququ dövlət qeydiyyatına alınmış 0.15 ha torpaq sahəsindən kənarda, baxış zamanı cavabdehin faktiki istifadə etdiyi 0.1759 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Məhkəmə mütəxəssis rəyinə əsaslanaraq belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən, xx.xx.2025-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə əks olunan koordinatlarla müəyyənləşən 0.15 ha torpaq sahəsinin faktiki istifadə etdiyi 0.0069 ha (69 kv.metr) hissəsindən çıxarılmalı, qalan hissədə iddia rədd edilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İddia tələbində cavabdehin Kürdəmir rayonu Kürdəmir rayonu Xırdapay kəndində yerləşən mülkiyyətində və qanuni istifadəsində olan əkin sahəsindən məcburi qaydada çıxarılması, cavabdeh tərəfindən torpaqdan istifadəyə edilən maneələrin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərə qadağa qoyulması barədə qətnamə çıxarılması xahiş edilsə də, cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılması nəticə etibarilə həmin torpaq sahəsindən istifadəyə edilən manelərin aradan qaldırılması hissəsini də əhatə etdiyindən, qətnamədə qeyd edilən hərəkətlərin təkrar olaraq sadalanmasına ehtiyac qalmır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən, xx.xx.2025-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə əks olunan koordinatlarla müəyyənləşən 0.15 ha torpaq sahəsinin faktiki istifadə etdiyi 0.0069 ha (69 kv.metr) hissəsindən çıxarılmalı, qalan hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı, vəkilə ödənilmiş 500 manatın 100 manatı, cəmi 150 (bir yüz əlli) manatı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində yerləşən, xx.xx.2025-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə əks olunan koordinatlarla müəyyənləşən 0.15 ha torpaq sahəsinin faktiki istifadə etdiyi 0.0069 ha (69 kv.metr) hissəsindən çıxarılsın. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar