Məhkəmə qərarları › İş №2(102)-2768/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2768/2025

01.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2768/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əşya hüquq münasibətlərindən, o cümlədən torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-455/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 1 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə İddiaçı Şollar Bələdiyyəsinin ehtiyat fondundan Şollar kəndinin ərazisindən 200 kv.metr torpaq sahəsinin satılmasına icazə verilmişdir.

2. Susayqışlaq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 138 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Şollar kəndi sakini Həsənova X1 bələdiyyəsinin Şollar kəndi ərazisində 28 sentyabr 2006-ci il tarixli 22 saylı iclasın qərarı ilə ona fərdi mənzil tikintisi üçün 0.02 ha torpaq sahəsi satılmış və hazırda həmin qərar qanuni qüvvədədir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.02 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)-80/2021 nömrəli qərarı ilə Xaçmaz rayonu, Şollar k əndində yerləşən sahəsi 0,02 ha torpaq sahəsinə Cavabdeh1 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsız hesab edilmiş və bunun əsasında verilmiş seriya RX №1220216 saylı xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmiş, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat n ömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022ci il tarixli, 2-1(102)-2198/2022 nömrəli qərarı ilə üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən yaşadı ğı evin həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən müayinə edilməsi və torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələrin aradan qaldırılması və cavabdehlərə bu cür maneələrin törədilməsinin qadağan edilməsi və dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin 2004-cü il tarixli qərarı ilə ona Bələdiyyənin ehtiyat fondundan Şollar kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi satılmış, həmin torpaq s ahəsində yaşayış evi inşa etdirərək ailəsilə birlikdə həmin evdə yaşayır. Həmin ərazidə həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha istifadəsiz torpaq sahəsi olmuş və bu torpaq sahəsinin ona satılması üçün Şollar Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin 28 sentyabr 2006-cı il tarixli, 22 saylı qərarı ilə həmin 0.02 ha torpaq sahəsi ona satılmışdır. xx.xx.2018-ci il tarixdə bələdiyyədən satın aldığı 0.02 ha həyətyanı torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydə alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona rəsmi cavab verilmişdir ki, üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 0.02 ha torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. Məlum olmuşdur ki, həmin şəxs hazırki iş üzrə Cavabdeh1dur. Bundan so nra o, Sumqayıt İnzibati Məhkəməsində cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinə Cavabdeh1 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-80/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iş üzrə üçüncü şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayətinə baxmış və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şika yətinin təmin edilməməsi, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-80/2021 saylı qərarının dəyişdirilməsi, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi qərara alınmışdır. Bundan sonra o, yenidən 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin 0.02 ha torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata a lınmasını xahiş etmişdir. 2024-cü ilin fevral ayının əvvələrində 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi əraziyə gələrək həmin 0.02 ha torpaq sahəsinin müayinə edilib koordinatları yerində müəyyən etmək istədikdə, cavabdehlər nümayəndəyə maneçilik törətmiş, onu torpaq sahəsinə buraxmamışlar. Bu səbəbdən torpaq sahəsinin müayinəsi baş tutmamışdır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ona 26 fevral 2024-cü il tarixli, 3-21-334/2-1955/2024 saylı məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.02 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanuni əsaslarla əldə etdiyi 0.02 ha torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldıra bilmir.

9. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2951/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Əliyeva) iddia təmin edilmiş, Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış, onun yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və X2 şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən müayinə edilməsi və torpaq sahəsinin koordinatla rın yerində müəyyən edilməsinə törədilən maneələrin aradan qaldırılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu cür maneələrin törədilməsinin qadağan edilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(102)2198/2022 saylı qüvvədə olan qərarında kassasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1905 saylı, 2 iyun 2021-ci il tarixli ekspert rəyinə əsaslanan mövqeyinə görə hazırkı mülki iş üzrə iddiaçının həmin torpaq sahəsinə hüququ olduğu halda, fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınması qanunazidd hesab edilmişdir. Qeyd olunan ekspert rəyinə əsasən Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi ilə Şollar bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə Cavabdeh1 satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş tikili Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsində yerləşir. Şollar bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə Cavabdeh1 satılmış 200 kv.metr torpaq sahəsinin baş planının çıxarışında göstərilmiş torpaq sahəsinin cizgiləri mübahisə predmeti olan torpaq sa həsindən cənub istiqamətdə yerləşir. Qeyd edilən əmlak üzərində “gözlənilən” mülkiyyət hüquqlarına malik olan iddiaçının sözügedən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmasına dair müraciəti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən şərait yaradılmadığından təmin edilməmiş, bu səbəbdən də, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

11. Məhkəmə qeyd etmişdir iddiaçının gələcək mülkiyyətçi kimi qanuni gözləntiyə malik olduğu Xaçmaz rayonunun Şollar kəndində yerləşən 0,02 ha torpaq sahəsində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olar aq fəaliyyət göstərmələrinə cavabdehlər tərəfindən edilən hər hansı müdaxilə qanunsuz hesab edilməklə, hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 157.2, 157.4, 157.5, 157.8, 178.1, Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin tələbi ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından müəyyən edilir ki, məhkəmə iş üzrə mövcud olan bütün məhkəmə qərarlarını sadalayaraq belə qənaətə gəlmişdir ki, Xaçmaz rayonu Şollar Bələdiyyəsin in xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə 0.02 ha torpaq sahəsi İddiaçı satıldığı üçün və Cavabdeh1 məxsus 0.02 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəyinə görə iddiaçıya məxsus torpaqla üst-üstə düşmür və ondan cənubda yerləşir. Hal-hazırda iddiaçı torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə üçün müraciət edirsə, həmin torpaq sahəsinin üzərində yerləşən cavabdehə məxsus fərdi yaşayış evinin real bazar dəyərinin əvəzini ona ödəməklə bunu edə bilər. Əgər iddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən vurulmuş ziyanı ödəmək istəmirsə, o zaman Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-163/2025 saylı iş üzrə yekun məhkəmə qərarının qanun qüvvəsini almağını gözləməlidir. Xaçmaz Rayon Məhkəməsi də işin fak tiki hallarını araşdırarkən cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsində cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı maddi ziyanın ödənilməsi barədə iddianın olduğunu bildiyi halda, hazırki mübahisə üzrə yekun məhkəmə qərarı qəbul etmək əvəzinə iş üzrə icraatı dayandıra bilərdi. Cavabdehə 2007-ci ildə Xaçmaz rayon Şollar Bələdiyyəsi tərəfindən satılmış 0,02 ha torpaq sahəsinin Sumqayıt İnzibati Məhkəməsinin təyin etdiyi ekspertiza tərəfindən evin tikildiyi yerdə olmaması 2021-ci ildə müəyyən edilmişdir. Həmin rəyi verən 5 saylı Xaçmaz ərazi idarəsidir. Ona görə də həmin torpaq sahəsinin özünə məxsus olduğunu ehtimal edən cavabdeh, özünə məxsus torpaq sahəsində özü və ailəsi üçün fərdi yaşayış evi tikmişdir. Xaçmaz Rayon Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2018-ci il tari xdə bələdiyyədən 2006-cı ildə satın aldığı 0.02 ha həyətyanı torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydə alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarədən ona rəsmi cavab verilmişdir ki, 0.02 ha torpaq sahəsinə Cavabdeh1 adına çıxarış verilmişdir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsində cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldırmışdır. Həmin iddia qaldırılanda artıq torpağa və evə də çıxarış verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi cavabdeh olaraq Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-80/2021 saylı qərarından şikayət etməyərək, faktiki qərarla razılığını bildirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, Xaçmaz rayonu, Şollar kəndində yerləşən və Cavabdeh1 adına tərtib edilmiş **********70 reyestr nömrə li, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin olan və ölçüsü sənədi etibarsız hesab edilsin və bunun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Bu qərardan narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinə məhkəmə iclaslarına gəlməyərək iddianı da qəbul etdiyini göstərən 5 saylı Xaçmaz Ərazi İdarəsi Məhkəmə Kollegiyasına ünvanladığı məktubdan sonra isə Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş 0,02 ha torpaq sahəsinin və üzərində tikilmiş fərdi yaşayış evinin ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli plan sxeminin və çıxarışının ləğv edilməsi qət edilmişdir. Həmin qərardan da kassasiya şikayətini yalnız Cavabdeh1 vermişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsi yenə də susmağa üstünlük verməklə özünün verdiyi plan sxem və çıxarışın ləğvinə faktiki olaraq razı olmuşdur. Bununla da, Cavabdeh1 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən külli miqdarda ziyan vurulmuşdur. Belə ki, cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi səhv sənədlərə inanaraq özünün hesab etdiyi torpaq sahəsində fərdi yaşayış evi tikərək 0,02 ha torpağını daş hasarla hasarlamışdır. Çıxarışın və texpasportun ləğv edilməsi cavabdehin çıxılmaz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə ki, Cavabdeh1 Şollar Bələdiyyəsindən 2007-də 0,02 ha torpağı almış, həmin torpağa 2017-də çıxarış almış, daha sonra həmin torpağın üzərində ailəsi üçün ev tikdirərək həmin evə də çıxarış almışdır. Gələcəkdə evlə torpağın plan sxeminin və çıxarışının ləğv ediləcəyini və etibarsız hesab ediləcəyini qabaqcadan bilə bilməzdi. Bu səbəbdən də 5 saylı Xaçmaz Əra zi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “İnzibati İcraat haqqında” Qanunun 67.9-cu maddəsinə əsasən 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 50000 (əlli min) manat kompensasiyanın ödənilməsini tələb etmişdir. Hal-hazırda həmin iş üzrə vurulmuş ziyanın həcminin müəyyən edilməsi üçün ekspertiza keçirilir və icraat dayandırılmışdır. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, İddiaçı iddiasına hal-hazırda baxıla bilməz.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-455/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Fuad Məmmədov-sədrlik edən və məruzəçi, Almaz Süleymanova və Lalə Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmilə şdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-1(105)-171/2022 nömrəli qərarının surətindən görünür ki, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixl i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport ləğv edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2-1(102)-2198/2022 nömrəli qərarı ilə üçüncü şəxs Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.

19. Hazırda baxılan iş üzrə mübahisəli həmin 0,02 ha torpaq sahəsinə dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olmalarına cavabdehlər tərəfindən qanunsuz müdaxilə edilmişdir.

20. Bundan başqa, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktlar h əmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, cavabdeh tərəfin inzibati orqana qarşı kompensasiya tələbi ilə bağlı iddiasının olması hazırkı işə baxılmasına mane olan hal deyildir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139,139.3, 157,157.4,165.1, 239-cu, Torpaq Məcəlləsinin 84cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 22 Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. 23 Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr onun təqdim etdiyi sübutları araşdırmadan, onlara qiymət vermədən qərar qəbul etmişdir. Onun mübahisəli torpağa 2017-ci ildə aldığı çıxarış İnzibati Məhkəmə tərəfindən ləğv edilsə də, qanunsuz çıxarış verən inzibati orqanın səhvi nəticəsində cavabdehə vurulmuş ziyan ödənilmədən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi mübahisəli torpaq sahəsinə başqa şəxsin mülkiyyət sənədinin qeydə alınacağı halda o, iddiaçı qarşısında asılı vəziyyətə düşəcək və ona inzibati orqanın vurduğu ziyan real zərər formasında öz təzahürünü tapacaqdır. 24 Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarına istina d edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25 Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 26 Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 27 Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hü quqlarından ibarətdir. mülkiyyətindən məhrum edilə bilməz. Heç kəs məhkəmənin qərarı olmadan Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

29. Maddə 139.3.Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

32. Maddə 239.1.Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

33. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Maddə 84 (hissə 1). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

35. Maddə 84 (hissə 2). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

36. Maddə 84 (hissə 6).Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarıl malıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması hal ları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisəli torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə yaradılan maneələr hüquqaziddir və iddiaçı bu maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdırlar.

47. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını mə hkəmə vasitəsilə tələb edə bilər.

48. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üz rə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-455/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar