Məhkəmə qərarları › İş №2(102)-3326/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3326/2025

27.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3326/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməklə yaratdığı maneənin sonuncunun hesabına aradan qaldırılması" tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 25 iyul tarixli 2(103)-407/2025 nömrə li qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları 26 may 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Hal-hazırda həmin torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xətti keçir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 15 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-547/2024 nömrəli məktubla göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini ək s etdirən müayinə (baxış) aktında, Siyəzən Bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı ilə İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərində yerləşən bir tərəfdən yol, digər tərəflərdən boş sahə ilə əhatə edilmiş, hasarlanmamış, təyinatı üzrə istifadə olunan 0,01 ha torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin sahədə icazəsiz tikililər mövcud olmadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun mülkiyyətində olan Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə, onun üçün yaratdığı maneənin cavabdehin hesabına aradan qaldırılması və ödəni lmiş 100 manat məbləğində dövlət rüsumunun sonuncudan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırıb ki, Siyəzən bələdiyyəsinin 30 aprel 2014-cü il tarixli, 5-6 nömrəli qərarı ilə onun icarəsinə verilmiş Siyəzən şəhəri, Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsini müəyyən iqtisadi çətinliklər səbəbindən tam hasara ala bilməmişdir. Bu yaxınlarda cavabdeh ASC-nin əməkdaşları onun icarə hüquqları qeydə alınmış torpaq sahəsinin içərisindən yüksək gərginlikli elektrik hava xətti çəkmiş, hətta bu xəttin bir dayağını sözügedən torpaq sahəsinin daxilinə basdırmışlar. Cavabdehin bu qanunsuz hərəkətləri barəsində qonşu torpaq sahəsinin icarəçisi X5 21 noyabr 2022-ci il tarixdə yazılı ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş, həmin müraciətə 27 dekabr 2022-ci il tarixdə verilmiş 6-02/06/K-197/10228 saylı cavab məktubunda göstərilmişdir ki, “ünvan 1 ünvanında yüksək gərginlikli elektrik verilişi xəttinin trassasının dəyişdirilməsi barədə müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildirilmişdir ki, yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.” Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun qanunla qorunan hüquqları pozulmaqla mənafeyinə ciddi ziyan vurulmuşdur.

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş rəyə əsasən, iddiaçının icarə hüquqları qeydiyyata alınmış sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaqlar aşkar olunmasa da, həmin torpaq sahəsi üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir. Odur ki, iddia ərizəsində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması dedikdə, məhz yüksək gərginlikli elektrik xəttinin ərazidən kənarlaşdırılmasını nəzərdə tutmuşlar. Həmçinin iddiaçı həmin torpaq sahəsini sahibkarlıq məqsədilə almaqla, orada ticarət obyekti inşa etdirmək niyyətində olmuşdur. Lakin cavabdeh tərəfindən yaradılmış maneələr nəticəsində iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuşdur. Habelə, o, özü də Siyəzən şəhər sakini olaraq bilir ki, həmin ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə ki, həmin vaxt yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə bələdiyyə, nə reyestr orqanı müvafiq sənədləşmələri apara bilməzdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, sözügedən ərazidə elektrik xətti 1985-ci ildə quraşdırılmış, habelə həmin dövrdə "xxxx" ASC mövcud olmamış, təmsil etdiyi təşkilat Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Bələdiyyə tərəfindən qeyd edildiyi kimi elektrik hava xətti 2018-ci ildə çəkilmiş olsaydı, mütləq bələdiyyə onlara yer ayırmalı idi. Habelə, təmsil etdiyi "xxxx" ASC-nin X1 etdiyi müraciətə cavab olaraq, sözügedən torpaq sahəsində 1985-ci ildə elektrik hava xətti çəkilməklə, köhnə taxta dirəklərin hazırda da ərazidə mövcud olduğu məlum olmuşdur. Həmçinin, əgər sözügedən xətt ləğv edilərsə, Siyəzən rayonunun ərazisinin çox hissəsinin elektrik enerjisi ilə təmin edilməsi mümkün olmayacaqdır.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Siyəzən bələdiyyəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, sözügedən kondensator xətti rayonda ən dayanıqlı xətt hesab olunmaqla, əvvəllər oradan fiziki şəxslərə deyil, idarələrə elektrik paylanılmışdır. Siyəzən şəhər sakini kimi deyə bilər ki, 1980-ci illərdə kondensator xətti sözügedən ərazidən deyil, başqa ərazidən keçmiş, mübahisəli ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə ki, həmin vaxt yüksək gərginlikli ele ktrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə təmsil etdiyi bələdiyyə, nə reyestr xidməti müvafiq sənədləşmələr apara bilməzdi.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 03 oktyabr 2023-cü il tarixli, 3-21-3-31/2- 3362/2023 nömrəli məktubla göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 3-16-16/210/7770 nömrəli ekspert rəyindən görünür ki, Siyəzən şəhəri, Şəhriyar küçəsində icarə hüquqları ilə İddiaçı məxsus 0,01 ha torpaq sahəsindən 6 kVt elektrik xətti keçir və torpaq sahəsi bütovlükdə elektrik xəttinin mühafizəs inə düşür. Həmçinin, sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaq aşkar edilməmişdir. Bu torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir.

10. Siyəzən Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 26 may 2014-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsinə verilmiş Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərindəki 6 kVt elektrik hava xəttinin cavabdeh "xxxx" ASC-nin hesabına çıxarılması, iddia tələ binin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manatın 50 %-i, yəni 25 manatın İddiaçı, qalan 50 %-i, yəni 25 manatın isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi, mütəxəssis rəyinin alınması, eləcə də, iddia tələbi üzrə ödənilmiş cəmi 195 manat məhkəmə xərcinin 50%-i, yəni 97,50 manatının cavabdeh "xxxx" ASC-dən tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim X2).

11. Birinci instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları, habelə tədqiq edilmiş mötəbər sübutlarla, eləcə də ekspert rəyi ilə müəyyən edildi ki, Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi t ərəfindən İddiaçı icarəsinə verildikdən sonra, 26 may 2014-cü il tarixdə müvafiq çıxarışa əsasən həmin torpaq sahəsinin üzərində onun icarə hüquqları qeydə alınmış, habelə qeydə alma zamanı sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olmamaqla, həmin ərazidə icazəsiz tikililər, habelə 6 kVt gərginlikli elektrik hava xətti mövcud olmamışdır. Lakin Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərində İddiaçı icarə hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, cavabdeh "xxxx" ASC-yə məxsus 6 kVt gərginlikli elektrik hava xəttinin həmin ərazidən keçməsi müvafiq ekspert rəyi ilə aşkar olmaqla, hazırkı işin təkzib olunmaz halıdır. Bununla da, İddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqla rını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlməkdə haqlı olmuşdur. Göründüyü kimi İddiaçı dövlət qeydiyyatına alınmış icarə hüquqları əsasında istifadəsində olan daşınmaz əmlakdan maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradır.

12. Məhkəmə iddianın “Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq zəbt edilməsi”nə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, müvafiq rəylərə əsasən, sözügedən ərazidə cavabdeh ASC-nin elektrik xəttinə aid dayaq aşkar edilmədiyinə, habelə orada torpaq sahəsinin faktiki zəbt halına rast gəlinmədiyinə görə iddia tələbinin həmin hissədə təmin edilməsi ist isna edilir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 5.3, 139.1, 152.1, 157.2, 157.4, 157.8-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66, 67, 68-ci, “İcarə haqqında “Azərbaycan Respublikası qanununun 15-ci, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun 22-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 107, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə iddiaçının mülkiyyətçisi olduğ u torpaq sahəsində elektrik xətti çəkilməsi ilə bağlı şəxsi mənafeyinin cavabdeh təşkilat "xxxx" ASC-yə məxsus və həmin ərazidə yerləşən xeyli sayda fərdi yaşayış evlərini elektrik enerjisi ilə təchiz edən elektrik hava xətlərinin ictimai əhəmiyyətli olması onun mənafeyindən üstünlüyü iddiaçı tərəfindən dəqiq ifadə olunmamışdır. Hazırkı iş üzrə iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin çıxarılmasını (nəzərə alsaq ki, həmin xəttlərin yerinin dəyişdirilməsi böyük maddi vəsasit tələb edir) tələb etməklə mülkiyyət hüquqlarından suiistifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zərurliyini əsaslandırmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyət inə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-nin 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümümi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinin tələbinə görə isə, tərəflə rin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektərinin ümümi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx"ASC-nin təbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinin tələblərinə əsasən mülki mühakimə icraatı qayd asında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır və qeyd edilən iş üzrə məhkəmə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da, prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər aşağıdakılardır: Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləçdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Amma, hazırkı iş üzrə məhkəmə nəzərdən qaçırmışdır ki, iddiaçı ona məxsus torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik hava xəttlərinin çıxarılmasını (nəzərə alsaq ki, həmin xəttlərin yerinin dəyişdirilməsi böyük maddi vəasit tələb edir) tələb etməklə mülkiyyət hüquqlarından sui-istifadəyə yol verərək, mülkiyyətindən "xxxx" ASC-yə ziyan vurmaqla istifadə etmiş və öz hərəkətlərinin zərurliyini əsaslandırmamışdır. Eyni zamanda həmin Məcəllənin 152.6-cı maddəsində o da qeyd edilmişdir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir vu bu zaman mülkiyyətçinin mən afe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbbi qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhimlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-nin 2426-cı maddələr inə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümümi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Lakin, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarının 14cü bəndinin tələbinə görə isə, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqaları hallardan başqa, təbii inhisar subyektərinin ümümi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-nin 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin təbii inhisar subyekti olaraq, ümümi (publik) hüquq sahəsində fəaliyy əti nəticəsinə onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik hava xətti çəkməsini və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 14-cü bəndinin tələblərinə əsasən mülki mühakimə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə onu da nəzərdən qaçırmışdır ki, İPMnin 2.1-ci maəddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Lakin məhkəmə bu normanın tələbini pozmuşdur. Belə ki, hazırkı tələb cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının mülkiyyəti ndə olan torpaq sahəsinə müdaxilənin aradan qaldırılması ilə bağlıdır və qeyd edilən iş üzrə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 iyul 2025-ci il tarixli, 2(105)-407/2025 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Siyəzən Rayon Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli, 2(059)-6/2024 nömrəli qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir (hakimlər - Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov).

17. Kollegiya şikayətin mübahisəyə inzibati icraat qaydasında baxılmalı olması barədə dəlilini əsassız hesab edərək bildirmişdir ki, “İnzibati və mül ki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 saylı Qərarınında qeyd olunmuşdur ik, Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmır. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin hə yata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi araşdırılan mübahisə ərazinin boşaldılması ilə bağlı olmaqla qanunvericiliyin göstərişinə əsasən bu qəbildən olan iddialara mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.

18. Kollegiya şikayətin digər dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindn işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol verilmişdir. Belə ki, "xxxx" ASC-nin “Xa çmaz” RETSİ Siyəzən EŞ xx.xx.2022-ci il tarixli, 255 nömrəli məktubundan görünür ki, 6 kV-luq hava veriliş xətti Siyəzən 35/6 kV-luq 2 saylı Həmiyə hava veriliş xəttidir. Göstərilən hava veriliş xətti təxminən 1985-ci illərdə istifadəyə verilib, sonradan 6 kV-luq xətt rekonstruksiya olunub. 6 kV-luq 1 saylı hava veriliş xəttinin yerinin dəyişdirilməsi üçün abonent Asan Xidmət mərkəzinə müraciət etməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq “Xaçmaz” X4 və Satışı İdarəsinin xx.xx.2025-ci il tarixli, 926 nömrəli məktubundan görünür ki, İddiaçı adına olan torpaq sahəsi hal-hazırda Siyəzən 35/6 kV-luq y/st-dan çıxan 2 saylı 6 kV hava xəttinin mühafizə zonasındadır. Sözügedən 6 kV-luq 2 №-li hava xətti 2017-ci ilə kimi Siyəzən 110/35/10 kV y/st-dan çıxan 1985-ci ildə istifa dəyə verilmiş kondensator hava xətti kimi fəaliyyət göstərmişdir. Həmin xətdən 2017ci ilə kimi budaqlama ilə Balaca Həmyə kəndinə gərginlik verilmişdir. 2017-ci ildə "xxxx" ASC X1 məxsus yarımstansiya (Siyəzən 35/6 kV) tikildikdən sonra yeni yaradılmış 2 №-li 6 kV-luq hava xətti mövcud Kondensator hava xəttinə qoşulmuş, Siyəzən 110/35/6 kV-luq y/st-dan budaqlanmaya qədər hava xətti ləğv edilmiş və hal-hazırda 2 №-li hava xətti kimi fəaliyyət göstərir.

19. Göründüyü kimi mübahisələndirilən hava xətti 1985-ci ildən həmin ərazidən keçərək istifadəyə verilmiş, sonradan rekonstruksiya olunmuşdur və həmin hava xətti vasitəsi ilə Balaca Həmyə kəndinə gərginlik verilir.

20. Kollegiya hesab etmişdir ki, araşdırılan mübahisə üzrə iddiaçının tələbi ictimai mənafeyə zidd olmaqla (Balaca Həmyə kəndin ə gərginliyin verilməsinin dayanmasına səbəb olar) hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.

21. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, hazırkı mübahisə həll edilərkən, eyni zamanda iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə etmək hüququna müdaxilənin olub-olmadığı, torpaq sahəsinin üzərindəki hava məkanına da həmin şəxsin hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir. Belə olan halda, cavabdeh tərəfindən çəkilmiş hava xəttinin iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxi lində olması belə qənaətə gətirməməlidir ki, həmin hava xətti mütləq çıxarılmalıdır.

22. Kollegiya ilk növbədə hesab etmişdir ki, bu hava xəttinin torpaq sahəsinin sahibi üçün bu sahənin üstündə olan hava məkanından istifadəsinə maneələr törədibtörətməməsi məsələsi araşdırılmalıdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından cavabdeh tərəfindən çəkilmiş hava xəttinin iddiaçının icarəsində olan torpaq sahəsindən istifadə etməyinə maneənin olması, həqiqətən də onun hüquqlarını pozmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməsi görünmür. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, torpaq sahəsində heç bir tikili mövcud deyil, hər hansı tikinti işlərinin aparılması, elektrik hava xəttinin maneə yaratması müəyyən edilmir.

24. Kolegiya hesab etmişdir ki, elekt rik hava xəttinin qanunla nəzərdə tutulmuş hündürlükdə yerləşməsi, iddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmaması, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadəsi barədə sübutların olmaması belə nəticəyə gəlmək olar, hazırkı vəziyyət faktiki olaraq torpaq sahibinin hüquqlarını pozmur, torpaq sahəsinin istifadəsinə mane olmur, təhlükə və ya zərər riski daşımır.

25. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 157.8, 164.1, 165.1, 238.3, 560.1, 560.2-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 66, 67, 68, 82, 84, 238.2, 238.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.2, 372.6, 372.7, 384.0.2, 385.1, 386, 402.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassas iya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçun apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və iddiaçının məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəllənin 560.2-ci maddəsinin tələblərinə əsaslanaraq araşdırılan mübahisə üzrə iddiaçının tələbini ictimai mənafeə zidd olmaqla (Balaca Həmyə kəndinə gərginliyin verilməsinin dayanmasına səbəb olar) hüquqdan sui-istifadə kimi qiymətləndirərkən səhv və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kolleqiyası eyni zamanda nəzər ə almamışdır ki, cavabdehin qanunsuz hərəkətləri barəsində qonşu torpaq sahəsinin icarəçisinin müraciətinə cavabdeh tərəfindən sözügedən ünvanda yüksək gərginlikli elektrik veriliş xəttinin trassasının dəyişdirilməsi üçün “ASAN Xidmət” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Kolleqiya nəzərə almamışdır ki, Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş rəylə iddiaçının icarə hüquqları qeydiyyata alınmış sözügedən torpaq sahəsində elektrik xəttinə aid dayaqlar aşkar olunmasa da, həmin torpaq sahəsi üzərindən 6 kVt elektrik hava xəttinin keçməsi müəyyən edilmişdir. Odur ki, iddia ərizəsində cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması dedikdə, məhz yüksək gərginlikli elektrik xəttinin ərazidən kənarlaşdırılmasını nəzərdə tutulmuşdur.

28. Məhkəmə mübahisəni həll edərkən ilk növbədə t ərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Nəzərə alınmalıdır ki, təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu qaydaya əməl edilməmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarına müdaxiləni təsdiq edən sübutlara düzgün qiymət verməmiş, iddiaçının mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı ona məxsus torpaq sahəsindən hər hansı yüksək gərginlikl i elektrik hava xəttinin movcud olmamasını, sonradan aparılan rekonstruksiya nəticəsinə həmin xəttin iddiaçıya məxsus torpaq sahəsinin üzərindən onun bu barədə xəbəri və razılığı olmadan aparılması barədə təqdim edilmiş sübutlara səhv qiymət verərək, nəticədə apellyasiya şikayəti üzrə düzgün olmayan dəyərləndirmə aparmışdır.

29. İddiaçı həmin torpaq sahəsini sahibkarlıq məqsədilə almaqla, orada ticarət obyekti inşa etdirmək niyyətində olmuşdur. Lakin, cavabdeh ASC tərəfindən yaradılmış maneələr nəticəsində iddiaçı torpaq sahəsindən təyinatı üzrə istifadə etmək imkanından məhrum olmuşdur. Habelə, işin mübahisəsiz halı odur ki, həmin ərazidən 1985-ci ildə elektrik xətti keçməmiş, bu xətlər torpağın icarəsinə dair iddiaçı tərəfindən müvafiq sənədləşmələr aparıldıqdan sonra çəkilmişdir. Belə k i, həmin vaxt yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin mühafizə zolağından keçmiş olsaydı, nə bələdiyyə, nə reyestr orqanı müvafiq sənədləşmələri apara bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə v ə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

37. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 38.Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 39.Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 40.Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzə rdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

41. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

42. Maddə 66, İİ hissə. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

43. Maddə 67, İİİ hissə. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

44. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

45. Maddə

82. Torpaq mü lkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

46. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

47. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

48. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

54. Maddə 217.3. Qətna mə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən ha llara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və peosessual hüquq normaları pozulduğuna görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

63. Belə ki, iş üzrə müəyyən olunan hallara görə Siyəzən şəhərinin Şəhriyar küçəsində yerləşən 0,01 ha torpaq sahəsi 30 aprel 2014-cü il tarixdə Siyəzən Bələdiyyəsi tərəfindən İddiaçı 99 il müddətinə icarəyə verilmiş və sonuncunun icarə hüquqları 26 may 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halhazırda həmin torpaq sahəsinin üzərindən 6 kVt elektrik hava xətti keçir. İddiaçı həmin hava xəttinin onun torpaqdan istifadəsinə maneə törətdiyini bildirir və cavabdeh "xxxx" ASC-dən maneənin aradan qaldırılmasını tələb edir.

64. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də iddiaçının icarəsində olan torpaq sahəsinin üzərindən keçən elektrik hava xəttinin yerinin dəyişdirilməsini tələb etməyə hüququnun olub olmamasını təhlil edərək belə nəticəyə gəlmişdir ki, “Mülki Məcəllənin 238.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaq sahəsinin mülkiyyətçisinin həmin sahənin üzərindəki hava məkanına dair mütləq (tam) hüququ yoxdur, çünki qanunvericilik yalnız istifadə etmək imkanından bəhs edir. Belə olan halda, cavabdeh tərəfindən çəkilmiş hava xəttinin iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində olması belə qənaətə gətirməməlidir ki, həmin hava xətti mütləq çıxarılmalıdır”.

65. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

66. İşin dü zgün həlli yəni, iddiaçının icarəsində olan torpaqdan istifadə etmək hüququna müdaxilənin olub-olmaması araşdırılarkən, torpaq üzərində icarə hüququ olan şəxsin torpağın üzərində olan hava məkanına nə kimi hüququnun olması müəyyən edilməlidir. Bu məsələ Mülki Məcəllənin torpağa mülkiyyət hüququnun xüsusiyyətlərindən bəhs edən 238-ci maddəsinin müddəaları işığında təhlil oluna bilər. 67.Həmin müddəalar torpaq sahəsi üzərində mülkiyyət hüququnun əhatə dairəsini üç istiqamətdə müəyyən edir: mülkiyyətin üfüqi əhatəsi; mülkiyyətin şaquli əhatəsi; mülkiyyətin maddi əhatəsi. Oxşar hüquqi mövqe Ali Məhkəmənin Mülki kollegiyasının məhkəmə təcrübəsi müəyyən edən 2(102)-1116/2025 nömrəli 2025-ci il 22 aprel tarixli qərarında da ifadə olunmuşdur.

68. Mülkiyyətin maddi əhatəsi torpaq sahəsində yer alan cismani (fiziki) obyektləri nəzərdə tutur. Başqa sözlə, sahədə yerləşən və torpaqla möhkəm bağlı olan belə obyektlər - tikili, qurğu, çoxillik əkmələr və s. mülkiyyət hüququnun maddi əhatə dairəsinə daxil olur. Mülki Məcəllənin 135.4-cü maddəsində göstərilir ki, torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.

69. Torpağa mülkiyyət hüququ üfüqi olaraq ərazinin sərhədləri içində qalan torpaq sahəsinin hər tərəfini əhatə edir. Bu sərhədlər daşınmaz əmlakın dövlət reyestrinin plan və cizgi sənədləri (koordinatları) ilə müəyyən olunur (Mülki Məcəllənin 238.1-ci maddəsi).

70. Mülkiyyətin şaquli əhatəsi isə sahənin üzərindəki hava boşluğunu və altındakı torpaq təbəqəsini özündə ehtiva edir (Mülki Məcəllənin 238.3-cü maddəsi). Bu əhatə sahəsi qanunda nəzərdə tutulan hədlərlə və mülkiyyətçinin öz hüququndan istifadə etmək mənafeyinin ölçüsü ilə məhdudlaşdır.

71. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

72. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

73. Lakin nəzərə alınmalıdır ki, istifadə hüququnun müdafiəsi yalnız qanunsuz və əsassız maneələrin mövcudluğu halında mümkündür. İddiaçının torpaqdan istifadə hüququ m ütləq və məhdudiyyətsiz xarakter daşımır və bu hüquq mövcud qanuni yüklülüklər, o cümlədən servitut xarakterli məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

74. Torpaq Məcəlləsinin 22 və 62-ci maddələrinə əsasən, torpaq sahələrindən keçən mühəndis-kommunikasiya xətləri üçün mühafizə zonaları müəyyən edilir və bu zonalar torpaqdan istifadəyə müəyyən məhdudiyyətlər yaradır. Həmçinin, “Elektroenergetika haqqında” Qanunun müddəalarına görə, elektrik şəbəkələri dövlət və ictimai əhəmiyyətli infrastruktura aid olmaqla, onların təhlükəsiz və fasiləsiz istismarı təmin edilir, bununla bağlı mühafizə zonaları müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş mühafizə zonası çərçivəsində yerləşir, iddiaçının həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratmır, normativ texniki tələblərin pozulması ilə istismar olunmur. Buna görə də, iddiaçı elektrik xəttinin mühafizə zonasının hüquqi rejimindən irəli gələn məhdudiyyətlər altlndadır.

75. Odur ki, baxılan iş üzrə xüsusi olaraq araşdırılmalı olan hal - torpaq sahəsi üzərində iddiaçının icarə hüququ əmələ gələn zaman oradan elektrik xəttinin keçib keçməməsidir. Əgər iddiaçı torpaq sahəsi üzərində icarə hüququ əldə edərkən, həmin sahə üzərində əvvəldən mövcud olan mühəndis-kommunikasiya obyektini və ondan irəli gələn məhdudiyyətləri bilməli idisə və bilməsi mümkün olubsa, o halda iddiaçı torpaq sahəsini mövcud yüklülüklərlə birlikdə qəbul etmiş sayılır. Bu yanaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255 və 256-cı maddələrində təsbit edilmiş servitut hüququnun hüquqi mahiyyətinə uyğundur və mülki dövriyyədə hüquqi sabitliyin təmin edilməsinə xidmət edir.

76. Əksinə, elektrik xətti icarə hüququ yaranandan sonra çəkilmişdirsə, iddiaçının hüquqları qorunmalıdır.

77. Apelyasiya instansiyası elektrik xəttinin nə vaxt çəkilməsini müəyyən edərkən cavabdeh "xxxx" ASC-nin “Xaçmaz” RETSİ Siyəzən EŞ-nin xx.xx.2022-ci il tarixli, 255 nömrəli məktubunda göstərilən məlumatlara istinad etməklə hesab etmişdir ki, mübahisələndirilən hava xətti 1985-ci ildən həmin ərazidən keçərək istifadəyə verilmiş, sonradan rekonstruksiya olunmuş, həmin hava xətti vasitəsi ilə Balaca Həmyə kəndinə gərginlik verilir.

78. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti olan faktı yalnız cavabdehin məktubu əsasında müəyyən etmişdir. Məhkəmə həmin məktubda göstərilən məlumatların özünün də isb ata ehtiyac olduğunu nəzərə almamış, elektrik xəttinin layihələndirilməsi, istismara qəbul edilməsi və s. kimi sübutların təqdim olunmasını təklif etməmişdir.

79. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı ətraflı yoxlanılmalı və mövcud sübutlarla təsdiq edilib əsasla ndırılmalıdır.

80. Bundan başqa, «elektrik hava xəttinin qanunla nəzərdə tutulmuş hündürlükdə yerləşməsi, iddiaçının icarəsində olan torpaq sahəsində heç bir tikilinin olmaması, torpaq sahəsindən hər hansı məqsədlər üçün istifadəsi barədə sübutların olmaması», özlüyündə iddianın rədd olunması üçün əsas deyildir. Çünki torpaq sahəsi iddiaçıya sahibkarlıq fəaliyyəti məqsədi ilə verilib və orada hər hansı tikili inşa edəcəyi halda ona qarşı elektrik xəttinin mühafizə zonası rejimindən irəli gələn məhdudiyyətlərin tətbiq edilməyəcəyi istisna olunmur.

81. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mü lki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. 82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir (2.2-ci bəndi). Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (2.4-cü bəndi).

83. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

84. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütü n zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

85. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

86. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilməli və iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

87. İşə yenidə n baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mül ki kollegiyasının 2025-ci il 25 iyul tarixli 2(105)407/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar