Məhkəmə qərarları › İş №2(041)-1716/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1716/2024

21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1716/2024 21.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 Kürdəmir regional Asan xidmət mərkəhzində notariat ofisi üçüncü şəxs qismində gəlb edilməklə Cavabdeh2 qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsələrin paylarının müəyyən edilərək ayrılması tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatlı torpaq sahəsindən X1 və mərhum X5 ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan hissəsinə onların vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 və rəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasını onların iştirakı olmadan keçirib iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha torpaq sahəsi birgə mülkiyyətdə olmaqla İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 və X3 birgə mülkiyyətindədir. Digər birgə mülkiyyətçilər X13 xx.xx.2022-ci ildə və X10 isə xx.xx.2013-cü ildə vəfat etmişlər. İddiaçı4 isə paylı mülkiyyətçi deyil. İddiaçılar X1 və mərhum X5 dəfnində iştirak edərək dəfn xərclərini özləri etmişlər. X1 və mərhum İddiaçı1 birgə nikahlarından xx.xx.1990-cı il tarixdə İddiaçı1, xx.xx.1986-cı il tarixdə İddiaçı2, xx.xx.1983-cı il tarixdə İddiaçı3, xx.xx.1977-cı il tarixdə İddiaçı4, xx.xx.1982-ci il tarixdə İddiaçı5, xx.xx.1979-cu il tarixdə Cavabdeh2 və xx.xx.1980-cı il tarixdə X8 doğulmuşdur. Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatlı torpaq sahəsindən yəni əmlakdan iddiaçılara çatası mərhum X6 və mərhum X4 əmlak miras olaraq qalmışdır. Həmin miras əmlakına vərəsələrin payları müəyyən edilməmişdir. Ona görə də xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatlı torpaq sahəsindən X1 və mərhum X5 ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan hissəsinə onların vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 və rəsəlik hüquqlarının tanınaraq paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh2 və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir məlumat vermədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 206712 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-cu il tarixdə Kürdəmir rayonunun Qaramahmudlu kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.1983-ci il tarixli, doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.1982-ci il tarixli, doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X11 xx.xx.1982-cı il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.1980-ci il tarixli, doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Qeydiyyat şöbəsinin xx.xx.1986-ci il tarixli, doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1986-cı il tarixdə Kürdəmir rayonu Qaramahmudlu kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022ci il tarixli Çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu Qaramahmudlu kəndi ərazisində yerləşən 6,7448 ha torpaq sahəsi xüsusi mülkiyyət huququ əsasında İddiaçı2 adına Daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının53 nömrəli vərəqində qeydiyyata alınmış, həmin çıxarışın Hüquq sahibləri bölməsində İddiaçı2, İddiaçı1, X10, X9, Cavabdeh2, İddiaçı5, İddiaçı6 və İddiaçı3 adları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və Kürdəmir regional Asan xidmət mərkəzində notariat ofisi tərəfindən İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Vəkil göndərilmiş xx.xx.2024-cü il tarixli, 600 nömrəli məktubdan görünür ki, Cavabdeh2 notariat ofisinə müraciət etmədiyindən vərəsələr arasında ixtilaf olduğu üçün vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2013cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha torpaq sahəsi birgə mülkiyyətdə olmaqla İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh2 və X3 birgə mülkiyyətindədir. Digər birgə mülkiyyətçilər X13 xx.xx.2022-ci ildə və X10 isə xx.xx.2013-cü ildə vəfat etmişlər. İddiaçı4 isə paylı mülkiyyətçi deyil. İddiaçılar X1 və mərhum X5 dəfnində iştirak edərək dəfn xərclərini özləri etmişlər. X1 və mərhum İddiaçı1 birgə nikahlarından xx.xx.1990-cı il tarixdə İddiaçı1, xx.xx.1986-cı il tarixdə İddiaçı2, xx.xx.1983-cı il tarixdə İddiaçı3, xx.xx.1977-cı il tarixdə İddiaçı4, xx.xx.1982-ci il tarixdə İddiaçı5, xx.xx.1979-cu il tarixdə Cavabdeh2 və xx.xx.1980-cı il tarixdə X8 doğulmuşdur. Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatlı torpaq sahəsindən yəni əmlakdan iddiaçılara çatası mərhum X6 və mərhum X4 əmlak miras olaraq qalmışdır. Həmin miras əmlakına vərəsələrin payları müəyyən edilməmişdir. İddiaçılardar İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Vəkil vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Kürdəmir regional “Asan” xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Kürdəmir regional “Asan” xidmət mərkəzində notariat ofisində Cavabdeh2 notariat ofisinə müraciət etmədiyindən vərəsələr arasında ixtilaf olduğu üçün vərəsə təyin etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edildiyi bildirilib məhkəməyə müraciət etməsini tövsiyyə edib bu barədə ona məktub vermişlər. Azərbaycan Respublikası Milki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinin tələbinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1267-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələbinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayırsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsində göstərilir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.5-ci maddənin tələbinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mlkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyüyətdə olan əşya, mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməklə xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 hər birinin payı 0,964 ha hissədə müəyyən edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli və **********28 Reyestr nömrəli çıxarışa əsasən Kürdəmir rayonu Qaramahmudlu kəndində yerləşən 6.7448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X3 hər birinin payı 0,964 ha hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar