Məhkəmə qərarları › İş №2(041)-1758/2023

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(041)-1758/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(041)-1758/2023 03.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, İddiaçı Ərizəçi cavabdeh X3 xidmət mərkəzində notariat ofisinə qarşı vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2*.09.20*4-cü il tarixdə vəfat etmiş X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 saylı ünvanda yerləşən 0,0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90,8 kv.metr yaşayış, 63,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər İddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu isə iddia ərizəsinin məhkəmədə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *50.*.2-ci maddəsinin tələbinə görə ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin *52.*.*ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi AR MPM-nin *49-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilməməklə verildiyinə və onun məhkəmə icraatı mümkün olmadığına görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Ərizəçi 2*.09.20*4-cü il tarixdə vəfat etmiş X* miras qalmış Kürdəmir şəhəri, A.Əhməd küçəsi *6 saylı ünvanda yerləşən 0,0605 ha torpaq sahəsində * mərtəbəli, 4 otaqlı, 90,8 kv.metr yaşayış, 63,2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəflərə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra *0 gün müddətinə qərardadı çıxaran məhkəməyə şikayət verə bilər. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar